Cümə, 13 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Məntəqə sədri topa bülleten atan seçici haqda: Qoy bunları atsın, bir də atmayacaq

11 Aprel 2018
A A
Məntəqə sədri topa bülleten atan seçici haqda: Qoy bunları atsın, bir də atmayacaq

İlham Əliyev 11 aprel növbədənkənar prezident seçkilərində 6 saylı seçki məntəqəsində səs verir. Foto: Azərtac

İlham Əliyev 6 saylı seçki məntəqəsində səs verib. Foto: Azərtac

Hazırda davam növbədənkənar prezident seçkilərində jurnalistlər pozuntular qeydə alıb. Jurnalist Əli Zeynalın müşahidəsinə görə Yasamal rayon 15 saylı seçki dairəsinin 5, 6 və 7 saylı məntəqələrində seçicilər qutuya 3-4 bülleten atıb. Jurnlasist bildirib ki, həmin məntəqədə kamera olmadığından pozuntu etməkdən çəkinilmir.

Hüquq müdafiəçisi Rəsul Cəfərov isə Suraxanıda 84 saylı məktəbin qarşısında “karusel” əməliyyatı müşahidə etdiyini deyir. O ehtimal edir ki, bir qrup şəxsi qırmızı mikroavtobusla məntəqələri gəzdirərək “karusel” əməliyyatı təşkil olunur.

Jurnalist Ömər Məmmədovun məlumatına görə 54 saylı Siyəzən-Şabran seçki dairəsinin məntəqələrindən birində 10-a yaxın seçici seçki qutusuna topa bulleten atıb. Seçicilərdən birində topa bulleten gördüyünü sədrə deyən jurnalistə məntəqə sədri belə cavab verib: “Qoy bunları atsın, bir də atmayacaq”.

Məntəqələrdə qeydə alınan pozuntu halları ilə yanaşı bəzi yerlərdə MSK-nın quraşdırdığı kamerlarla müşahidə aparmaq mümkün deyil. Seçkinin başladığı ilk saatlar ərzində 15 saylı Yasamal seçki dairəsinin 25 saylı seçki məntəqəsindəki kamera görüntüsünü izləmək mümkün olmayıb. Bir müddət sonra kameranın fəaliyyəti bərpa edilib. Hazırda isə 77 saylı

Astara seçki dairəsinin 2 saylı məntəqəsində görüntünü müşahidə etmək olmur.

MSK-nın saytından screenshot

Bu gün saat 10-da Mərkəzi Seçki Komissiyası seçkilərin gedişatı ilə bağlı ilk açıqlamasını edib. APA xəbər verir ki, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov indiyə qədər 994 min 196 nəfər seçicinin, tyəni seçicilərin 18.71%-nin səs verdiyini açıqlayıb.

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia