Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitindəki çıxış edir. Foto: Cem Öksüz / AA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitindəki çıxışında milli valyutalarla ticarət edilməsini təklif edib. O, beynəlxalq ticarətin dollardan asılılığının ölkələr qarşısında maneə olduğunu deyib.

“Biz bu məsələdə milli valyuta ilə ticarəti təklif edirik. Bugün bizləri bir araya gətirən sadəcə dilimiz, tariximiz və mədəniyyətimiz deyil. Güvənli gələcəyi bir yerdə inşa edə bilərik. Rifahımızı artırmaq üçün problemlərimizi bir yerdə həll etməyimiz şərtdir”.

Şərhini yaz

Şərhinizi yazın
Adınızı daxil edin