Bazar, 12 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Elinanın intiharından sonra tibbi baxımdan nə etmək lazım idi? İzah edirik!

12 Aprel 2019
A A
Elinanın intiharından sonra tibbi baxımdan nə etmək lazım idi? İzah edirik!

"Elina üçün susma!" kampaniyası üçün hazırlanan illustrasiya

Aprelin 4-də 162 nömrəli orta məktəbdə 8-ci sinifdə təhsil alan Elina Hacıyeva özünü 3-cü mərtəbədən ataraq intihar edib. Elina xəstəxanaya aparılmadan əvvəl təxminən iki saat məktəbdə qalıb. 1 saylı Kliniki Tibbi Mərkəzə (“Semaşko”) çatdırılandan sonra reanimasiyaya yerləşdirilib. Aprelin 6-da Səhiyyə Nazirliyinin də təsdiqlədiyi məlumata əsasən məktəbli vəfat edib.

Nazirliyin yaydığı məlumatda deyilir ki, o, müştərək kəllə-beyin travması, döş qəfəsi və qarının küt travması, hər iki ağciyərin əzilməsi, sağ 4-cü qabırğanın sınığı, 5-ci döş fəqərəsinin kompressiv sınığı, 9,10 və 11-ci döş fəqərələrinin hündürlük səviyyələrinin azalması, çanaqların sınığı diaqnozu ilə xəstəxanaya çatdırılan Elina travmatik spinal şok keçirərək ölüb.

Məktəblini vaxtında həkimə çatdırmaq nə qədər əhəmiyyətli idi? Onun bir yerdən başqa yerə aparılması hansı formada olmalı idi? İxtisasca həkim olan Kənan Möylamlıdan xahiş etdik ki, sualları cavablandırsın.

Özünü məktəb binasının 3-cü mərtəbəsindən atan insanı xəstəxanaya tez çatdırmaq nə qədər vacibdir?

Ümumiyyətlə tibbdə vaxt vacib faktordur, xüsusən də təxirəsalınmaz tibbi yardımda. Belə situasiyalarda nəinki 2 saat, hətta 2 dəqiqə də vacib rol oynaya bilər. Vaxtında tibbi müdaxilə o qədər vacibdir ki, hətta bununla bağlı Cinayət Məcəlləsində də müvafiq maddə var.

Həmin formada yıxılan və zədə alan insanı bir yerdən başqa yerə aparanda necə davranmaq lazımdır?

Politravmalı adamı yerindən qaldırmaq, onu xərəksiz və qeyri-peşəkarcasına daşımaq qəti qadağandır. Bu zaman sınıqların ucu ətrafdakı qan damarlarını, sinir ucluqlarını və vacib orqanları zədələyə bilər. Ona görə kor-koranə ora-bura daşımaq, divana, ya da harasa uzatmaq qəti qadağandır. Xəstə düz xərəyə uzadılmalı, ətraflara, boyuna şina bağlanmalıdır. Ətraflara, yəni əllərə, ayaqlara, boyuna şina qoyulması onları hərəkətsizləşdirir və qeyd etdiyim kimi sınıqların sinirləri zədələməyinə imkan vermir. Həmin məktəbin yəqin ki, tibb xidməti yaxud tibb bacısı olub və bütün bunlar onun səlahiyyətlərinə aiddir. Burada ortaya bir problem də çıxır, məktəblərdə, təhsil işçhiləri ilkin tibbi yardım qaydalarını bilmir.

Səhiyyə Nazirliyinin yaydığı məlumatda məktəblinin aldığı zədələr sadalanıb. Bu xəsarətləri alan insanın sağ qalmaq şansı nə qədərdir?

Bədən zədə alanda ilk olaraq orqanizm özünü kompensasiya edir, heç nə olmamış kimi davranır, amma bir müddət sonra dekompensasiya mərhələsi başlayır. Sadalanan zədələr kifayət qədər ciddidir. Xüsusilə də ağciyər və fəqərələrin zədələnməsi. Xəstənin yaşını və fiziki vəziyyətini nəzərə alsaq – şəkildən də görünür ki, cılız, zəif uşaq olub – onda risk bir az böyükdür. Həmçinin qapalı kəllə-beyin travması da ciddi siqnaldır. O mərtəbədən yıxılan və o zədələri alan xəstəyə yerindəcə tibbi yardım göstərmək və ən qısa vaxtda xəstəxanaya çatdırmaq lazım idi. O travmaları alan uşağı bir neçə saat gecikdirmək, qeyri-peşəkarcasına başqa yerə daşımaq qətiyyən olmaz. Bu halda vəziyyət 50% pisləşir. Həmçinin elə kritik vəziyyətdə olan xəstə üçün xəstəxanada da göstərilən yardımın keyfiyyəti çox önəmlidir, inanmıram ki, “Semaşko”da belə uyğun şərait olsun.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia