Ermənistanın baş naziri Nikol Paşinyan Arsenal futbol klubunun Bakıya gəlməkdən imtina edən erməni əsilli oyunçusu Henrik Mxitaryana zəng edib.
Bu barədə tvit atan baş nazir futbolçuya dəstək nümayiş etdirib.
I had a phone call w/@HenrikhMkh and expressed my support ahead of today's match btw @Arsenal & @ChelseaFC, which Henrikh will have to miss because of #Baku's racial discrimination policy. I told @HenrikhMkh that we are very proud of him, and we all stand by his side!
— Nikol Pashinyan (@NikolPashinyan) May 29, 2019
Bakının irqi ayrıseçkilik siyasətinə görə Arsenal və Çelsi oyununu buraxmaq məcburiyyətində qalan Henrik Mxitaryanla telefon danışığımız oldu və ona dəstəyimi ifadə etdim. Henrik Mxitaryana dedim ki, biz onunla fəxr edirik və həmişə onun tərəfində olacağıq
Nə baş verib: Mayın 29-u Bakıda Avropa Liqasının finalı baş tutub. Finalda qarşı-qarşıya gələn komandalardan Arsenalın erməni əsilli oyunçusu Henrik Mxitaryan oyundan bir müddət əvvəl Bakıya gəlməkdən imtina etdiyini açıqlayıb. O, bunu təhlükəsizliyinə təminat olmadığı ilə əsaslandırıb.
https://www.facebook.com/MikroskopMedia/videos/188361042059342/