SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Palmali” şirkətinin batan gəmisi ilə bağlı açıqlama yayıb. Report yazır ki, İ.Əhmədov “Dorric Warrior” gəmisinin “SOCAR Ukraine” şirkəti ilə heç bir əlaqəsi olmadığını deyib.
Bunu Azərbaycana qarşı yönəldilmiş tamamilə həqiqətdən və məntiqdən uzaq olan, mənasız təxribat kimi dəyərləndiririk.
Nə baş verib: Ötən gecə “Palmali” şirkətlər qrupuna məxsus “Mammad Amin Rasulzade” gəmisi “Doric Warrior” adlı gəmi ilə toqquşub. Şirkətin rəhbəri Mübariz Mənsimov qəza ilə bağlı yaydığı açıqlamada hadisədə SOCAR prezidenti Rövnəq Abdullayevi günahlandırıb.
Həmçinin qəza ilə bağlı araşdırma edən Şəbnəm Karslı “Dorric Warrior” adlı gəminin “SOCAR Ukraine” üçün çalışdığı barədə məlumat yayıb.