Bazar, 7 Mart 2021
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
Nəticə yoxdur
Bütün nəticələri göstər

Azərbaycanda bu ilin 9 ayı ərzində 118 qadın şiddətə məruz qalıb

14 Oktyabr 2019
2 min read
Azərbaycanda bu ilin 9 ayı ərzində 118 qadın şiddətə məruz qalıb

Cover: mikroskop media

Azərbaycanda bu ilin Yanvar-Sentyabr ayları ərzində ümumilikdə 118 qadın ailədaxili şiddətə məruz qalıb. Onlardan 33-ü həmin şiddət nəticəsində dünyasını dəyişib. Digər 85 qadın isə ailə üzvü və yaxınları tərəfindən ya döyülüb, bıçaqla, balta ilə, küt alətlə, çəkiclə vurulub, yandırılıb və müxtəlif cür xəsarət alıblar.

Mikroskop Media bu monitorinqi Azərbaycanda informasiya agentlikləri və xəbər saytlarında dərc olunan materiallara əsasən aparıb. Əsas istifadə olunan iki mənbə APA və Report informaisya agentlikləri olub.

infoqrafika: mikroskop media

Mediada dərc olunan cinayət hadisələrinin ancaq bir qisminin təfərrüatları barədə məlumatlar olur. Ona görə də şiddət göstərənlərin heç də hamısının bunu hansı bəhanə ilə etdikləri dəqiq məlum deyil. Digərlərinin isə böyük əksəriyyəti bunu qısqanclıq, ailədaxili münaqişə, qadının boşanmaq istədiyinə görə və s. olub. Təkcə ailədaxili münaqişə zəmnində qeydə alınan döyülmə, xəsarət və cinayət faktının sayı 20-dən çoxdur.

Bu fiziki zorakılığın çox böyük əksəriyyətini qadınların əri, qaynı, qaynatası, qardaşı, qaynı, keçmiş əri, kürəkəni, oğlu olan kişilər, bir qismini isə digər ailə üzvləri qaynana, qız, gəlin törədib.

Baş verən cinayətlərin bir qismi xüsusi amansızlıqla yerinə yetirilib. Bunların arasında uşaqların gözü qarşısında öldürülən anaları misal çəkmək olar. Təəssüf ki, bir neçə gün əvvəl 20 bıçaq zərbəsi alıb qətlə yetirilən Leyla Abdullayeva ilk belə qətl deyil. Ondan öncə də qadınlar 4-5 bıçaq zərbəsindən tutmuş 18-19 dəfəyə qədər bıçaqlanıb və onların bir qismi ölüb.

Döyülən qadınların arasında şərlənməklə hədələnənləri olub ki, məsələn, onlarından birinin həyat yoldaşı polisə şikayət edəcəyi təqdirdə onu başqa kişi ilə tutduğunu deməklə hədələyib.

Qadınlar təkcə yumruq, sillənin, bıçaq zərbəsinin yox, balta, küt alət, çəkic altında əzilib, maşınla divara sıxılaraq öldürülüb, yaşadıqları evə od vurularaq yandırılıb.

Monitorinqin nəticəsində görə, şiddət hadisələri ən çox Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Cəlilabadda olub. Amma bir də qeyd etmək mütləqdir ki, bu, yalnız mediada dərc olunan məlumatlara əsasən müəyyən olunmuş nəticədir, rəsmi statistika deyil.

Son yazılar

Necə oldu ki, proqramçı Mayk Omer 4 il ərzində bestseller yazıçı oldu?

by Mikroskop
01 Mart 2021
0
Necə oldu ki, proqramçı Mayk Omer 4 il ərzində bestseller yazıçı oldu?

Müəllif: Natalya LomıkinaMənbə: Forbes.ruTərcümə: Lamiyə Göycəyeva Dörd il ərzində israilli gənc proqramçı Mayk Omer (Mike Omer) Federal Təhlükəsizlik Bürosunun (FTB)...

Read more

Avropa Məhkəməsi Azərbaycan hökumətini 35 250 avro cərimələyib

by Mikroskop
25 Fevral 2021
0
Avropa Məhkəməsi Azərbaycanı cərimələyib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) fevralın 25-də Azərbaycandan göndərilən 8 şikayət üzrə qərarlarını elan edib. Vəkil Nemət Kərimli, Elşad Təhməzov,...

Read more

“Səmərqəndə gedən eşelon” kitabım işıq üzü görür

by Mikroskop
24 Fevral 2021
0
“Səmərqəndə gedən eşelon” kitabım işıq üzü görür

Mənbə: Livelib.ruMüəllif: Güzel Yahina Tərcümə: Lamiyə Göycəyeva Martın əvvəli Yelena Şubinanın redaksiyası altında 2021-ci ilin ən gözlənilən kitablarından biri, Güzel...

Read more

Qrem Svift: Mən yazıçı doğulmamışdım – mən yazıçı olmalı idim

by Mikroskop
24 Fevral 2021
0
Qrem Svift: Mən yazıçı doğulmamışdım – mən yazıçı olmalı idim

Mənbə: The GuardianTərcümə: Lamiyə Göycəyeva “Son göstərişlər” (Last Orders) əsəri  Buker mükafatına layiq görüldükdən 25 il sonra yazıçı ilə söhbət...

Read more

NİDA-çı fəala 30 sutka inzibati həbs cəzası verilib

by Mikroskop
22 Fevral 2021
0
NİDA-çı fəala 30 sutka inzibati həbs cəzası verilib

NİDA Vətəndaş Hərəkatının fəalı Elmir Abbasov bir neçə gün öncə Sumqayıt Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıb. NİDA VH-nin bu...

Read more
Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia