Bazar, 7 Mart 2021
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
Nəticə yoxdur
Bütün nəticələri göstər

“Gəncə işi”ndə təqsirləndirilənlər bu dəfə məhkəməyə qandalsız gətirilib

“Gəncə işi”ndə təqsirləndirilənlər bu dəfə məhkəməyə qandalsız gətirilib

Yunis Səfərov. Foto: şəxsi arxiv

Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyev və polis əməkdaşına qarşı sui-qəsd törətməkdə ittiham olunan Yunis Səfərovla birlikdə 12 nəfərin növbəti məhkəmə iclası keçirilib.

İclas bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilib.

Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiya baxır.

Təqsirləndirilənlər bu dəfə məhkəmə zalına əl qandalları olmadan gətiriliblər. Bu barədə ötən məhkəmə iclasında vəkillər və təqsirləndirilənlər vəsatət qaldırmışdı.

Ötən məhkəmədə dövlətin ona ayırdığı vəkildən imtina edən Y.Səfərovun ailəsi vəkil Bəxtiyar Hacıyevlə müqavilə imzalayıb.

Y.Səfərov saxlanılandan bəri ailəsi ilə telefonla danışa bilməməsi və onlarla görüşə bilməməsinə yenə etiraz edib:

Mən özümə müdafiə qurmalıyam,amma indiyədək telefon danışığından və görüşdən məhrumam. Mənim hüquqlarım təmin olunmadan bu proses necə gedə bilər ?! Bu məhkəmə nə dərəcədə ədalətlidir?!

Yunis Səfərov

Hakim təqsirləndirilənlərdən biri Mahir Əzizovun Azərbaycan dilində səlis danışa bilməməsinə etiraz edib və deyib ki, gərək hər kəs öz dilini yaxşı bilsin. M.Əzizovun məhkəmə zalında olan anası isə hakimə etiraz edib:

Mənim oğlum rus dilində təhsil alıb deyə öz dilində səlis danışa bilmir. Heç nazirlərin çoxu öz dilimizdə bilmir.

Buna cavabında isə hakim onu məhkəmə zalından çıxarmaqla təhdid edib.

Hansı vəsatətlər təmin olunmayıb:

  • Vəkil Nazim Musayevin məhkəmə zalında audioyazı aparılmasına dair vəsatəti
  • Təqsirləndirlilən şəxslərdən biri Cəfər Zalov dövlət tərəfindən təyin olunmuş vəkildən imtina etmək barədə vəsatəti

Bəzi vəkillər təqsirləndirilənlərin dövlət tərəfindən təyin olunmuş vəkildən imtina etməsi barədə vəsatətlərinin təmin olunmaması ilə bağlı məhkəmə tərkibinə etiraz ediblər. Məhkəmə tərkibinə etiraz vəsatətinin yazılı surətdə hazırlanması üçün vaxt istəyiblər.

Məhkəmə 17 fevraladək fasilə elan edib.

Yunis Səfərov kimdir və “Gəncə işi”ndə daha kimlər təqsirləndirilir? – Bu yazımızdan ətraflı oxu!

Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia