REAL sədri İlqar Məmmədov və 9 fevral Parlament seçkilərində namizədliyini irəli sürən bir neçə nəfər mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
Müraciəti imzalayanlar BŞİH-i xəbərdar edir ki, onlar fevralın 16-da “28 may” metro stansiyasının qarşısında saat 15:00-dan 17:00-a qədər mitinq keçirmək istəyir.
Mitinqin məqsədi 9 fevral növbədənkənar parlament seçkilərindəki pozuntulara etirazdır.
Müraciəti kimlər imzalayıb: İlqar Məmmədov, namizədlər Ruslan İzzətli, Fərhad Mehdiyev, Günel Səfərova və Fərəc Kərimli