Bazar ertəsi, 19 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Gürcüstandakı etiraz aksiyalarında 133 nəfər saxlanılıb

09 Mart 2023
A A
Gürcüstandakı etiraz aksiyalarında 133 nəfər saxlanılıb

7 mart aksiyasında Parlament binası önünə gələn etirazçı polis qarşısında. Foto: AFP/Zurab Tsertsvadze

Gürcüstanın paytaxtında keçirilən kütləvi etiraz aksiyalarından sonra hökumət “xarici agentlər” haqqında qanunu ləğv edəcəyinə açıqlayıb. OC Medianın məlumatına görə, qanun layihəsini qeyd-şərtsiz rədd edəcəyini bildirən hakim “Gürcü Arzusu” partiyası layihəni parlamentə təqdim edən “Xalqın Gücü” hərəkatı ilə birgə bəyanat yayıb. 

Bəyanatda nə deyilir: Birgə yayılan açıqlamada qeyd olunub ki, layihənin niyə qəbul olunduğu xalqa izah olunacaq:

Emosional fon sakitləşdikcə, qanun layihəsinin nə üçün qəbul edildiyini və ölkəmizdə xarici təsirin şəffaflığının təmin edilməsinin niyə vacib olduğunu ictimaiyyətə izah edəcəyik. Biz bunun üçün insanlarla görüşlərə başlayacağıq, işin hər bir detalı ilə bağlı həqiqəti geniş ictimaiyyətə çatdıracağıq.

bildirilib

Açıqlamada o da qeyd olunub ki, qanun layihəsinə saxta “Rusiya qanunları” damğası vurulub” və “radikal qüvvələr” gənclərin bir hissəsini qanunsuz fəaliyyətə cəlb edə bilib.

Gürcüstan parlamenti qarşısında toplaşan etirazçılar. Foto: OC Media/Mariam Nikuradze

Nə gözlənilir: Birinci oxunuşda qəbul edilmiş qanun layihəsinin ilkin variantını geri götürmək üçün parlamentdə yenidən səs vermə olmalıdır. Layihənin ikinci variantı hələ parlamentdə səsvermədən keçməyib və müəlliflər tərəfindən geri götürülə bilər. 

“Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze parlamentin növbəti iclasında qanun layihəsinin ikinci oxunuşuna baxılacağını və rədd ediləcəyini bildirib. O, daha sonra əlavə edib ki, əgər növbət iclasda birinci qanun layihəsi rədd edilsə, o zaman hələ qəbul olunmayan ikinci layihə geri götürülmüş olacaq. 

Layihənin ləğvinə reaksiya necədir:  Hakim partiyanın qanun layihələrini geri götürəcəyi ilə bağlı açıqlamanı müxalif siyasətçilər müsbət qarşılayıblar. Gürcüstanın ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkatın (VHM) liderlərindən olan Xatiya Dekanoidze “Facebook” hesabında “Uşaqlarımız bunu etdi!”– yazıb.

Respublikaçılar Partiyasının sədri Xatuna Samnidze IPN-yə deyib ki, bu, mübarizənin mənası olduğuna inanan insanların əldə etdiyi nəticədir:

Biz etirazçıların hər birinə və hər dəfə “Gürcü Arzusu”na bizi Avropa ailəsində gözlədiklərini xatırlatmaqdan yorulmayan beynəlxalq ərəfdaşlarımıza təşəkkür etməliyik. 

deyib

Keçmiş baş nazir və müxalifətdə olan “Gürcüstan Naminə” partiyasının lideri Giorgi Qaxaria etirazlara görə “GenZ” və “Millenniallar”a təşəkkür edib:

Minnətdarlıqla başlayaq! Təşəkkürlər, gənclər! Gürcüstanın Avropa gələcəyi üçün mübarizə aparanların hamısına təşəkkürlər! Gürcüstan xalqının Avropa seçiminə, ABŞ-a, sarsılmaz dəstəyə görə bütün xarici dostlarımıza, Avropa İttifaqına təşəkkür edirik! Bu, son qələbə deyil. Bu, qələbənin başlanğıcıdır”, – deyə o bildirib. “Gürcüstan Avropadır – Avropa Birliyinə namizəd statusu almaq lazımdır. Güc ancaq birlikdədir!”

“facebook”da yazıb

Tbilisidə nə baş verib: “Xarici agentlər” haqqından qanun layihəsinin qəbuluna etiraz edən on minlərlə insan çərşənbə günü parlament binasının qarşısında toplaşıb. Polislər etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər. Bəzi etirazçılar buna cavab olaraq polisə daş və molotov kokteyli atıblar, təhlükəsizlik xidmətlərinə aid olduğu güman edilən bir neçə avtomobili aşırdıblar.Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, 7-8 mart etirazları zamanı 133 nəfər saxlanılıb.  Vətəndaş cəmiyyəti təşkilatları və müxalifət liderləri onları azad etməyə çağırıblar.

Yolu bağlayan Gürcüstan polisi gözyaşardıcı qazdan istifadə edib. Foto: 7 mart/Irakli Gedenidze/Reuters

Bununla yanaşı, aksiyalar zamanı bir neçə jurnalist yaralanıb, “Publika” və “Netgazeti” nəşrinin jurnalistləri polis tərəfindən döyüldüklərini bildiriblər. “Netgazeti”nin əməkdaşı Buba Qvadzabiya şiddətə məruz qaldığını deyib:

Məni xüsusi təyinatlılar təpiklədilər. Biz “Biz mətbuatıq!” deyə qışqırdıq və əlimdə press-kart tutmuşdum. Bu gün ilk dəfə əmin oldum ki, jurnalist fəaliyyətini təsdiq edən sənədi göstərmək Daxili İşlər Nazirliyinin əməkdaşı üçün təhlükəsizlik təminatı deyil.

bildirib

Polis etirazçıları dağıtmaq üçün su şırnağından istifadə edib. Foto: 7 mart/Irakli Gedenidze/Reuters

Etirazçıların açıqlaması necədir: Aksiyanın təşkilatçıları bəyanat yayaraq  “çox parlaq və çox cəsarətli gəncələrin” geri qayıtdığı bildiriblər. Onlar insanları bu gün saat 19:00-da Rustaveli prospektinə toplaşmağa çağırıblar. Prospektə çıxan insanlar “xarici agent haqqında” olan hər iki qanun layihəsinin səsə qoyularaq geri götürülməsini və həbs olunan etirazçıların azad edilməsini tələb ediblər.

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024
Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır
Xəbər

Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır

09 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia