Şənbə, 12 İyul 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Ermənistan KTMT baş katibinin müavini vəzifəsindən imtina edib

10 Mart 2023
A A
Ermənistan KTMT baş katibinin müavini vəzifəsindən imtina edib

2021-ci ildə Tacikistanda KTMT-nin təlimləri zamanı alyansa üzv ölkələrin bayraqları dalğalanır. Foto: Pyotr Kovalyov/TASS

Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin müavini vəzifəsinə nümayəndə göndərməkdən imtina edib. OC Media yazır ki, qərarı Ermənistanın Xarici İşlər Nazirliyi təsdiqləyib. Lakin müqavilə protokoluna əsasən, 2023-cü ildə baş katibin müavini vəzifəsini Ermənistan nümayəndəsi tutmalı idi. 

Niyə bu addım atılıb: Qərar Azərbaycanla yaşanan son münaqişələrdə rəsmi Yerevanın Rusiyanın hərbi paktla bağlı fəaliyyət göstərməməsini dəfələrlə tənqid etməsindən sonra verilib. Belə ki, müqavilənin şərtlərinə əsasən, bir üzv dövlətə hücum hamıya hücum kimi qiymətləndirilməlidir. Lakin 2022-ci ilin sentyabrında Azərbaycanın Ermənistan ərazisinə hücumundan sonra təşkilat heç bir əməli yardım təklif etməyib. Yalnız faktdan sonra faktaraşdırıcı missiyanın göndərilməsi təklif edilib.

Gərginlik nə vaxt başlayıb: Müharibədən qısa müddət sonra baş nazir Nikol Paşinyan, o cümlədən Ermənistan hökumətinin yüksək vəzifəli şəxsləri, KTMT-nin fəaliyyətsizliyindən narazı olduqlarını bildirsələr də, paktdan çıxmağı istisna ediblər. Bu ilin əvvəlində isə Nikol Paşinyan aylansın planlaşdırılan hərbi təlimlərinin Ermənistanda keçirilməyəcəyini açıqladı. O, Ermənistanın hələ də Müqavilənin “məsuliyyət zonası”nın nədən ibarət olması ilə bağlı konkret cavablar gözlədiyini, lakin bir cavabının olmamasının əsas problem olduğunu qeyd etmişdi. 

Növbəti gərginlik Avropa İttifaqının Ermənistana monitorinq missiyasını göndərəcəyini elan etməsindən sonra yaranıb. Aİ ilə yanaşı, KTMT də müşahidəçiləri göndərməyə hazır olduğunu açıqlayıb. Daha sonra isə Ermənistanı Aİ-yə “üstünlük verməkdə” ittiham edib. İrəvanda keçirilən etiraz aksiyalarında da KTMT-nin fəaliyyətinə qarşı tənqidlər özünü göstərmişdi. Noyabrda keçirilən mitinqdə etirazçılar Ermənistandan tələb edirdilər ki, erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyanın ölkəyə girişini qadağan etdikləri kimi” KTMT-yə də qadağa tətbiq etsinlər.

Ermənistan Rusiyadan niyə narazıdır: Laçın dəhlizinin blokadaya alınmasından sonrakı aylarda Rusiyadan narazılıq daha artıb. Belə ki, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan, Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yol 2022-ci il dekabrın 12-dən azərbaycanlı etirazçılar tərəfindən bağlanıb. Sülhməramlılar dəhlizin blokadası ilə bağlı məsələləri Azərbaycanla müzakirə etdiklərini desələr də, heç bir ciddi nəticə əldə olunmayıb.

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia