Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Gürcü xalqı Aİ-yə üzv olmaq üçün hökumətin çalışdığına nə qədər inanır?

05 Aprel 2023
A A
Gürcü xalqı Aİ-yə üzv olmaq üçün hökumətin çalışdığına nə qədər inanır?

2022-ci il iyulun 3-də Tbilisidə Gürcüstanın Avropa İttifaqına üzvlüyünə dəstək aksiyası. Foto: Vano Shlamov/ AFP

Gürcüstan uzun müddətdir ki, həm Avropa İttifaqına, həm də NATO-ya üzv olmaq istədiyini bildirir. Qafqaz Araşdırma Resurs Mərkəzinin (The Caucasus Research Resource Center- CRRC) məlumatları göstərir ki, gürcülərin əksəriyyəti Aİ-yə qoşulmaq istəsələr də, hökumətin ölkəyə namizəd statusunu təmin etmək üçün kifayət qədər iş görüb-görməməsi ilə bağlı fikir ayrılığı var. OC Medianın məqaləsində qeyd olunur ki, “xarici agentlər” haqqında qanunu dəstəkləmək də daxil olmaqla, hökumətin son addımları, Ukraynaya qarşı getdikcə tənqidi ritorika və Qərbin Gürcüstanı Ukraynadakı müharibəyə sürükləməyə çalışdığını göstərən konspirasiya nəzəriyyələrinin yayılması Gürcüstanın Avro-Atlantik inteqrasiyaya sadiqliyini sual altında qoyub.

Sorğular nə göstərir: “CRRC Georgia”nın məlumatları və 2022-ci ilin dekabrında Milli Demokratiya İnstitutunun (NDI) apardığı sorğudan aydın olur ki, icmaiyyətin Aİ-yə üzvlük üçün dəstəyi həmişəki kimi güclüdür. 2014-cü ilin aprelindən bəri əhali arasında aparılan sorğularda hökumətin Avropa İttifaqına qoşulmaq istəyini dəstəkləyənlərin göstəricisi 61% ilə 83% arasında olub. 2022-ci ilin iyul-avqust aylarında əhalinin dəstəyi 75% olub, sorğunun son dalğasında isə bu rəqəm 81%– ə qədər yüksəlib. Ümumiyyətlə, əhalinin böyük qismi Gürcüstanın Aİ-yə üzvlük iddiasını dəstəkləsə də, bəziləri hökumətin kifayət qədər səy göstərmədiyini düşünür və bu mövzuda fikir ayrılığı yaşanır:

  • az iş görür – 38%
  • heç nə etmir – 18%
  • əlindən gələni edir – 30%
  • cavab tapmayanlar – 13%
  • cavabdan imtina edənlər – 1%

Əvvəlki göstəricilər necədir: CRRC və NDI-nin iyul-avqust aylrında apardığı sorğularda da oxşar sual verilib və respondentlərin 27%-i hökumətin namizəd statusu əldə etmək üçün mümkün olan hər şeyi etdiyini deyib. 49%-i kifayət qədər iş görmədiyini, 8% fikirlərin heç biri ilə razılaşmadıqlarını, 16% isə sualdan əmin olmadıqlarını deyiblər yaxud cavab vermək istəməyiblər. İctimaiyyətdən həmçinin, Gürcüstanın Aİ-yə yaxınlaşdığı, daha da uzaqlaşdığı, yoxsa münasibətlərin son beş ildə olduğu kimi qaldığı soruşulub. Bu mövzuda da əhali arasında fikir ayrılığı olub:

  • Aİ-yə yaxınlaşıb deyənlər – 30% 
  • Aİ-dən uzaqlaşıb deyənlər – 24%
  • 5 il əvvəlki münasibətdir deyənlər – 29%
  • cavabda qərarsız olanlar – 15%
  • cavabdan imtina edənlər – 1%

Partiya dəstəkçiləri nə düşünür: Məlumatlarda Gürcüstanın Aİ-yə üzvlüyünə dəstək baxımından partiyalar arasında bölünmələr olmasa da, ölkənin Avropa İttifaqı ilə münasibətlərinin necə inkişaf etdiyi, həm də hökumətin namizəd statusu əldə etmək səyləri ilə bağlı tərəfdarlar arasında fikir ayrılıqları var. Belə ki, ən çox hakim “Gürcü Arzusu” partiyasını dəstəkləyənlər Gürcüstanın üzvlük əldə etmək üçün əlindən gələni etdiyinə inanır:

  • “Gürcü Arzusu” tərəfdarları – 59%
  • müxalif “Vahid Milli Hərəkat” tərəfdarları – 7%
  • heç bir partiya dəstəkləməyənlər – 19%

Son beş ildə Gürcüstanın Aİ-yə yaxınlaşdığını düşünənlərin böyük qismi də “Gürcü Arzusu”nu  dəstəkləyənlərdir:

  •  “Gürcü Arzusu” tərəfdarları – 51% 
  • “Vahid Milli Hərəkat” tərəfdarları – 14%
  • heç bir partiya dəstəkləməyənlər –  24%

Bir çox məsələlərdə olduğu kimi, bu mövzuda da fikirlər partiya xətti üzrə bölünür. Lakin aydındır ki, Gürcüstanın Avropa İttifaqına üzv olmaq cəhdi getdikcə uğursuzluğa düçar olur.

QEYD: Bu məqalə “CRRC Georgia”nın baş elmi işçisi Dastin Gilbreath tərəfindən yazılıb. İfadə olunan fikirlər müəllifə məxsusdur, və “CRRC Georgia”nın, NDI və ya hər hansı əlaqəli təşkilatın fikirlərini əks etdirmir.

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia