Çərşənbə axşamı, 12 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Arayik Arutyunyan gözlənilən istefanı verdi

31 Avqust 2023
A A
Arayik Arutyunyan gözlənilən istefanı verdi

Ruben Vardanyan və Arayik Arutyunyan görüş zamanı. Foto: Arayik Arutyunyanın rəsmi "Facebook" səhifəsi. İllustrasiya: Mikroskop Media

“Dağlıq Qarabağ Respublikası”nın prezidenti Arayik Arutyunyan gözlənildiyi kimi istefa verdiyini açıqlayıb. Onunla bərabər tanınmamış respublikada bu gün başqa “dövlət naziri” Qurgen Nersisyan da istefa verib.

“Facebook”da yazdığı açıqlamada Arutyunyan bu postda qalmağının Azərbaycan hökuməti ilə danışıqlara mane ola biləcəyini deyib.

Mənim tərcümeyi-halım və Azərbaycanın ona münasibəti süni maneələr yaradır ki, bu da növbəti addımları atmaq və çevik siyasət aparmaqla bağlı ciddi problemləri ortaya çıxarır.

Arayik Arutyunyan

Arutyunyan 44 gün davam edən İkinci Qarabağ müharibəsi barədə də yazıb və deyib ki, “məğlubiyyət prezidentə inamı xeyli azaldıb”. 

O əlavə edib ki, bu addım Dağlıq Qarabağda “daxili sabitliyin və möhkəm ictimai asayişin” təmin edilməsinə yönəlib.

Arutyunyan istefa ərizəsini cümə günü rəsmi şəkildə təqdim edəcəyini və Nersisyanı regionun Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Samvel Şahramanyanın əvəz edəcəyini bildirib.

O, istefasından 10 gün əvvəl “parlament”ə onun yerinə başqasını təyin etməyə imkan verən qanun dəyişikliyini imzalayıb.

“Parlament”ə verilən səlahiyyətdə nə var?

Dəyişiklikliyə görə, hərbi vəziyyət zamanı “prezident” vəzifəsini vaxtından əvvəl tərk edərsə, “parlament” səlahiyyət müddətinin qalan hissəsini yerinə yetirmək üçün onun yerinə başqasını təyin etməlidir.

“Dağlıq Qarabağ Respublikası” İkinci Qarabağ Müharibəsindən bəri hərbi vəziyyət şəraitində qalıb. Aratunyanın isə hazırkı səlahiyyət müddəti 2025-ci ildə başa çatmalı idi.

“Parlamentin” 10 gün ərzində yeni prezidenti seçəcəyi gözlənilir.

İstefa məsələsi nə vaxtdan gündəmdədir?

Arutyunyanın mümkün istefası ilə bağlı şayiələr günlərdir ki, Ermənistan və “Dağlıq Qarabağ Respublikası”nda yerli mediada yayılıb və “prezident aparatı” əvvəlcə bu fərziyyələri təkzib edib.

Arutyunanın istefası İkinci Qarabağ müharibəsinin bitməsindən bəri müzakirə mövzusu olub.

Tanınmamış respublikada yeni seçkilərin keçirilməsi Azərbaycanın hərbi əməliyyata başlaması üçün potensial bəhanə kimi qiymətləndirilib.

Ötən ilin dekabrında Azərbaycan hökumətinin Laçın koridorunda təşkil etdiyi aksiyadan sonra hakimiyyət dəyişikliyi ilə bağlı müzakirələr arxa plana keçib.

Avqustun 21-dən sonra isə Arutyunyanın istefa məsələsi əsas gündəm mövzularından biri olub. Keçmiş “dövlət naziri” Ruben Vardanyan Arutyunyanı istefa verəcəyəi ilə bağlı söz verdiyi halda buna əməl etməməkdə günahlandırıb. Bu ittihamdan sonra isə “parlament” binasına hökumətin silahlı dəstəsi daxil olub və Arutyunyana dəstək nümayiş etdirib.

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia