Cümə axşamı, 23 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Ermənistanla Rusiya arasındakı gərginliyin artmasına Rusiyanın Birinci kanalı necə “xidmət edir”? 

27 Oktyabr 2023
A A
Ermənistanla Rusiya arasındakı gərginliyin artmasına Rusiyanın Birinci kanalı necə “xidmət edir”? 

Foto: “Nikol Paşinyan: bəlaların xəbərçisi” verilişindən screen.

Rusiyanın dövlət televiziyasının Ermənistan hökumətini tənqid edən şərhindən sonra Ermənistan Rusiyanın bu ölkədəki səfirini XİN-ə çağırıb. Kreml isə cavabsız qalmayıb; Ermənistanın Rusiyadakı müvəqqəti işlər vəkilini XİN-ə çağırıb.

Dövlət televiziyası nə deyib? 

Bu həftənin əvvəli, 23 oktyabrda Rusiyanın Birinci Kanalı “Nikol Paşinyan: bəlaların xəbərçisi” adlı bir saatlıq proqram yayımlayıb.

Verilişdə söhbət Nikol Paşinyanın 2018-ci ildə küçə etirazları nəticəsində hakimiyyətə gəlməsindən gedib. Verilişdə iştirak edən ekspertlər bunu Qərbin sponsorluq etdiyi “rəngli inqilab” adlandırıb.

Kim hansı addımı atıb?

Səhəri gün, 24 oktyabrda Ermənistan XİN Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkini “Ermənistan Respublikasının yüksək rütbəli rəsmilərinə ünvanlanan təhqiramiz və qətiyyən qəbuledilməz bəyanatlara” görə nazirliyə çağırıb.

25 oktyabrda Rusiya Moskvadakı erməni müvəqqəti işlər vəkilini çağırıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da səssiz qalmayıb. O deyib ki, öz həyatlarını təhlükəyə atmaq qarşılığında ermənilərin təhlükəsizliyini təmin edən Rusiya sülhməramlılarına qarşı da Ermənistan mediasında iyrənc yazılar yayımlanır.

Paşinyan əlehyinə veriliş niyə hazırlanıb?

17 oktyabrda Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxış edərək Qarabağdakı Rusiya sülhməramlılarını “fəaliyyətsizlikdə” və Ermənistanın təhlükəsizlik üzrə müttəfiqlərini “hərəkətsizlikdə” ittiham edib.

O, müharibə və humanitar böhrandan istifadə edilməklə “Ermənistanın demokratiya və suverenliyini pozmaq cəhdini” tənqid edib.

Veriliş də elə bu çıxışdan sonra hazırlanıb.

TASS agentliyi Rusiyanın yüksək rütbəli bir məmuruna istinadən yazıb ki, Paşinyanın çıxışı “Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı tamamilə məsuliyyətsiz və təxribat xarakterli” olub.

Verilişdə fakt səhvləri var? Var!

Ermənistanın fakt-yoxlama saytı FIP.am verilişdə irəli sürülən bir neçə iddianı yoxlayıb.

Məsələn, Paşinyanın heç vaxt demədiyi “Artsax baş ağrısıdır” ifadəsi bu dəfə də səslənib.

Başqa bir iddia isə Paşinyanın “Arsaxı təhvil verməklə Ermənistanın Azərbaycana, Türkiyəyə və İrana yolunu açacağıq” fikrini səsləndirməsi olub. FIP.am yazır ki, baş nazir belə fikir səsləndirməyib.

Verilişin aparıcısı iddia edib ki, 2022-ci ilin sentyabrında Azərbaycanın Ermənistana hücumundan əvvəl Paşinyan NATO qoşunlarını Ermənistana gətirib. Belə bir hal olmayıb. NATO kontingenti adlandırılan missiya isə Aİ-nin mülki müşahidə missiyasıdır. Onlar Ermənistana müharibədən sonra gəlib.

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia