Alman polislər və miqrantlar. Foto: Ralph Orlowski / Reuters

Noyabrın 13-də Almaniyada fəaliyyət göstərən «Leqat» İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və Azərbaycandan gedən daha 6 mühacir saxlanılıb.
Bu barədə məlumatı Almaniyanın “spiegel.de” saytı yayıb.

Nələri bilirik: Əməliyyət Almaniyanın Frankfurt Mein, Köln, Koblenç və Düsserdorf şəhərlərində keçirilib, 13 ev vә obyektә basqın edilib.

“Swr.de” saytı da yazır ki, 2 nəfər həbs olunub. Onlardan birinin dəstənin rəhbəri olduğu bildirilir. 8 şübhəlinin istintaqı aparılır. Onları ən azı 20 nəfəri Azərbaycandan Almaniyaya 3 min – 10 min avro arasında qaçaqmalçılıqda ittiham edirlər.

Meydan TV-nin əldə etdiyi məlumata görə, reyd Ukraynadan Almaniyaya ucuz işçi qüvvəsi aparan dəstəni aşkarlamaq üçün keçirilib. Əməliyyata 180-dən çox polis cəlb olunub. Həmin əməliyyat nəticəsində Azərbaycandan miqrant cəlb edən vətəndaşlar da aşkarlanıb. Saxlanılanlar arasında azərbaycanlı miqrantlara hüquqi dəstək verən şəxslərin olduğu deyilir.

Sabir Rüstəmxanlı nə deyir: Əlövsət Əliyevin qardaşı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Azadlıq Radiosuna danışıb. Deyib ki, qardaşı kimə bacarıbsa, köməyini əsirgəməyib.

Nə üçünsə şübhələniblər ki, Əlövsət Almaniyaya miqrant daşınmasına kömək edib. Guya, qeyri-qanuni şəkildə Azərbaycandan oraya adamlar aparılmasına köməklik göstərib. İndi Azərbaycandan insanlar axıb Almaniyaya gedirlər, hüquqi yardım üçün müraciət edirlər. Əlövsət də kimə bacarırsa, köməyini əsirgəmir.

Başqa kimlər saxlanılıb: Saxlanılanlar arasında Müsavat Avropa Koordinasiya Mərkəzinin sədri İlham Həsən də var. Partiya hələlik araşdırma apardığını deyir.

Siyahı: Almaniyada yaşayan mühacir blogger Həbib Müntəzir saxlananların onda olan siyahısını yayımlayıb.

  • Elçin Əkbərov – Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.

  • Mehdi Xəlilbəyli – Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini.

  • Abdin Cavadov – Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu.

  • Rəşad Məmmədov – Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdi Xəlilbəylinin sürücüsü.

  • Elşən Abdullayev – Almaniyada yaşayan siyasi mühacir. (DAS üzvü olmayan)