Nazirlər Kabinetinin strukturunda nə dəyişib?

Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni strukturunu təsdiqləyib. Bununla da nazirliyin şöbələrindən bəziləri ləğv olunub, bəzilərinin adları dəyişdirilib. Yeni strukturdakı vəzifə təyinatları ilə bağlı hələ ki, məlumat açıqlanmayıb.

Köhnə strukturla müqayisədə Nazirlər Kabinetində nə dəyişib?

Baş Nazirin katibliyi
Baş Nazirin birinci müavinin xidməti
Baş Nazirin müavinlərinin xidməti
Nazirlər Kabineti Aparatının rəhbərinin xidməti
Nazirlər Kabineti Aparatı rəhbərinin müavinin xidməti
Hüquq şöbəsi – Hüquq və Qanunvericilik şöbəsi
Maliyyə və İqtisadiyyat şöbəsi – İqtisadiyyat şöbəsi
Humanitar və Sosial məsələlər şöbəsi iki ayrı şöbəyə bölünüb:
Humanitar məsələlər şöbəsi
Sosial məsələlər şöbəsi
Beynəlxalq əlaqələr şöbəsi – Beynəlxalq əməkdaşlıq şöbəsi
Sənayə və energetika şöbəsi
Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi iki şöbəyə bölünüb:
Aqrar və ekologiya şöbəsi
Regionların inkişafı şöbəsi
Təhlükəsizlik və müdafiə məsələləri şöbəsi – Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi
Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsi iki şöbəyə ayrılıb:
Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsi
Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsi

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi
Ümumi şöbə – yeni yaradılıb
Mətbuat xidməti
İşlər idarəsi