Bu barədə onun qardaşı Qalib Toğrul məlumat yayıb.
O bildirib ki, kitab, dərman, qida və sanitar təmizlik üçün nəzərdə tutulan vasitələr professora verilməyib.
Qubad İbadoğlu şəkər xəstəsidir və o, dietik qidalar yeməlidir. Lakin ailəsinin ona göndərdiyi qarabaşaq (qreçka) ona çatdırılmayıb.
Qardaşı yazır ki, sanitar qovşağını təmizləmək məqsədilə göndərdikləri “Domestos”u belə müsadirə ediblər.
Dərmanlarla bağlı isə onlara “öncə həkim baxmalıdır” deyilib.
Nə baş verib?
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu 23 iyulda saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 204.1-ci – satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları əldə etmə və ya satma – maddəsi ilə cinayət işi başlanıb. Qubad İbadoğlu öz həbsi barədə qısa şərh verə bilib: “İlham Əliyevin sifarişilə saxlanılmışam”.
Həbslə bağlı Azərbaycan Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, əməliyyat Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında keçirilib.
The post Qubad İbadoğluna göndərilən dərmanları “öncə həkim baxmalıdır” deyib, ona vermirlər appeared first on Mikroskop - Qısa, vizual, izahlı.
]]>OC Media yazır ki, “respublika”nın Ombudsman Aparatı ölümün günahını tamamilə Azərbaycan tərəfində görür və bunu “Azərbaycan tərəfindən Artsaxın [Dağlıq Qarabağın] 8 aydır davam edən blokadasının fəlakətli nəticələrindən biri” adlandırıb.
“Blokadanın ictimai səhiyyə sahəsində ilk təsiri cəmiyyətin həssas qrupları – uşaqlar, hamilə qadınlar, xroniki xəstəliyi olanlar, yaşlılar və fiziki məhdudiyyətli şəxslər üzərində olub və onların vəziyyətinə təsir göstərir” – deyə məlumatda əlavə olunur.
Xankəndində vəziyyət necədir?
Ermənistandan yanacaq və elektrik enerjisi tədarükünün olmaması işıqların tez-tez kəsilməsinə və ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasına səbəb olub. Bu da yaşayış məntəqələrinin bir-biri ilə əlaqəsini çətinləşdirir.
Kənddə yaşayanlar isə öz ehtiyaclarını ödəmək üçün kənd təsərrüfatı məhsullarından qismən istifadə etsələr də, Xankəndində supermarketlər boş qalıb. Kəndlərdən göndərilən mallar isə yanacaq çatışmazlığı səbəbindən şəhərə çatdırıla bilmir.
Nə baş verib?
Azərbaycan hökuməti 2022-ci ilin dekabrında Laçın koridorunda 2023-cü ilin aprel ayına qədər davam edən etiraz aksiyası təşkil edib. 138 gün davam edən aksiyanın iştirakçıları “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının istismarının qanunsuz olduğunu və bunun ekologiyaya ziyan vurduğunu iddia edib.
Aksiya ilə əlaqədar olaraq Ermənistanla Dağlıq Qarabağı birləşdirən yol bağlanıb və bu da blokadaya səbəb olub. 2023-cü ilin iyun ayına qədər Dağlıq Qarabağda yaşayan erməni əhali üçün zəruri ehtiyaclar Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən təmin olunsa da, həmin aydan etibarən Azərbaycan hökuməti komitədən alternativ yoldan istifadə etməyi tələb edib və komitənin maşınlarının Laçın keçid məntəqəsindən keçməsini dayandırıb.
Eko fəallar kim idi?
Aksiyanın davam etdiyi müddət ərzində hökumətyönlü medialar. Laçın koridorundakı aksiyanın eko-fəallar və ekologiya sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən təşkil olunduğu barədə məlumatlar yayılıb. 2023-cü ilin yanvarında Mikroskop Medianın dərc etdiyi araşdırma ortaya çıxarıb ki, ərazidə olan şəxs və QHT-lərin yalnız bir neçəsi eko-fəaldır.
Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.
The post Dağlıq Qarabağdakı bir erməninin acından öldüyü barədə məlumat yayılıb appeared first on Mikroskop - Qısa, vizual, izahlı.
]]>Nə baş verib?
Avqustun 3-ü “Sunset Shovi” oteli ərazisində torpaq sürüşməsi olub və rəsmi məlumata görə, hadisə nəticəsində 25 nəfər həlak olub, 8 nəfər isə itkin düşüb.
Hazırda axtarış-xilasetmə işlərinə ordu da qoşulub.
Ermənistan və Azərbaycan fəlakətdən dərhal sonra yardım təklif etsə də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bundan imtina edib.
Sürüşməyə səbəb nə olub?
Gürcüstanın Milli Ətraf Mühit Agentliyinin dərc etdiyi ilkin təhlildə deyilir ki, torpaq sürüşməsinə bir neçə amil, o cümlədən yaxınlıqdakı Buba və Tiflis buzlaqlarının “intensiv” əriməsi, yer eroziyaları səbəb olub.
Hökumət niyə günahlandırılır?
Agentlik sürüşmədən bir neçə gün əvvəl Buba çayındakı tıxanma ilə bağlı fərziyyələri təkzib edib.
İlya Dövlət Universitetindəki Yer Elmləri İnstitutunun Coğrafiya departamentinin rəhbəri Laşa Suxişvili “Netgazeti”yə açıqlamasında Milli Ətraf Mühit Agentliyinin sürüşmənin saatda 70 km sürətlə baş verdiyi iddiasına şübhəli yanaşdığını deyib. Suxişvili hesab edib ki, sakinlərə bu barədə xəbərdarlıq edilə bilərdi.
Hökumətin tənqid olunmasının digər səbəbi də fəlakətlə bağlı ön hazırlığın olmaması və operativ ilkin reaksiyanın verilməməsidir. Sürüşmə nəticəsində sağ qalanlar deyib ki, onlara nə xəbərdarlıq edilib, nə də evakuasiya ilə bağlı göstəriş verilib.
Sakinlərin açıqlaması hökumətin aşkarlama mexanizminin olmamasına görə, daha çox tənqid olunması ilə nəticələnib.
Hökumət nə deyir?
Hakim “Gürcü Arzusu” partiyası və Baş nazir İrakli Qaribaşvili açıqlama yayıb ki, hökumətin baş verən fəlakətə reaksiyası vaxtında və adekvat olub.
Hadisədən 5 gün sonra hökumət elan edib ki, onlar dərhal mümkün səhlənkarlıq və tikinti pozuntuları ehtimallarının araşdırılmasına başlayıb.
Gürcüstanın 2017-2022-ci il üzrə “Fəlakət Riskinin Azaldılması üzrə Milli Strategiya”sında erkən xəbərdarlıq sisteminin yaradılması prioritet kimi qeyd olunub. Eyni zamanda 2021-ci ildə Milli Ətraf Mühit Agentliyi Şovini təbii fəlakət riski yüksək olan ərazilər sırasına daxil edib.
Hökumət nəyə söz vermişdi?
Hakim “Gürcü Arzusu” partiyasının 2021-ci ildəki seçki platformasında qeyd olunub ki, təbii fəlakət riski yüksək olan ərazilərdə 150-ə yaxın avtomatik monitorinq stansiyaları və xəbərdarlıq sistemləri yaradılacaq.
“Erkən xəbərdarlıq SMS sistemi riskli ərazilərdə olan abunələri olduqları ərazidəki təhlükə ilə bağlı xəbərdar edəcək” – hökumət proqramında deyilir.
Eyni şəkildə hakim partiya Svanetidəki Nenskra çayının daşmasından sonra, 2018-ci ildə söz vermişdi ki, 2-3 il ərzində bütün Gürcüstanda xəbərdarlıq sistemi qurulacaq.
Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.
The post Torpaq sürüşməsinə görə Gürcüstan hökuməti niyə tənqid olunur? OC-Media izah edir! appeared first on Mikroskop - Qısa, vizual, izahlı.
]]>Niyə saxlanılıb?
Qubad İbadoğlu Anar Əliyev adlı şəxsin ifadəsi əsasında saxlanılıb. A. Əliyevin ifadəsinə görə Q. İbadoğlu ona saxta pul və hansısa təlimatlar verib. İfadə verən Anar Əliyev özü də saxlanılıb və onun ifadəsində haqqında danışdığı təlimatların nələr olduğu məlum deyil.
Saxlanılan digər şəxslər: Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov və Ruslan Əliyevdir. Onların FETÖ ilə əlaqələrinin olduğu iddia edilir.
Türkiyənin həbsdəki rolu
Qubad İbadoğlunun həbsindən dərhal sonra Türkiyə hökumətinə yaxın medialarında “Azərbaycanda FETÖ əleyhinə əməliyyat” keçirildiyi və 5 nəfərin saxlanıldığı barədə xəbərlər yazılmağa başlandı. Həmin xəbərlərdə saxlanılanlardan birinin siyasi partiya rəhbəri olduğu qeyd edilirdi. Türkiyənin terror təşkilatı kimi tanıdığı FETÖ əleyhinə Azərbaycanda bundan əvvəl də əməliyyatlar olub.
Bununla yanaşı, Azərbaycan Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, bu dəfəki əməliyyat Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında keçirilib.
DİN-in rəsmi açıqlaması
23 iyulda gün ərzində bir neçə dəfə DİN rəsmi açıqlama verib.
Saxlanma barədə: DİN açıqlamasında saxlanma yox, dəvət edilmə kimi yazıb. Bildirilib ki, Qubad İbadoğlu vəkili Zibeydə Sadıqova ilə birgə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.
Həyat yoldaşının saxlanması barədə: DİN partiya sədrinin həyat yoldaşı ilə birgə saxlanmasını təkzib edib. İddiaları əsassız adlandırıb.
Ofisində axtarış
23 iyulda Qubad İbadoğlunun Bakıdakı ofisində axtarış aparılıb. Axtarış gecə saatlarınadək davam edib. Ofisindən sənədlər və 40 min ABŞ dolları “aşkarlanıb”. Bu pulun saxta olub-olmaması ilə bağlı ekspertiza keçiriləcək.
Səhhəti pisdir, dərman isə verilmir
Qubad İbadoğlunun qızı Jalə Bayramova atasının səhhətindən narahatdır. O yazır ki, “atasının yüksək təzyiq və şəkəri var, dərmanlar onun həm də digər daxili orqanları üçündür. Həmin dərmanlarsız o sadəcə məhv ola bilər”.
Q. İbadoğlunun həyat yoldaşına zorakılıq
Qızı Jalə Bayramova həm də anası barədə məlumat paylaşıb. Yazır ki, “İradə Bayramovanın, bütün bədəni göm-göydür. Həmişəki kimi zorakılıq tətbiq ediblər. Təssəvür edə bilmirəm ki, Qubad İbadoğluda vəziyyət necədir. Biz hələ də dərmanları çatdıra bilmirik”. Daxili İşlər Nazirliyi isə açıqlama yaymışdı ki, partiya sədrinin həyat yoldaşı saxlanılmayıb.
İttiham sübuta yetirilsə
Qubad İbadoğlu barədə irəli sürülən ittiham sübuta yetirilərsə, ona beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilə bilər.
Qubad İbadoğlu nə işlə məşğul idi?
İqtisadçı ekspert Qubad İbadoğlu həm də Amerika Birləşmiş Ştatları və Böyük Britaniya universitetlərində professor kimi çalışıb. İyulun 1-də anasının səhhətinin pisləşməsi ilə əlaqədar Bakıya gəlmədən əvvəl o, London İqtisad və Siyasi Elmlər Məktəbində (London School of Economics and Political Science) professor və baş elmi işçi kimi çalışırdı.
Bundan əlavə Qubad İbadoğlu Cəmil Həsənli və Arif Məmmədovla birlikdə Azərbaycan Gənclərinin Təhsil Fondunu (AGTF) yaradıb və özünün yaydığı məlumata görə, fond 27 iyun 2023-cü ildə Londonda İngiltərə və Uelsin Xeyriyyə Komissiyasında qeydiyyatdan keçib.
The post Qubad İbadoğlunun həbsinin 2-ci günü. Nələr məlumdur? appeared first on Mikroskop - Qısa, vizual, izahlı.
]]>Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbov istefa verəndən sonra övladları Rza və Seymur Talıbovlar milyonlarla dollar dəyəri olan mülk və bizneslərini adlarından çıxarıb. Sənədlər göstərir ki, Talıbovlar bunu həm Gürcüstanda, həm də Dubayda edib. OCCRP, Mikroskop Media və iFact.ge hansı ölkələrdəki mülk və bizneslərin kimlərə transfer edildiyini araşdırıb.
OCCRP-nin 2022-ci ilin əvvəlində dərc etdiyi araşdırma göstərir ki, Rza və Seymur Talıbovlar Credit Suisse və digər banklar vasitəsilə 20 milyon ABŞ dollarından çox şübhəli vəsait alıb və onlar Dubay və Gürcüstanda ümumi dəyəri 63 milyon dollardan çox olan mülklərə sahib olub.
Azərbaycan
Xarici ölkərlə yanaşı Talıbovların Azərbaycanda da biznesi olub və bir neçə ay əvvəl onların səhmdarı olduğu Naxçıvanbank ASC-də də dəyişikliklər olub. Əvvəllər bankın 100 faiz səhmdarı olsalar da, 2023-cü ilin fevralında dərc edilən illik hesabata görə, səhmdarlar dəyişib. Mikroskop Media səhmdarların necə dəyişdiyi barədə məlumat dərc etmişdi.
Dubay və Gürcüstan
Dubayda Rza və Seymur Talıbovun 39 milyon dollar dəyəri olan 6 mülkü başqa şəxs və şirkətlərin adına keçirilib. Eləcə də Rza Talıbovla yanaşı bacısı Baharxanım Talıbovanın da adında olan iki mülkün sahibi dəyişib, onların yeni sahibi Vasif Talıbovdur.
QEYD: Rza Talıbovun 8 yaşlı oğlunun da adı Vasif Talıbovdur və jurnalistlər bu mülklərin nəvə, yoxsa baba Vasif Talıbova transfer edildiyini müəyyənləşdirə bilməyiblər.
Gürcüstanda isə sahibi dəyişən mülk Divan Suites Batumi adlı 5 ulduzlu oteldir.
C4ADS qeyri-kommersiya araşdırma təşkilatının sənədlərinə görə, Dubayda yerləşən The Class Hotel Apartments-in sahibi Seymur Talıbov olub. Hazırda isə sənədlər göstərir ki, bu mülkün yeni sahibi Türkiyə vətəndaşı Fatih Aydındır.
Aydın Talıbovlarla adı hallanan digər bir şirkət – Reges Turizm İnşaat Sanayi ve Ticaret A.Ş.-nin də rəhbəridir.
Bununla yanaşı Fatih Aydın ötən il Türkiyə şirkəti Opera Otel Yatırımları A.Ş.-nin sədr müavini olub. Başqa bir şəxs isə bu şirkətə sədr seçilib. 2020-ci ilə qədər isə bu şirkətə əvvəl İlqar Nağıyev, daha sonra isə İlham Nağıyev rəhbərlik edib. Onlar Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevin oğullarıdır. Bundan öncə isə həmin şirkətin şəriki Əli Nağıyevin qardaşı Vəli Nağıyev idi ki, o da Rza Talıbovun da çalışdığı Miqrasiya Xidmətində yüksək rütbəli məmurdur.
Fatih Aydının vəkili onun Talıbovlarla şəxsi tanışlığı və Dubaydakı mülkün necə alındığı ilə bağlı sualları cavablamaqdan imtina edib.
“Nə cənab Fatih, nə biz, nə də Fatih bəyin əməkdaşlıq etdiyi şirkətlərin onun biznes və şəxsi əlaqələri barədə açıqlama vermək məcburiyyəti yoxdur”.
Jurnalistlərin Fatih Aydına sorğu göndərməsindən dərhal sonra o, sosial media hesablarını dondurub və cavab verməkdən imtina edib.
Sənədlər göstərir ki, Seymur Talıbov Dubaydakı daha iki mülkünü başqa bir şirkətə transfer edib. Dubay reyesteri açıq olmadığından əlavə detalları tapmaq mümkün olmayıb. Rza Talıbovun isə 3 mülkü başqa bir şirkətin adına keçib.
Gürcüstandakı dəyişiklik
Dekabrda Naxçıvanda əməliyyatların davam etdiyi və Vasif Talıbovun istefa ərəfəsində olduğu günlərdə Rza Talıbov Divan Suits Batumi otelini 18 milyon dollara satışa çıxarıb. Gürcüstan reyesteri göstərir ki, satışın baş tutması üçün Rza Azərbaycan vətəndaşı Zamin Qədimov adlı şəxsə etibarnamə verib.
Qədimovun sosial media hesablarına görə, o, yanvarın 11-də Gürcüstana səfər edib. Reyestr məlumatları göstərir ki, o, elə həmin gün “Divan Suits”in sahibi olan Karvan Turizm LTD şirkətini satıb. Şirkəti Leven Abi adlı Türkiyə vətəndaşı 8.5 milyon dollar ödəyərək satın alıb ki, bu da satış elanındakı məbləğdən azı 10 milyon azdır.
Z.Qədimovun LinkedIN sosial şəbəkəsindəki şəxsi hesabında yazdığına görə, o, Azərbaycan şirkəti Gəmiqaya Turizm MMC-nin icraçı direktoru olub. OCCRP-nin məlumatına görə, bu şirkət Talıbovlar ailəsinin idarə etdiyi Gəmiqaya Holdinqə daxil olub. Yanvar ayında Fatih Aydın rəhbərliyə gələnə qədər Zamin Qədimov həm də Talıbovlara bağlı olan Reges Turizm İnşaat-ın rəhbəri olub.
“Qeyd edim ki,daha əvvəl adı çəkilən şəxslərin şirkətlərində rəhbər vəzifədə işlədiyim doğrudur.Təbii olaraq Karvan Turizmin satışında iştirak etməyimin səbəbi də budur”, – Qədimov OCCRP-ə açıqlamasında deyib.
Ondan fərqli olaraq Levent Abi bu satışla bağlı şərh verməkdən imtina edib.
Üç ay ərzində iki dəfə satılan şirkət
Üç ay sonra Qədimov yenidən Gürcüstana qayıdıb və B-Pearl Turizm MMC adlı şirkəti satın alıb. Həmin şirkətin satın alınmasından 2 gün sonra isə Z.Qədimov bu şirkət vasitəsilə Divan Suites Batumi otelinin məxsus olduğu Karvan Turizm MMC şirkətini Levent Abidən geri satın alıb və o da bunun üçün 8.5 milyon dollar ödəyib.
B-Pearl-un əvvəlki sahibi İlham Mirzəliyev olub və onun sosial media hesabları göstərir ki, o, Divan Suites Batumi otelində müvəqqəti menecer və marketinq meneceri kimi müxtəlif vəzifələrdə çalışıb.
Qədimov ödənilən məbləğin Talıbovlar tərəfindən verildiyini təkzib edib və deyib ki, o, alış-veriş üçün Azərbaycan banklarından kredit götürüb.
“Sözügedən şəxslərlə hal-hazırda heç bir biznes əlaqəm yoxdur” – Qədimov açıqlamasında deyib.
Ekspertlər baş verənlərin səbəbini necə izah edir?
İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, Talıbovların Naxçıvanı itirməsi Azərbaycanda oliqarx idarəçilik sistemindən menecer idarəçilik sisteminə keçidlə bağlıdır və bu proses əvvəl Azərbaycanda başladı, daha sonra isə Naxçıvanda davam etdi:
“Əvvəllər belə idi ki, oliqarxlar ancaq paket maaş almırdılar, həm də korrupsiyadan pul qazanırdılar. Yəni onların korrupsiyada pay iştirakı var idi. Məsələn, topladıqları vəsaitin 30-40%-ni özlərinə istifadə etmək haqları var idi, amma menecerlər üçün isə yalnız paket ödənişlər və bonuslar var. Onlar payçı deyillər və bu baxımdan menecerlər həm də oliqarxlardan ona görə fərqlənir ki, siyasi mənsubiyyətləri yoxdur. Onlar daha az siyasiləşmiş kadr kimi qəbul oluna bilir və hakimiyyətə çox sadiqdirlər.”
Qubad İbadoğlunun sözlərinə görə, Talıbovlar ailəsinin mülklərinin sahiblərinin dəyişməsi isə onların iz itirməyə çalışmağı ilə əlaqədardır.
“Bizim idarəetmə sistemi odur ki, sən hakimiyyəti itirirsənsə, onda biznesi, əmlakı, mülkü də itirirsən. Bu da bir çox oliqarxların, eyni zamanda siyasi hakimiyyətdə təmsil olunan şəxslərin təcrübəsində görünüb”.
“Açıq Azərbaycan”ın təsisçisi Zöhrab İsmayılın fikrincə Seymur və Rza Talıbovlar hazırda vəzifədə olduğundan onlara məsləhət görülüb ki, mülkləri öz adlarından çıxarsınlar:
“Müxtəlif yerlərdə mülkü olan bəzi məmurlar bir çox hallarda onları idarə edə bilmir və iş adamları ilə sövdələşməli olurlar. Ümumən bütün bunlar göstərir ki, Vasif Talıbovun nəzarətində olan iqtisadi varidatının da ətrafında probləmlər var, ona görə də onlar hansısa formada bu vəziyyətdən çıxmaq istəyirlər”.
Nə baş verib?
Vasif Talıbov Azərbaycanın “Şimali Koreyası” adlandırılan Naxçıvana 27 il rəhbərlik edib və 2022-ci il dekabrın 21-də Ali Məclis sədri vəzifəsindən istefa verib. Bu müddətdə o və ailə üzvləri Azərbaycan və digər ölkələrdə mülk və şirkətlərə yiyələniblər.
Talıbov bu vəzifəyə 1995-ci ildə eks-prezident Heydər Əliyev tərəfindən təyin edilib. 2022-ci ilin son aylarında Naxçıvanda anti-korrupsiya əməliyyatları başlayıb və bu zaman muxtar respublikanın bir çox vəzifəli şəxsi, eləcə də Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov da prokuror müavini vəzifəsindən azad edilib.
Hazırda Rza Talıbov Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi vəzifəsində çalışır. Seymur Tallıbov isə 2025-ci ildəki növbəti seçkilərə qədər Naxçıvan Parlamentinin deputatıdır.
The post Naxçıvanı itirdikdən sonra Talıbovların Dubay və Gürcüstandakı mülklərinin də sahibi dəyişir – ARAŞDIRMA appeared first on Mikroskop - Qısa, vizual, izahlı.
]]>“Uklon” MMC elə holdinqin özünə məxsus olan Port Baku Towers-də, 2023-cü ilin fevralında qeydiyyatdan keçib.
Taksi biznesi elan edildikdən sonra yerli mediada Azərbaycanda hazırda fəaliyyət göstərən və xarici investisiyalı şirkətlərdən, əsasən isə “Bolt” və “Uber” ilə bağlı tənqidi yazılar, araşdırma və reportajlar yayımlanmağa başlayıb. Medialarla yanaşı rəsmilər və deputatlar da bu mövzuya diqqət ayırıb və tənqidi fikirlər səsləndirib.
Mikroskop Medianın iki müxtəlif hökumətyönlü mediadan əldə etdiyi tezis mətnləri göstərir ki, medialara taksi sahəsindəki problemlərlə bağlı materiallar hazırlamağa və bunu davam etdirməyə istiqamət verilib.
“Taksi şirkətlərinin (Bolt, Uber və s.) taksi sürüclərini “istismarı”, hüquqi öhdəlikdən, vergilərdən yayınan bu şirkətlər vasitəsilə təsadüfi şəxslərin taksi bazarına axını, taksi istifadəçilərinin/müştərilərin taksi sürüclərindən hədsiz narazılığı, taksilərin törətdiyi yol qəzalarının artması, taksi bazarında yaranmış xaosun tənzimlənməsinə, bu sahədə aydın meyarlar, real, işlək qaydalar yaradılmasına ehtiyacın olması mövzularında şərhlərin davam etdirilməsi xahiş olunur”.
Bu mövzuda materialların hazırlanması ilə bağlı ilk “xahiş” mayın 26-da göndərilib və mayın 29-da bunun davam etdirilməsi istənilib. Bundan sonra medialarda bu mövzu ilə bağlı araşdırmalar peyda olub.
Mayın 26-da Azərbaycanda fəaliyyət göstərən bir çox onlayn media, televiziya və radio kanalında taksi xidmətlərindəki problemləri, həm sürüclərin, həm də sərnişinlərin narazılığını əks etdirən materiallar yayımlanıb.
Məsələn, APA informasiya agentliyinin dərc etdiyi “Bakıda taksi xaosu: Sərnişin də narazıdır, sürücü də – ARAŞDIRMA” başlıqlı materialda qeyd olunur ki, taksi xidməti ilə bağlı narazılıqlar artıb və yaranmış xaotik vəziyyət həm sərnişinləri, həm də sürücüləri narahat edir:
“Uber”, “Yango”, “Bolt” və digər taksi şirkətləri isə tibbi müayinədən keçmədən, sürücülük vəsiqəsinin olub-olmadığı bəlli olmayan, hətta narkoman şəxslərin ucuz avtomobil alıb internetdən mobil tətbiqlərini endirərək taksi fəaliyyətinə başlamaları üçün hər cür şərait yaradır.
reportajda deyilir.
Report İnformasiya Agentliyi isə ölkədəki taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı ekspertdən rəy alıb və “Bu cür neqativ halların qarşısını necə almaq olar, taksi fəaliyyəti ilə bağlı zəruri hansı addımlar görülməlidir?” sualına cavab axtarıb. “Ekspert: “Taksi fəaliyyəti tənzimlənəndən sonra bu sahədə neqativ hallar aradan qaldırılacaq” başlıqlı yazıda Elməddin Muradlı taksi sürüclərinin qadınlara rəftarını tənqid edir və əlavə edir ki, bu şirkətlər xarici investisiyalı olduğundan onlar vətəndaşların şəxsi məlumatlarının üçüncü tərəfə ötürülməyinə səbəb olur:
Vətəndaşların şəxsi məlumatlarını üçüncü tərəfə ötürməməlidirlər. Bu məsələyə ciddi nəzarət olmalıdır. Düşünürəm ki, Xarici Kəşfiyyat Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu sahədə müəyyən addımlar atmalıdırlar.
ekspert deyir.
İnformasiya agentlikləri və xəbər saytları ilə yanaşı eyni gündə televiziyalarda da bu mövzunun qeyd olunan tərəfləri ilə bağlı reportajlar və sorğular yayımlanıb.
Space TV-nin fonda həyəcanlı musiqi ilə müşayiət olunan “Bakıda xarici taksi şirkətlərinin özbaşınalığı” başlıqlı reportajında həm müəllif, həm də sorğuda iştirak edən şəhər sakinləri taksi xidmətlərindən şikayətlənir. Maraqlıdır ki, sorğuda iştirak edən şəhər sakinlərinin narazı olduqları detallar da medialara göndərilən tezislərə uyğun gəlir. Reportajda həm də yol qəzalarının xarici taksi şirkətləri ilə “bağlılığından” da danışılır:
Məsələnin digər acınacaqlı tərəfi isə baş verən qəzaların böyük əksəriyyətinin məhz xarici taksi şirkətləri ilə əməkdaşlıq edən qeyri-peşəkar sürücülərin payına düşməsidir. Bundan başqa son vaxtlar hüquq-mühafizə orqanları tərəfindən taksi sürücülərinin xanım sərnişinlərə qarşı əxlaqsız əməlləri haqqında yayılan məlumatlarla tez-tez rastlaşırıq.
Yeri gəlmişkən, cəmi 8 gün, 23-31 may tarixləri ərzində Space TV taksi mövzusuna aid 4 tənqidi material yayımlayıb.
ATV-nin 26 may xəbər buraxılışında da bununla bağlı “Bakının taksi adlı bəlası” başlıqlı reportaj yayımlanıb. Şəhər sakinləri və avtobus sürücləri ilə sorğunun da daxil edildiyi bu reportajda qeyd olunur ki, xarici taksi şirkətləri həm sıxlığa səbəb olur, həm də sürücülər sərnişinlərlə qeyri-etik rəftar edir.
Xəzər TV-nin də yayımladığı “Xarici taksi şirkətləri bağlansın?… Sürücülər bundan gileylənir…” adlı reportajda taksi xidməti ilə bağlı ümumi vəziyyətdən, əsasən də sürüclərin iş şəraitinin ağırlığı barədə danışılır. Materialda deyilir ki, sürücülər gəlir əldə etmək üçün sutkanın yarıdan çoxunu işləyir və onların əməyi istismar olunur.
“Taksilərin yaratdığı xaos” adlı reportaj isə REAL TV-də yayımlanıb və həmin materialda bu mövzu ilə bağlı bir neçə detala toxunulub. Müəllif sürücülərin narkotik istifadə etməsi, sərnişinlərlə düzgün olmayan davranışı, şəhərdə səbəb olduqları sıxlıq, sürücülərin əməyinin istismarı, taksi xidmətinə nəzarət üçün vahid sistemin və əlavə qanunların yaradılmağı barədə məsələləri işıqlandırıb. Bu sahədə ekspertin, eləcə də şəhər sakinlərinin fikirlərini öyrənib.
Bir neçə gün sonra, 29 mayda medialardan yenidən mövzunun davam etdirilməsi “xahiş olunub”.
Bundan sonra da onlayn medialar, televiziya və radio kanallarında oxşar məzmunda materialların yayımlanması davam etdirilib. Məsələn, 31 mayda oxşar qaydada Space TV, REAL TV və hətta Azərbaycan radiosu taksi xidmətindəki narazılıqlar və problemlərlə bağlı material yayımlayıb. Azərbaycan radiosunu fərqləndirən tərəf odur ki, bu medianın YouTube kanalında demək olar ki, ancaq musiqilər yayımlanır. Yalnız iki xəbər materialı kanala yüklənib ki, bunların da hər ikisi taksi xidmətindən narazılıqlar ilə bağlıdır. Bunlar “Bu taksi şirkətlərinin yarıtmaz sürücü siyasəti: kobudluq, narkotikdən istifadə, bivec davranış…” və “Taksilərdən olan çoxsaylı şikayətlər: taksi fəaliyyəti ilə bağlı hansı yeni qaydalara ehtiyac var?” adlı materiallardır.
İyunun 2-də Asan Radioda yayımlanan “Ucuz qiymətin qurbanına çevrilən keyfiyyət – taksi xidməti” adlı radio-reportajda müəllif nəticədə belə qərara gəlib ki, sözügedən şirkətlər, yəni “Bolt” və “Uber” yerli sahibkarlıq subyektləri olmadığından vəsaitlər xaricə axır.
Bu şirkətlərin yerli sahibkar olmamasından şikayətlənən təkcə Asan Radio deyil, ondan təxminən 1 həftə öncə – 25 mayda, bir qrup vətəndaş Dövlət Vergi Xidmətinə açıq məktub ünvanlayıb və taksi xidmətlərinin tutduğu 18% vergidən şikayətlənib:
Bolt tətbiqi vasitəsilə taksiyə minmək üçün bank kartı ilə ödəniş edərkən sərnişindən təkcə gediş haqqı deyil, həm də əlavə 18% vergi tutulur. Boltun mobil proqramında bu əlavə ödənişlər heç bir şəkildə göstərilmir və bu da sərnişini səyahətin son qiyməti ilə bağlı çaşdırır.
məktubda deyilir.
Şikayətçilər hesab edir ki, 18% əlavə ödəniş pulun xaricə getməsi ilə bağlıdır:
Məlum olur ki, “Bolt” şirkəti Azərbaycanda heç bir şəkildə qeydiyyatdan keçmir, azərbaycanlı istifadəçilərin ödənişlərini ölkə daxilində emal etmir və fikrimizcə vergi ödəmir.
“Bolt” taksi xidmətinin bu məktuba cavabı gecikməyib. Boltun səyahət bronlaşdırma departamentinin rəhbəri Naim Əzizov iyunun 2-də açıqlamasında deyib ki, bu, vergi orqanları tərəfindən banklara qoyulan tənzimləmədir və yerli qanunverciliyə görə, xarici ödənişlərə 18% dərəcəsi ilə ƏDV tutulur.
Qanunvericilikdə boşluq iddiası
Bu şirkətlər hələ də qanunvericilikdə olan boşluqlardan istifadə edərək istər sərnişinlərin, istərsə də sürücülərin narazılığına səbəb olan neqativ halların yaranmasına bilavasitə yol açır.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mayın 31-də APA-ya eksklüziv müsahibəsində taksi xidməti ilə bağlı danışarkən deyib. “Nazir Rəşad Nəbiyev taksi xidmətində aparılacaq islahatları açıqlayıb” başlıqlı müsahibədə o, həm də bu sahədə aparılacaq islahatlardan danışıb:
Çox yaxın zamanda qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi gözlənilir. Bu dəyişikliklər sahəyə dövlət nəzarətini həyata keçirməyə imkan verəcək, vətəndaşlarımız üçün keyfiyyətli taksi xidmətlərinin təqdim olunmasına, sürücülərin isə layiqli iş şəraiti ilə təmin olunmasına gətirib çıxaracaq.
Taksi sahəsindəki problemlər bu ərəfədə Milli Məclisin deputatlarını da narahat edib.
İyunun 3-də Report informasiya agentliyinə açıqlamasında deputat Azər Badamov deyib ki, bu sahədəki “özbaşınalıq aradan qaldırılmalıdır”.
Taksilərin əksəriyyətində natəmizlik hökm sürür. Elə hallar olur ki, taksi sürücüsü sərnişindən soruşmadan siqaret çəkməyə başlayır. Taksi şirkətlərin tətbiqi ilə taksi sifariş edəndə çox halda taksi sürücüləri ödənişin nağdsız olduğunu biləndə gəlmirlər.
8 iyunda Modern.az-a verdiyi müsahibədə deputat Rüfət Quliyev hətta iddia edib ki, taksi şirkətlərindən birinin rəhbəri ermənidir və bu da təhlükə doğurur.
“Mən idarəsində erməni olan qurumun daim təhlükəli olduğunu düşünürəm. Mühüm
məsələlərdən biri bu şirkətlərin fəaliyyəti nəticəsində ölkəmizdən xaricə valyuta
axınıdır. Biz heç də bu məsələyə əks deyilik. Amma hər bir iş nəzarət altında olmalıdır.”
Daxili İşlər Nazirliyinin mayın 25-də yaydığı rəsmi məlumata görə, “Uber” və “Bolt” şirkətlərinin 69 sürücüsü barədə “ciddi tədbirlər görülüb”. Onlar qadın sərnişinlərə qeyri-etik davranmaq, əxlaqsız təkliflər etmək və narkotik dövriyyəsində ittiham olunaraq bir qismi cinayət, bir qismi isə inzibati məsuliyyətə cəlb olunub.
İyunun 1-də isə DİN rəsmisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, “Bolt” və “Uber” taksi şirkətləri ilə bağlı müraciətlərin sayı artıb.
Əlçatan Taksi – Bolt
Bütün bunlarla yanaşı Bolt taksi xidməti üçün bütün qapılar bağlanmayıb. Məsələn, Naftalanda.
Naftalan Şəhər İcra Hakimiyyətində mayın 22-də keçirilən görüşdə icra başçısı Vüqar Novruzov “Bolt” xidmətinin Gəncə bölməsinin əməliyyatlar üzrə meneceri Tofiq Paşayevi qəbul edib. “Bolt”un nümayəndəsi xidmətin Naftalanda işə başlaması, həmçinin şirkətin fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib:
Xidmət münasib qiymət və komfortlu avtomobillərlə şəhər sakinləri ilə yanaşı turistlər üçün də əlçatan olacaq.
The post Medialar “Paşa Holdinq”in Azərbaycanda taksi bazarına girişini necə “asanlaşdırır”? – Araşdırma appeared first on Mikroskop - Qısa, vizual, izahlı.
]]>Bankın yalnız 2017-ci ilə dair maliyyə hesabatında payçıların adı ilə bağlı məlumat əldə etmək mümkün olub. Bu hesabat 2018-ci ilin mayında dərc olunub və hesabat dövründən sonra baş vermiş hadisələrə dair bölmədə payçılardan birinin ASC-ni tərk etdiyi qeyd olunub.
Bu şəxs Cahan Holdingqin rəhbəri Vüqar Abbasov olub ki, o öz payını Vasif Talıbovun qızı Baharxanım və Seymur Talıbova transfer edərək bankı tərk edib.
Bundan sonrakı illərə dair maliyyə hesabatlarında payçılarla bağlı məlumatların olduğu bölmə müxtəlif üsullarla gizlədilib.
2018-ci ilin maliyyə hesabatında payçılar olan hissədə mətnin rəngi ağardılıb və buna görə oxunmur, amma mətn seçilib başqa yerə köçürüləndə adlar və pay miqdarları aydın oxunur. Bu üsul hesabatın ingilis dilində olan versiyasında da tətbiq edilib.
2019-cu ilə dair hesabatda isə ümumiyyətlə “Giriş” hissəsinin olduğu səhifə yoxdur. Adətən maliyyə hesabatında həmin hissə şirkətin payçıları ilə bağlı məlumat verir. Bu hesabatda isə səhifə 5 tamamilə hesabatdan çıxarılıb. Hesabatın ingilis dilində olan versiyasında isə eyni məlumatın olduğu bölmə 8-ci səhifəyə təsadüf edir və o da yoxdur.
Oxşlar qaydada 2020 və 2021-ci illərə dair hesabatlarda da həm Azərbaycan, həm də ingilis dilində olan versiyalarda ya səhifə çıxarılıb, ya da payçıların olduğu hissə ağardılaraq bunla bağlı məlumat gizlədilib.
Naxçıvanda DTX-nın keçirdiyi əməliyyatlardan sonrakı dövrə təsadüfən edən, 2022-ci ilə dair maliyyə hesabatı isə bankın əvvəlki payçılarını açıqlayır. Onlar Vasif Talıbovun həyat yoldaşı Sevil Sultanova, oğulları Seymur və Rza Talıbovlar, qızı Baharxanım Talıbovadır. Hesabat dövründən sonra baş vermiş hadisələr bölməsində isə qeyd olunur ki, 2023-cü il fevralın 1-dən etibarən bütün səhmlər satılıb və iştirak payı aşağıdakı kimi dəyişib:
Bu dəyişikliyə qədər bankın 63.66%-lik payı Rza Talıbova, 9.82%-lik payı Baharxanım Talıbovaya, 20.48%-lik payı Seymur Talıbova, 6.04%-lik pay isə Sevil Sultanovaya məxsus idi.
Bundan əlavə Naxçıvanbank ASC-nin illik maliyyə hesabatı və müstəqil auditor rəyini hazırlayan şirkət də dəyişib. 2017-2021-ci illərə dair hesabat “Bakertilly” şirkəti tərəfindən hazırlansa da, son maliyyə hesabatı və auditor rəyini Nexia EA Qapalı Səhmdar Cəmiyyəti hazırlayıb. Bu şirkət 2009-cu ilin oktyabrında “Euro Audit” MMC kimi qeydiyyatdan keçib. Daha sonra adı və hüquqi forması dəyişdirilib. Hazırda 2000 AZN nizamnamə kapitalı olan Nexia EA Qapalı Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir.
Dövlət Təhlükəsizlik Xidməti 2022-ci ilin noyabrından etibarən Naxçıvan Muxtar Respublikasında bir neçə əməliyyat keçirib və yerli vəzifəli şəxslər, o cümlədən nazirlər korrupsiya və yeyintidə ittiham olunaraq saxlanılıb. Bu əməliyyatların ardınca isə Ali Məclisin sədri Vasif Talıbov vəzifəsindən istefa verib. Nəticədə 27 il sonra Naxçıvana yeni rəhbər təyin edilib.
Vasif Talıbovla yanaşı oğlu Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən azad edilib.
The post Talıbovlar ailəsi əvvəllər payçısı olduqları Naxçıvan Bankı tərk edib. Daha əvvəl payçı olduqlarını necə gizlədiblər? İzah edirik! appeared first on Mikroskop - Qısa, vizual, izahlı.
]]>Ümumilikdə 30-dan çox şəxsin mobil telefonu Pegasus vasitəsilə yoluxdurulub və əsasən 2020-2021-ci illər ərzində onların izlənməsinə nail olunub. Adı çəkilən təşkilat və mütəxəssislər onlardan 12-nin şəxsiyyətini müəyyənləşdirə bilib. Təqib olunan 12 şəxs – Ermənistan Xarici İşlər nazirinin keçmiş sözçüsü, keçmiş Ombudsman, Azadlıq Radiosunun Ermənistan bürosunun 2 əməkdaşı, BMT rəsmisi və daha 7 nəfər vətəndaş cəmiyyəti fəallarıdır.
Mövcud sübutlar göstərir ki, həmin şəxslərin hədəf alınması Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ konflikti ilə bağlıdır. Bu, Pegasus izləmə proqramının beynəlxalq müharibə kontekstində istifadəsinə dair ilk sübutdur.
mütəxəssislərin dərc etdiyi araşdırmada deyilir.
Access Now və digərləri izlənmə ehtimalı ilə bağlı araşdırmaya Apple şirkətinin öz istifadəçilərinə 2021-ci ilin noyabrında göndərdiyi bildirişdən sonra başlayıb. Bu, birinci dalğa bildiriş vasitəsilə şirkət istifadəçilərinə dövlət tərəfindən izlənmə hədəfi ola biləcəkləri ilə bağlı xəbərdarlıq edib.
Həmin bildirişdən sonra Ermənistandan olan bir neçə şəxs izlənib-izlənmədiklərinin aydınlaşdırılması üçün kömək istəmək məqsədilə CyberHUB-AM və Access Now-a müraciət edib.
Hazırda QHT nümayəndəsi kimi fəaliyyət göstərən Anna Nağdalyan Ermənistanla Azərbaycan arasındakı müharibənin davam etdiyi tarixdə Xarici İşlər Nazirliyinin sözçüsü kimi fəaliyyət göstərirdi. Onun müraciəti əsasında baş tutan araşdırma nəticəsində mütəxəssislər müəyyən edib ki, Anna Nağdalyanın mobil telefonu 2020-ci il oktyabr – 2021-ci il iyul tarixləri arasında 27 dəfə ələ keçirilib və bu demək olar ki, ayda 1 dəfə baş verib.
Anna Xarici İşlər Nazirliyinin sözçüsü kimi fəaliyyət göstərirdi və bu da onu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən həssas söhbət və müzakirələrin tən ortasına qoyurdu.
araşdırmada A.Nağdalyan barədə danışılarkən qeyd olunur.
Tutduğu vəzifədən istefa verdikdən sonra da Anna qeyri-rəsmi olaraq sözçü kimi fəaliyyət göstərməyə davam edib ki, bu müddətdə də onun telefonunda izlənməyə imkan verən virus olub. Telefonu Pegasus vasitəsilə ələ keçirilərək izlənən şəxslərin bir qismi adının açıqlanmağından imtina edib və onlar bunu peşəkar və şəxsi səbəblərlə əsaslandırıblar.
İzlənməyə məruz qalan daha bir şəxs isə Kristinne Qriqoryandır ki, o, həmin vaxt Ermənistanın Ombudsmanı kimi fəaliyyət göstərirdi. Fəaliyyəti dövründə onun mandatına həm də hərbçilərin hüquqlarını müdafiə etmək daxil idi.
Araşdırmada ehtimal olunur ki, K.Qriqoryanın iPhone mobil telefonu 4 oktyabr 2022-ci il ərəfəsində virusa yoluxdurulub. 2022-ci il 5 sentyabrda o, azərbaycanlı həmkarı, Ombudsman Səbinə Əliyeva ilə görüşüb və bu zaman onlar bir-birilərinə mobil telefonlarını veriblər, amma Səbinə Əliyeva onun zəng və mesajlarına cavab verməyib. Bundan bir neçə gün sonra iki ölkə arasında hər iki tərəfin itkilər verdiyi sentyabr döyüşləri başlayıb.
Mobil telefonunda Pegasus izlənməsi aşkarlanan jurnalistlər deyir ki, bu, onların erkən parlament seçkilərinin keçirildiyi və həmin jurnalistlərin bunu işıqlandırdığı tarixlərə təsadüf edib.
Pegasus izləmə proqramını istehsal edən NSO qrup bunu hökumətlərə satdığını deyib və indiyə qədər jurnalistlərin araşdırmaları bunun əsasən doğru olduğunu göstərir. Araşdırma müəllifləri hesab edir ki, bu əməliyyatın arxasında Pegasus istifadəçisi olan hökumət dayanır.
Nə Access Now, nə də Citizen Lab və Amnesty International Pegasus casus proqramının istifadəsini konkret bir hökumətlə əlaqəndirə bilib.
araşdırmada deyilir.
Mütəxəssislər hesab edir ki, Ermənistanda hədəfə alınan şəxslər hökumət tənqidçiləri olduğundan, ehtimal edilə bilər ki, izləmədə Ermənistan hökumətinin marağı olub. Buna baxmayaraq, Access Now Ermənistanın Pegasus istifadəçisi olduğuna dair texnoloji sübut tapa bilməyib.
Bunu da qeyd etmək lazımdır ki, Ermənistan hökumətinin başqa bir casus proqramı – Cytrox’s Predator-dan istifadə etdiyi güman edilir.
müəlliflər qeyd edir.
Bununla yanaşı əsaslı şübhələr var ki, Azərbaycan hökuməti Pegasus istifadəçisidir və izlənən 12 nəfər barədə məlumat almaq bu hökumətin də marağındadır. Citizen Lab-in davamlı internet skanı və DNS keşin yoxlaması nəticəsində Azərbaycanda “BOZBASH” və “YANAR” adlandırılan şübhəli ən azı iki Pegasus operatoru olduğu müəyyən edilib.
Belə görünür ki, “YANAR” Pegasus operatoru əsasən ölkə daxilindəki hədəflər, “BOZBASH” isə xarici, daha çox Ermənistandakı hədəflərin izlənməsi üçün nəzərdə tutulub.
Citizen Lab deyir.
Bundan öncə isə Amensty International, Forbidden Stories və beynəlxalq media orqanları konsorsiumunun “Pegasus Project” adlı birgə araşdırması nəticəsində məlum olmuşdu ki, Pegasus izlənməsi üçün seçilmiş şəxslərin siyahısında 1000-dən çox azərbaycanlının mobil telefon nömrələri var. “Pegasus Project” onlardan 245 nəfərinin kimliyini müəyyənləşdirə bildi. Bu şəxslər arasında reportyorlar, redaktorlar, media rəhbərləri, insan hüquqları müdafiəçiləri, vəkillər, müxalif fəallar və akademiklər var idi.
The post Azərbaycanın Pegasus vasitəsilə Ermənistanın rəsmi şəxslərini izlədiyi ehtimal olunur appeared first on Mikroskop - Qısa, vizual, izahlı.
]]>Bir neçə il ərzində o, məhkəmə işində adının açıqlanmasının qarşısını almağa nail ola bilib və bunu adı çəkiləcəyi halda reputasiyasının zədələnə biləcəyi ilə əsaslandırıb, buna görə də məhkəmə qeydlərində onun adı “MNL.” kimi “kodlaşdırılıb”. Bu gün, bir ildən çox davam edən dinləmələr və apelyasiyadan sonra mediaya onun adının çəkilməsi ilə bağlı qoyulan qadağa ləğv edilib.
İş adamı Cavad Marandinin adının hallandığı məhkəmə işi Cavanşir Feyziyevlə bağlı idi və bu işdə onun adı gizli saxlanılırdı. Böyük Britaniyanın BBC və “The Evening Standart” media orqanları buna etiraz olaraq məhkəməyə müraciət edib və adı gizli saxlanılan iş adamının kimliyinin açıqlanmasını tələb ediblər. Bir ildən çox davam edən proses isə bu şəxsin Marandi və onun “Azərbaycan pulyuyan maşını” ilə əlaqələrinin olmasını ortaya çıxarıb. Bu barədə qərarı Uestminister Məhkəməsi, Ali məhkəmə və bir neçə apelyasiya məhkəməsi çıxarıb.
Pul köçürmələri Cavanşir Feyziyevlə bağlı cinayət işi araşdırılan zaman aşkarlanıb və buna görə də Marandi cinayət məsuliyyətinə cəlb edilməyib. İş adamını təmsil edən hüquq şirkəti bununla bağlı şərhində hər hansı bir səhv iş görüldüyünü israrla təkzib edib:
Buna görə reputasiyaya ciddi ziyan dəyəcəyindən məhkəmənin verdiyi qərara çox təəssüf edirik. Cənab Marandiyə cinayət işi açılmayıb və rəsmilər tərəfindən ifadə verməyə çağırılmayıb. Eyni zamanda dünyanın heç bir yerində onun hər hansı biznesi ilə bağlı məhkəmə iddiası qaldırılmayıb.
İrandakı inqilabdan sonra Londona qaçan Marandi uğurlu biznesmen kimi böyüyüb. O, Soho House adlı özəl üzvlük klubuna, bundan başqa “Emilia Wickstead”, “Anya Hindmarch” və “Conran Shop” məşhur moda və dizayn brendlərinə investisiya qoyub.
İş adamı təkcə “Azərbaycan pulyuyan maşını”nın bir hissəsi deyil, onun həm də Azərbaycanda biznesi var. Ölkədə ümumilikdə 20-dən çox restoranı olan Mc Donald`s şəbəkəsinin və beynəlxalq brendlərin distribyutoru olan siqaret biznesinin sahibidir. Birləşmiş Krallıq hüquq firmasının bildirdiyinə görə, Marandinin gəlirinin əsas hissəsi siqaret biznesidir. Bundan əlavə o, Əliyev ailəsinə məxsus olan tikinti şirkəti “Pasha Construction”da idarəedici tərəfdaş olub. Milli Cinayət Agentliyi bunlara əlavə olaraq aşkarlayıb ki, Marandi, “Azərbaycan pulyuyan maşını”nın maliyyələşdirdiyi ofşor şirkətlərdən ümumilikdə 230 milyon dollar alıb. Bu məbləğin bir hissəsi – 71 milyon dollar birbaşa, qalan hissəsi isə iş adamının idarə etdiyi başqa bir ofşor şirkətə göndərilib.
“Azərbaycan pulyuyan maşını” pulun haradan gəldiyini gizlətmək üçün saxta əməliyyatlardan istifadə edərək pulu ötürən və bir-birinə bağlı ofşor şirkətlər şəbəkəsidir. Buna görə də bəzən milyardlarla dollar məbləğində pulun hansı mənbədən gəldiyini müəyyənləşdirmək mümkün olmur. Lakin Estoniya banklarının sənədləri sızdırılandan sonra jurnalistlər tapmacanın hissələrini birləşdirərək bu fondların bir hissəsinin hara gedib çıxdığını müəyyənləşdirə bildi.
Qazananlar Əliyevlər ailəsi və onların yaxınları da daxil olmaqla, Azərbaycanın hakim elitasının məşhur üzvləri olub.
Milli Cinayət Agentliyinin fokusu Marandini yox, digər nüfuzlu azərbaycanlı siyasətçi Cavanşir Feyziyev və onun ailə üzvlərini araşdırmaq olub. Agentlik nail olub ki, pulyuma sistemi vasitəsilə göndərilən milyonlarla funt məbləğində pul Feyziyev ailəsindən müsadirə edilsin. Feyziyev ailəsi araşdırılarkən agentlik həm də Marandiyə gəlib çıxıb. Məhkəmə dinləmələri zamanı agentlik nümayəndəsi Marandinin də cinayət işinə cəlb edilib-edilmədiyi barədə suala “nə təsdiq edə bilərəm, nə də inkar” cavabını verib.
Milli Cinayət Agentliyi həm də aşkarlayıb ki, Marandi Cavanşir Feyziyev və Mehriban Əliyevanın əmisi oğlu Mircəlal Paşayevlə pulyuyan maşından milyonlarla dollar vəsait alan aptek şirkətində tərəfdaş olub. Bu, “Avromed” adlı məşhur aptek şəbəkəsidir ki, əvvəllər yalnız Feyziyevə məxsus olduğu bilinirdi. Feyziyev, bu şirkətin təsisçilərindən biridir, amma 2015-ci ildə deputat seçiləndən sonra öz payından imtina etdiyini açıqlamışdı.
“Avromed” şirkəti payçılarının adını açıqlamır və bu faktdır ki, Marandi və Paşayevin də o payçılardan olduğu əvvəllər məlum deyildi.
Biznes sahəsindəki uğurlarından əlavə Marandi Birləşmiş Krallıqda həm də başqa imiclə, xeyriyyəçi kimi tanınıb. O, fiziki imkanları məhdud uşaqlar üçün xeyriyyə fondunun həmtəsisçisidir və “The Telegraph”da daha yüksək əmək haqqı tələb etdiyi yazıları dərc olunub. Bundan başqa o, 2014-cü il may və 2020-ci il noyabr tarixləri ərzində Mühafizəkarlar Partiyasına 750 min funt sterlinq dəyərində ianə edib. Bu həm də Milli Cinayət Agentliyinin onun şübhəli ödənişlər aldığını dediyi dövrlə eynidir.
Biznes və pulyuma əlaqələrindən başqa, həm də Cavad Marandinin həyat yoldaşı azərbaycanlıdır. O, onkoloq Əli Əlizadənin qızı Nərminə Marandi (Əlizadə) ilə evlidir və 3 övladı var.
Cavad Marandinin adı bundan öncə də prezident İlham Əliyevin ailə üzvlərinin Londonda mülk almasında vasitəçilik etməkdə hallanıb. BBC yazır ki, 2015-ci ildə Leyla və Arzu Əliyeva “The Knightsbridge Apartments” adlı lüks yaşayış kompleksindən iki mənzil almaq istəyib və bu zaman onları vəkillə Cavad Marandi tanış edib. Həmin vəkil bacıların “siyasətlə əlaqəli fiqurlar” (Politically Exposed Persons – PEP) olub-olmadığını araşdırmalı idi, çünki bu kateqoriyaya aid şəxslərə məxsus şirkətlər çirkli pulların yuyulması riski ilə əlaqədar daha ciddi araşdırılır.
Bundan başqa Cavad Marandi 2013-2014-cü illərdə vitse-prezident Mehriban Əliyevanın əmisi oğlu Mir Cəlal Paşayevə 3,5 milyon funt dəyəri olan mənzil hədiyyə edib.
Azərbaycan mətbuatında sonuncu dəfə Cavad Marandinin adı pandemiya dövründə hallanıb. İş adamı Koronavirusla Mübarizə Fonduna 2020-ci ilin martında fonda 1 milyon 100 min AZN ianə edib.
The post Azərbaycandakı McDonalds-ın sahibi 230 milyon dollar çirkli pul yumaqda ittiham olunur appeared first on Mikroskop - Qısa, vizual, izahlı.
]]>Azərbaycan tərəfinin paylaşdığı:
İran tərəfinin paylaşdığı:
İki ölkə Xarici İşlər Nazirliyinin yadığı xəbərdə əsas məqamlardan biri media ilə bağlı hissədir. Həm Ceyhun Bayramov, həm də həmkarı Hüseyn Əmir Abdullahian iki ölkənin mediasına nəzarət etməkdə razılığa gəliblər.
Bu niyə problemdir: Həm Azərbaycanda, həm də İranda iki ölkə arasındakı münasibətlərin gərginləşməsi və ictimaiyyətin fikrini yönləndirmədə hökumətyönlü medialar ciddi rol oynayır. Azərbaycanda “bu işi öz üzərinə” yerli telekanallar götürüb və hmin telekanallarda mütəmadi olaraq İranı tənqid edən reportajlar yayımlanır, verilişlər hazırlanır.
Ceyhun Bayramovun ölkə medialarına nəzarət edilməsi məsələsində razılaşması televiziyaların bu günə qədər də yayımladığı reportajların hökumətin razılığı ilə yayımladığı mənasına gəlir.
Həmin medialar nəyi hansı başlıqla yayımlayır:
AZTV: Tehran rejimi terror şəbəkəsini belə qurur: maliyyələşdirməsi mexanizminin DETALLARI – 10 aprel 2023
İctimai Televiziya: İran Ermənistanla sərhədə ordu yığır | Azərbaycan nə etməlidir? – 9 aprel 2023
ARB 24: İranın Azərbaycanda çevriliş cəhdi: Məxfi adamlara 6 ay öncə əmr verilib – 9 aprel 2023
Real TV: Regionun narkobaronu – İran – 6 aprel 2023
Nə baş verib: Azərbaycan və İran arasında bir neçə həftədir davam edən gərginlik deputat Fazil Mustafanın evinin önündə güllələnməsindən sonra bir az da dərinləşib. Bu hadisədən sonra Azərbaycanda İrana “casus kimi işləməkdə” ittiham edilən yüzlərlə dindar həbs edilib. XİN rəhbərlərinin son danışığından bir gün əvvəl isə Azərbaycan İran səfirliyinin 4 əməkdaşını arzu olunmaz şəxs elan edib və onlardan 48 saat ərzində ölkəni tərk etməsini tələb edib.
The post Azərbaycan tərəfi açıqlamır, amma medianı nəzarətdə saxlamaq barədə İranla razılığa gəlinib appeared first on Mikroskop - Qısa, vizual, izahlı.
]]>Məlumatda deyilir ki, istintaq-əməliyyat qrupu İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyaları maddi sübut kimi götürüb.
İlkin Süleymanovun hadisəni törətdiyini etiraf etdiyi bildirilir.
The post Nərmin Quliyevanı öldürməkdə şübhəli bilinən həmkəndlisi saxlanılıb appeared first on Mikroskop.
]]>Ukrayna hava yollarına məxsus təyyarəni İranın raketlə vurması iddiasını rəsmi Tehran qəbul etməyib. AP yazır ki, İran Milli Aviasiya Departamentinin rəhbəri Əli Əbidzadə Qərbin bu iddialarına cavab verib:
Bizim üçün aydın olan və əminliklə deyə biləcəyimiz odur ki, təyyarəni heç bir raket vurmayıb. Əgər onlar əmindirlərsə, onda gəlsinlər və tapdıqları sübutları dünyaya göstərsinlər.
İran parlamenti Pentaqonu terror təşkilatı, ABŞ ordusundakı əsgərləri isə terrorçu kimi tanıyıb.
İranın istintaq komandasının rəhbəri Həsən Rezayifar deyib ki, qara qutudakı məlumatları əldə etmək bir aydan çox vaxt apara bilər və istintaq gələn ilə qədər uzana bilər. O həm də deyib ki, uçuşdakı qeydlərin çıxarılması mümkün olmasa, beynəlxalq mütəxəssislərdən kömək istəyə bilərlər.
Qərb nə deyib: Kanadanın baş naziri ötən gün deyib ki, Ukrayna hava yollarına məxsus təyyarənin İran raketinin vurduğuna dair sübutlar var. O hesab edir ki, ola bilsin bu, səhvən olub.
Nə baş verib: Yanvarın 8-i Ukrayna hava yollarına məxsus təyyarə Tehranda qəzaya uğrayıb. Təyyarədəki 176 nəfər sərnişin və ekipaj üzvünün hamısı həlak olub. İlkin məlumatda qəzanın səbəbi kimi mühərrikin alovlanması göstərilmişdi.
The post İran deyir ki, təyyarəni onların raketi vurmayıb appeared first on Mikroskop.
]]>Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşən Nərmin Quliyevanın bir neçə gün əvvəl meyiti tapılıb. İlkin ehtimallara görə o, cinsi zorakılığa məruz qalıb və başından küt alətlə aldığı zərbədən həlak olub.
Nərmin Quliyeva kimdir və necə itib:
Dondar Quşçu kəndində 2010-cu ildə anadan olan Nərmin Quliyeva yaşadığı kənddə 2019-cu il noyabrın 21-i itkin düşüb. Onun anası Aynurə İsmayılovanın sözlərinə görə, N.Quliyeva əmisi Arif Quliyevin gödəkçəsini onlara aparmaq üçün evdən çıxıb. 8-10 metrlik məsafədə yaşayan əmisinə gödəkçəni verəndən sonra o, digər əmisi Lətif Quliyevin evinə gedib. Evlərin arasından keçən yolda N.Quliyeva yoxa çıxıb.
Baş Prokuorluq nə deyir:
Nərminin cəsədi itkin düşəndən təxminən 40 gün sonra, yanvarın 6-ı yanmış vəziyyətdə elə yoxa çıxdığı kənddə tapılıb. Araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar olduğu müəyyənləşib. Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Elina Hacıyevanın intiharı barədə nələri bilirik, nələri yox
İstintaq araşdırmalar zamanı nələri müəyyənləşdirib:
Əməliyyat qrupunun qənaəti nədir:
Nərminin dırnaqlarının kəsilməsinin cinsi zorakılıqla bağlı olduğu ehtimal edilir. Məqsəd cinsi zorakılıq zamanı onun müqavimət göstərərək, xəsarət yetirməsinin qarşısını almaq olub.
Nərmin Quliyeva itkin düşəndən sonra necə axtarılıb:
Ailə üzvləri noyabrın 25-dən etibarən Xəzər TV-dəki “Səni axtarıram” verilişində onun axtarışına başlayıb.
Ötən il dekabrın 9-da isə mediada istintaqın irəli sürdüyü ilkin ehtimal dərc olunub. Həmin ehtimala görə, o, yol-nəqliyyat hadisəsinin qurbanı olub. Sürücü yaralıya tibbi yardım göstərmək üçün onu götürüb, ancaq ola bilsin ki, N.Quliyeva yolda ölüb. Bu vəziyyətdə sürücü, çox güman ki, cəsəddən qurtulmaq üçün onu haradasa gizlədib.
Hələlik Nərmin Quliyevanın noyabrın 21-dən etibarən harada saxlandığı və onu kimin qətlə yetirdiyi məlum deyil.
The post Nərmin Quliyevanın ölümü ilə bağlı indiyədək nələr məlumdur? appeared first on Mikroskop.
]]>Breaking : #Iran has launched ballistic missiles at US based in Iraq! It has begun!!!! pic.twitter.com/tVnN2h46fq
— Syrian Girl (@Partisangirl) January 7, 2020
İranın dövlət agentliyi IRNA yazır ki, “Şəhid Süleymani” adlandırılan əməliyyat general Qasım Süleymaninin öldürülməsinə cavabdır.
Hücum nəticəsində ölən və yaralananların olub-olmaması ilə bağlı dəqiq məlumat yoxdur.
APA Rusiya mediasına istinadən yazır ki, ABŞ-ın Suriyada, İraqla sərhəddə yerləşən hərbi qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.
The Guardianın məlumatına görə, ABŞ prezidenti Donald Trampın xalqa müraciət edəcəyi özlənilir. Ağ Ev bu informasiyanı hələ ki, təsdiqləməyib.
İranın Tansim agentliyi isə məlumat yayıb ki, əgər ABŞ bu hücumlara cavab versə, Hizbullah İsrailə atəş açacaq.
The post İran ABŞ-ın İraqdakı bazasını bombalayıb. Hadisə ilə bağlı nələr məlumdur? appeared first on Mikroskop.
]]>Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyev və polis əməkdaşına qarşı sui-qəsd törətməkdə ittiham olunan Yunis Səfərovla birlikdə 12 nəfərin cinayət işi üzrə hazırlıq iclası başlayıb. Hazırlıq iclası bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilib.
Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiya baxır.
Kimlər təqsirləndirilir:
Yunis Səfərov , Hamlet Abdullayev, Mahir Əzizov, Akif Əliyev, Rasim Mustafayev, Ceyhun Qurbanov, Firudin Zeynalov, Cəfər Zalov, Vüqar Məmmədov, Ceyhun Salahov, Anar Bağırov və Ağa Sərxani.
Onlardan ikisi – Anar Bağırov və Ağa Sərxani 2018-ci ilin yayında onların saxlanılması üçün keçirilən əməliyyat zamanı öldürülüblər.
Vəkillər və təqsirləndirilən şəxslər hansı vəsadətləri qaldırıb:
Məhkəmə prosesini daha dəqiq qeydə almaq üçün audio-video yazı olması
ev dustaqlığına buraxılma cinayət işlərinə xitam verilməsi və s.
Təqsirləndirilənlərin məhkəmə zalına əl qandalları ilə gətirilməsinə də etiraz olub.
Etiraz edənlərdən biri Yunis Səfərov deyib:
Bizim əllərimiz qandallıdır, amma adamlar var ki, onların mənəviyyat qandallıdır.
Y.Səfərov və Ceyhun Salahov həm də dövətin onlara ayırdığı vəkildən də imtina edib. Y.Səfərov bunun üçün əsas olaraq saxlanılan gündən etibarən ailə üzvləri ilə görüşə bilməməyini göstərib. O, məhkəmə zalında olan ailə üvlərinə çağırış edib ki, vəkil Elçin Sadıqovla müqavilə imzalasınlar:
Mən dövlətin verdiyi vəkilin məni müdafiə etmsini istəmirəm.Vəkil Elçin Sadıqovun məni müdafiə etməsini istəyirəm. Əgər Elçin Sadıqovla alınmasa mən özüm özümü müdafiə edərəm.
Vəkil Cavad Cavadov hakimdən Y.Səfərovun vəsadətini yerindəcə təmin etməsini istəyib.
Bu zaman Y.Səfərovun imtina etdiyi vəkil Elman Ağayevlə C.Cavadov arasında mübahisə yaranıb. E.Ağayev digər vəkil C.Cavadova deyib ki, “şou yaratma, səni yerində oturdaram”.
Dövlət ittihamçısı səsləndirilən vəsadətlərin rədd edilməsini tələb edib. Məhkəmə vəsadətlərə baxılması və qərar verilməsi üçün 8 yanvaradək fasilə elan edib.
Y.Səfərov 2018-ci il iyulun 3-də Gəncə şəhərində radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə qarşı əvvəlcədən planlaşdırılmış sui-qəsd törətməyə cəhd etməkdə ittiham olunur. Hadisə nəticəsində Elmar Vəliyev və polis əməkdaşı xəsarət alıb. 2018-ci il avqustun 28-də prezidentin sərəncamı ilə E. Vəliyev icra başçısı vəzifəsindən azad edilib.
Yunis Səfərova qarşı hansı maddələrlə ittiham irəli sürülüb:
Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq,
qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına,
ölkənin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi,
çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərində ittiham olunur.
The post Yunis Səfərov: “Bizim əllərimiz qandallıdır, amma adamlar var ki, onların mənəviyyat qandallıdır” appeared first on Mikroskop.
]]>Bu barədə Tasnim agentliyi xəbər yayıb.
Bu qərar Qasım Süleymani və onunla birgə yüksək rütbəli hərbçilərin öldürülməsinə cavab olaraq qəbul edilib.
Qasım Süleymaninin qətli nə deməkdir? Reaksiyalar
Nə baş verib: 3 yanvarda İran İslam İnqilabı Keçikçiləri Korpusunun elit Qüds Qüvvələrinin başçısı, İranın regional təhlükəsizlik aparatının qurucusu general Qasım Süleymani cümə günü İraqın paytaxtı Bağdadda ABŞ hava qüvvələrinin bombalaması nəticəsində qətlə yetirilib.
The post İran parlamenti Pentaqonu terror təşkilatı elan etdi appeared first on Mikroskop.
]]>İran İslam İnqilabı Keçikçiləri Korpusunun elit Qüds Qüvvələrinin başçısı İranın regional təhlükəsizlik aparatının qurucusu general Qasım Süleymani cümə günü İraqın paytaxtı Bağdadda ABŞ hava qüvvələrinin bombalaması nəticəsində qətlə yetirilib.
ABŞ qətli nə ilə əsaslandırır?
Ağ Ev və Pentaqon bu əməliyyatı təsdiqlədikləri açıqlamalarda deyirlər ki, məqsəd müdafiədir. “Guardian”ın xəbərinə görə, Qasım Süleymaninin ABŞ diplomatlarına qarşı əməliyyatlar təşkil etdiyi və gələcəkdə belə hücumların qarşısını almaq üçün öldürüldüyü bildirilib. Hər iki açıqlamada əməliyyattın prezident Donald Trampın göstərişi ilə həyata keçirildiyi yazılıb.
Qətlə reaksiyalar
Generalın qətlə yetirilməsinə görə İranda 3 günlük matəm elan olunub və İranın ali dini lideri Ayətullah Əli Xameneyi onu şəhid adlandırıb. Dini lider deyib ki, generalı qətlə yetirənləri sərt intiqam gözləyir.
Ölkə prezidenti Həsən Ruhani də Q.Süleymaninin qətlinin qisasının alınacağını bəyan edib. Xarici İşlər naziri Cavad Zərif isə hesab edir ki, bu, beynəlxalq terrorizm aktıdır.
Süleymaninin qətli nə deməkdir?
Ağ Evin keçmiş Milli Təhlükəsizlik rəsmisi Hillari Man Leveret hesab edir ki, Süleymanini öldürmək ABŞ Müdafiə nazirinin və ya ABŞ Mərkəzi Qüvvələrinin Komandanının qətlinə bərabərdir.
Generalın öldürülməsi hətta neftin qiymətinə də təsir edib və o bahalaşıb. “Brent” markalı neft fyuçerslərin qiyməti 2,76% yüksələrək 60,42 dollar/barelə çatıb. Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin fevral ayı üçün fyuçerslərin qiyməti 2,75% qalxaraq 62,82 dollar/barelə bərabər olub.
Əməliyyat nə qədər qanunidir?
TASS yazır ki, generalın öldürüldüyü əməliyyat barədə ABŞ Konqresinə əvvəlcədən məlumat verilməyib və bu da Konqresin səlahiyyətlərinə etinasızlıq kimi qəbul olunur. Nümayəndələr Palatası Xarici İşlər Komitəsinin sədri, Demokrat Partiyası təmsilçisi Eliot Ancelin deyib ki, bu əməliyyat hərbçilər dediyi kimi, müdafiə məqsədi ilə həyata keçirilsə belə qanuna görə prezident Konqresi 48 saat əvvəldən xəbərdar etməlidir.
İran İslam İnqilabı Keçikçiləri Korpusunun elit Qüds Qüvvələrinin başçısı İranın regional təhlükəsizlik aparatının qurucusu general Qasım Süleymani cümə günü İraqın paytaxtı Bağdadda ABŞ hava qüvvələrinin bombalaması nəticəsində qətlə yetirilib.
ABŞ qətli nə ilə əsaslandırır?
Ağ Ev və Pentaqon bu əməliyyatı təsdiqlədikləri açıqlamalarda deyirlər ki, məqsəd müdafiədir. “Guardian”ın xəbərinə görə, Qasım Süleymaninin ABŞ diplomatlarına qarşı əməliyyatlar təşkil etdiyi və gələcəkdə belə hücumların qarşısını almaq üçün öldürüldüyü bildirilib. Hər iki açıqlamada əməliyyattın prezident Donald Trampın göstərişi ilə həyata keçirildiyi yazılıb.
Qətlə reaksiyalar
Generalın qətlə yetirilməsinə görə İranda 3 günlük matəm elan olunub və İranın ali dini lideri Ayətullah Əli Xameneyi onu şəhid adlandırıb. Dini lider deyib ki, generalı qətlə yetirənləri sərt intiqam gözləyir.
Ölkə prezidenti Həsən Ruhani də Qasim Süleymani qətlinin qisasının alınacağını bəyan edib. Xarici İşlər naziri Cavad Zərif isə hesab edir ki, bu, beynəlxalq terrorizm aktıdır.
Süleymaninin qətli nə deməkdir?
Ağ Evin keçmiş Milli Təhlükəsizlik rəsmisi Hillari Man Leveret hesab edir ki, Süleymanini öldürmək ABŞ Müdafiə nazirinin və ya ABŞ Mərkəzi Qüvvələrinin Komandanının qətlinə bərabərdir.
General Qasim Süleymani qətli hətta neftin qiymətinə də təsir edib və o bahalaşıb. “Brent” markalı neft fyuçerslərin qiyməti 2,76% yüksələrək 60,42 dollar/barelə çatıb. Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin fevral ayı üçün fyuçerslərin qiyməti 2,75% qalxaraq 62,82 dollar/barelə bərabər olub.
Əməliyyat nə qədər qanunidir?
TASS yazır ki, generalın öldürüldüyü əməliyyat barədə ABŞ Konqresinə əvvəlcədən məlumat verilməyib və bu da Konqresin səlahiyyətlərinə etinasızlıq kimi qəbul olunur. Nümayəndələr Palatası Xarici İşlər Komitəsinin sədri, Demokrat Partiyası təmsilçisi Eliot Ancelin deyib ki, bu əməliyyat hərbçilər dediyi kimi, müdafiə məqsədi ilə həyata keçirilsə belə qanuna görə prezident Konqresi 48 saat əvvəldən xəbərdar etməlidir.
The post Qasım Süleymani qətli nə deməkdir? Reaksiyalar appeared first on Mikroskop.
]]>Bu gün İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirib. Müşavirəni izləməyən və ya oxumağa həvəsi olmayanlar üçün maksimum qısaldaraq təqdim edirik.
Pambıqçılığın inkişafı barədə:
Pambıq yığımı demək olar ki, başa çatıbdır. Bu il rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib. Bu, doğrudan da çox böyük göstəricidir və onu göstərir ki, son illər ərzində pambıqçılıqda inkişafla bağlı atılmış bütün addımlar öz səmərəsini verməkdədir. Bu, bir daha onu göstərir ki, dövlət dəstəyi olmadan pambıqçılıq inkişaf edə bilməz. Biz demək olar ki, Azərbaycanda pambıqçılığı dirçəltmişik, bunu çox gəlirli sahəyə çevirmişik, pambıqçılıqla məşğul olan rayonlarda məşğulluq problemlərini həll etmişik. Beləliklə, biz qarşımızda duran bütün vəzifələrə nail olmuşuq, bu vəzifələri icra etmişik.
Təbii ki, yenə AXC-Müsavat!
Bildiyiniz kimi, müstəqillik dövrünün ilk illəri çox ağır keçirdi, ölkə çox ağır vəziyyətdə idi. Ermənistan işğalı, vətəndaş müharibəsi, AXC-Müsavat cütlüyünün yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində ölkəmiz uçurum kənarına gətirilmişdir. Ölkədə total böhran – siyasi böhran, hərbi böhran, iqtisadi böhran hökm sürürdü, inflyasiyanın səviyyəsi 1000 faizdən çox idi, sənaye müəssisələri iflic vəziyyətdə, kənd təsərrüfatı dağılmış vəziyyətdə idi, ölkədə talançılıq, rüşvətxorluq, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat cütlüyünün başında olan xəyanətkar ünsürlər sanki düşmən kimi Azərbaycanı dağıdırdılar, parçalayırdılar, məhv edirdilər. Sanki onlar hansısa cinayətkarın əmrini icra edirdilər. Bunun nəticəsində əlbəttə ki, həm sənaye iflic oldu, kənd təsərrüfatı tamamilə dağıdıldı və həm də ölkə idarəolunmaz vəziyyətə düşdü. Yalnız xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıdandan sonra vəziyyət sabitləşdi, Azərbaycan inkişaf yoluna gətirildi və bu gün biz bu inkişafın təzahürlərini həyatımızın bütün sahələrində görürük.
Pambıqdan gələn gəlir:
Biz hazırda bu işin ilkin mərhələsindəyik. Ancaq buna baxmayaraq, deyə bilərəm ki, bu ilin doqquz ayında pambıqçılıq fermerlərə və şirkətlərə, ümumiyyətlə, Azərbaycana 111 milyon dollar gəlir gətiribdir. Yəni, 111 milyon dollar dəyərində məhsul, o cümlədən 87 milyon dollarlıq mahlıc, 22,5 milyon dollarlıq pambıq ipliyi və 2 milyon dollarlıq pambıq yağı ixrac edilib.
Sığorta barədə:
Mən də söz düşmüşkən bunu deməliyəm, o cümlədən ticarət obyektləri, onların hər biri sığortalanmalıdır ki, sabah bədbəxt hadisə, yanğın baş verəndə gedib sığorta şirkətinə müraciət etsin. Yoxsa ki, yanğın baş verir, günahkar da özüdür, sonra da gəlib deyirlər ki, dövlət bunun pulunu versin. Hansı ölkədə belə şey var? Hansı ölkədə dövlət özəl sahibkara hansısa bədbəxt hadisəyə görə təzminat ödəyir? Heç bir yerdə belə şey yoxdur. Hərə gedir öz əmlakını, öz mülkünü sığortalayır, bədbəxt hadisə baş verəndə sığorta şirkəti gəlib onun pulunu verir, vəssalam. Bizdə də belə olmalıdır. Mən bunu özəl şirkətlərə, ticarət obyektlərinə aid edirəm və xəbərdarlıq edirəm ki, əgər haradasa daşqın, yanğın nəticəsində nəsə yanır, batırsa, dövlətdən dəstək almağa ümid etmək lazım deyil. Düzdür, biz bəzi hallarda ən kasıb, ən yoxsul təbəqəyə kömək göstəririk. Amma altında böyük maşınlar, mülklər, villalar olan sahibkara dövlət nə üçün kömək etməlidir? Axı, bu, ədalətsizdir. Dövlət kimə kömək etməlidir, ehtiyacı olana. Pulu olan adam özü kasıba kömək etməlidir. Mən bunu sahibkarlara dəfələrlə demişəm, onların sosial məsuliyyəti olmalıdır. Pul qazanırlar, dövlət şərait yaradıb, harada belə şərait var?
Sahibkarlara çağırış:
Ölkələr var ki, od içindədir. Bizim bölgəmizdə, Yaxın Şərqdə, Avropada, Asiyada, Latın Amerikasında müharibələr, münaqişələr, qanlı toqquşmalar, kütləvi etirazlar, polis zorakılığı, dağıntılar baş verir. Bizdə sabitlikdir, kim yaradıb bunu, biz, kim faydalanır, bütün vətəndaşlar, o cümlədən sahibkarlar. Rahat yaşayırlar, heç kim onlara dəymir, əksinə, Prezident həmişə onları dəstəkləyir. Getsinlər camaata, kasıba əl tutsunlar.
ABŞ prezidenti Donald Trampın impiçmenti barədə Nümayəndələr Palatasında səs çoxluğu ilə qərar verilib. Daha sonra isə bu, Amerika prezidentinin mühakimə olunması üçün Senata ötürülüb.
Məhkəmə baxışının müddəti ilə bağlı məsələ isə Nümayəndələr Palatasının impiçmentin iki maddəsini qəbul edəndən sonra ortaya çıxıb. Palatanın spikeri Nensi Pelosi bildirib ki, prezidentin vəzifədən azad edilməsi üçün maddələr Respublikaçıların çoxluqda olduğu Senata ötürülməzdən əvvəl, məhkəmənin ədalətli keçiriləcəyinə əmin olana qədər gözləyəcək.
Məhkəmə prezidentin təqsirli bilinib vəzifədən uzaqlaşdırılması üçün 67 senatordan səslərin üçdə iki hissəsini toplamağı tələb edəcək. Amma Trampın məhkəmədə bəraət alacağı gözlənilir.
Demokratlar isə iddia edir ki, Trampın impiçmenti daha çox mənəvi zərurətdən irəli gəlir, hətta o, öz postunda qalsa belə.
İmpiçment nədir: Bu prosedur ABŞ prezidentinin “dövlətə xəyanət, rüşvət və ya digər ağır cinayət və qanun pozuntularında” ittiham edərək mühakimə edilməsini və vəzifədən uzaqlaşdırılmasını nəzərdə tutur.
1
Konstitusiya bu proses haqqında nə deyir?
Konstitusiya Konqresə icazə verir ki, əgər kifayət qədər konqres üzvü prezidentin dövlətə xəyanət, rüşvətxorluq və ya başqa ağır cinayət və xətalar törətdiyinin lehinə səs verərsə, prezidenti vəzifə müddəti bitmədən vəzifədən uzaqlaşdırsınlar.
Lakin burada konqres üzvlərinin törədilmiş əməlin yuxarıda sadalanan qanun pozuntularına aid olub-olmamasını necə müəyyən edəcəkləri qeyd edilmir. Eyni zamanda cinayəti sübut etmək üçün də müəyyən olunmuş standart yoxdur.
Tramp yüngül və ağır cinayətdə ittiham olunaraq Senat tərəfindən məhkəmə araşdırması ilə üzləşən artıq üçüncü prezidentdir. (İlk iki prezident, Endryu Conson və Bill Klinton bəraət qazanmışdı. Prezident Riçard M. Nikson isə impiçment və məhkəmə qarşısına çıxmaq yerinə istefa vermişdi.)
2
Niyə Trampı vəzifədən uzaqlaşdırmaq istəyirlər?
ABŞ gündəmində qalmaqal, Donald Tramp və Ukrayna prezidenti Vladimr Zelenski arasında telefon danışığından sonra yaranıb. Prezidentlərin telefon danışığının stenoqramı ortaya çıxandan sonra məlum oldu ki, Tramp Kiyevə maliyə yardımı qarşılığında Zelenskidən direktorlar heyətinə əsas rəqibi Co Baydenin oğlunun daxil olduğu “Burisma Group” kompaniyasının, həmçinin Hanter Baydenin özünün fəaliyyətini araşdırmağı tələb edib. Tramp Ukraynanın Co Bayden və oğlunu araşdıran sabiq Baş prokuroru Viktor Şokinin istefa şəraitinin tədqiqi barədə xahiş edib.
Bundan sonra Nensi Pelosi bu danışığın qanuna zidd olduğunu və prezidentin vəzifədən uzaqlaşdırılması üçün əsas olduğunu deyib.
3
Bu məsələnin həlli ilə bağlı nə bilirik?
Məhkəmənin 2020-ci ilin yanvarında başlayacağı ehtimal olunsa da dəqiq tarix və onun neçə müddət davam edəcəyi hələlik məlum deyil.
Prezident və onun müttəfiqləri can atır ki, o, ən qısa vaxtda bəraət alsın. Respublikaçılar da prosesin qısalmasında maraqlıdırlar.
Amma N.Pelosinin şərhlərindən belə aydın olur ki, Nümayəndələr Palatası məsələni həll etmədən tətilə gedə və impiçment məsələsi nəticəsiz qala bilər.
Trampdan əvvəl, 1999-cu ildə “yalançı şahidlik” və “ədalət mühakiməsinin işinə mane olmaq”da ittiham edilən Bill Klintonun məhkəməsi 5 həftə davam etmişdi.
View this post on InstagramA post shared by Mikroskop Media (@mikroskopmedia) on Dec 18, 2019 at 8:19pm PST
4
Bu müddətdə kim nə işlə məşğul olur?
Əvvəlcə spiker Nensi Pelosi məhkəmədə dövlət ittihamçısı kimi çıxış edəcək millət vəkillərindən ibarət komandanı müəyyənləşdirəcək. Bu komanda “menecerlər” adlanır və Senata impiçmentin maddələrini təqdim edir.
Baş Hakim Con G. Roberts məhkəmədə sədrlik edəcək və hüquqi komanda prezidenti müdafiə edəcək.
Ağ Evin vəkili Pet A. Kipollonun prezidentin xarici vəkilləri ilə birlikdə onu təmsil edəcəyi gözlənilir.
Senat məhkəmə icraatı prosedurları haqqında razılığa gəlməlidir.
Senatorlar, Nyu-Yorkdan Çak Şumer, Kentakkidən Mitç Makkonnell, respublikaçı və demokrat liderlər artıq bu məsələ ilə bağlı mübahisə edirdilər.
5
Bu necə işləyəcək?
Hər hansı bir senator ittihamların ləğv edilməsi üçün ərizə verə bilər. (Bunun üçün sadə səs çoxluğu tələb olunacaq.) Lakin proses davam edərsə, ilkin və yekun bəyanatlar, senatorlardan menecerlərə və müdafiə vəkillərinə suallar və bəlkə də məhkəməyə daha çox çağırış, ifadə vermək və şahid çağırmaq üçün xahişlər ediləcək. Müşavirələrin səsvermədən əvvəl qapalı iclasda keçiriləcəyi ehtimal edilir.
6
Proses necə yekunlaşa bilər?
Hökm çıxarmaq üçün ən azı bir maddə üzrə səslərin üçdə ikisini toplamaq tələb olunur ki, bu da apelyasiya şikayəti imkanı olmadan prezidentin vəzifədən kənarlaşdırılmasına gətirib çıxaracaq.
Belə olacağı təqdirdə onu vitse-prezident əvəz edəcək. Senat daha sonra sadə səs çoxluğu ilə prezidentin gələcəkdə vəzifə tutmasının əleyhinə səs verə bilər. Bəzi gözlənilməz hadisələr istisna olmaqla, məhkəmənin Trampın təqsirli hesab edilməsi ilə bağlı hökm çıxarma ehtimalı az olsa da, qərarın hər iki tərəf üçün siyasi fəsadları ola bilər.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar Azərbaycana qiymətləndirmə missiyası göndərəcək.
1995-ci ildən bəri Azərbaycanda keçirilən demək olar ki, bütün seçkiləri müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan hüquqları Bürosunun müşahidə edə bilmədiyi seçki də olub. Bu, 2015-ci il noyabrın 1-də keçirilən parlament seçkiləri idi. Həmin vaxt qurum Azərbaycandakı seçkiləri izləmək üçün 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçi göndərmək istəyib.
Azərbaycan Xarici İşlər Nazirliyi bu istəyə belə cavab verib:
9.5 milyon əhalisi və 125 seçki dairəsi olan Azərbaycana bu qədər müşahidəçi göndərmək istəyi heç bir məntiqə sığmır.
Azərbaycanın tətbiq etdiyi məhdudiyyətlərə görə, DTİHB seçkiləri müşahidə etməyəcəyi barədə qərarını açıqlayıb.
DTİHB-nin 2003-cü ildən bəri keçirilən seçkilərlə bağlı yekun hesabatlarında nə yazılıb?
15 oktyabr, 2003-cü il. Prezident Seçkiləri.
Seçkilər ATƏT-in öhdəliklərinə və demokratik seçkilər üzrə beynəlxalq normaların tələblərinə cavab verə bilməyib, ümumi proses parlaq seçki preosesinin həyata keçirilməsi üçün lazımınca siyasi öhdəliyin olmamasını əks etdirib.
6 noyabr, 2005-ci il. Parlament Seçkiləri
Səslərin sayılması zamanı və nəticələrin dairə seçki komissiyalarında cədvəlləşdiriləsi zamanı ciddi pozuntular müşahidə olundu.
MSK seçki günü və seçkidən sonra daxil olan 1000-dən çox şikayətə çevik çəkildə və şəffaf baxmadı. 125 dairədən 10-da seçkinin nəticələri ləğv edildi, təkrar seçkilərin keçirilməsi 13 may 2006-cı ilə təyin olundu.
13 may, 2006-cı il. Təkrar Parlament Seçkiləri
DTİHB seçki prosesini sistematik şəkildə müşahidə etməsə də, ümumilikdə səsvermənin sakit keçirildiyini qeyd edib. Bununla yanaşı, hesablama aparılması zamanı pozuntuları qeydə aldığını bəyan edib.
15 oktyabr, 2008-ci il. Prezident Seçkiləri
Seçkilər dinc mühitdə keçib, lakin sağlam rəqabətin çatışmaması, kifayət qədər fəal siyasi müzakirələrin olmaması, eləcə də məhdud media mühiti ilə xarakterizə olunub və beləliklə, mənalı və plüralist demokratik seçkilər üçün zəruri olan prinsiplərin bəzilərini əks etdirməyib.
7 noyabr, 2010-cu il. Parlament Seçkiləri
150 səsvermə məntəqəsinin üçdə birində pozuntu müşahidə edilib, səslərin sayılması prosesi bir sıra yerlərdə topa bülletenlərin atılması kimi problemləri də nəzərə almaqla pis və yaxud çox pis olaraq qiymətləndirilib.
9 oktyabr, 2013-cü il. Prezident Seçkiləri
Səslərin hesablanması xeyli dərəcədə mənfi hallarla səciyyələnib, müşahidə olunan seçki məntəqələrinin 58 faizində pis və yaxud çox pis kimi dəyərləndirilib və ciddi problemlərin olduğu qeyd edilib.
11 aprel, 2018- ci il. Prezident Seçkiləri
Azərbaycandakı seçkilərin azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyi bildirilib. Hesabatda vurğulanıb ki, onların müşahidəçiləri seçki günü topa bülletenlərin qutulara atılmasının şahidi olublar.
]]>“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakıda əvvəllər mövcud olan tramvay xətlərinin sökülməsinin ölkəyə ziyan vurduğunu deyib və tramvay xətlərinin bərpa ediləcəyi barədə danışıb.
“Xarici şirkətlərə müraciət etmişik. Biznes-plan hazırlanır. Tramvay xətləri Bakının Əhmədli və Biləcəri, Abşeron rayonun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev kimi qəsəbələrini əhatə edəcək”.
Ümumiyyətlə Bakıda tramvaylar niyə söküldü?
Bakıda tramvay xətləri intensiv şəkildə zamanla azaldıldı. 1990-cı ildə tramvay yollarının uzunluğu 46,6 km, 1999-cu ildə 35,9 km, 2003-cü ildə isə 22,0 km olub.
Metronun “Xətai” stansiyasından Montin bazarına qədər uzanan sonuncu tramvay xətti 2004-cü ildə sökülüb. Şəhər rəhbərliyi bunu Mərkəzi Bankın yanında yenicə istifadəyə verilən göydələnin silkələnməsi ilə əsaslandırdı. Həmin vaxt tramvay ən ucuz nəqliyyat vasitəsi idi və hazırkı məzənnə ilə gediş haqqı 5 qəpik idi. Amma sökülmənin səbəbi təhlükəsizliklə əsaslandırıldığından bu, sərnişinlər arasında etiraza səbəb olmadı. O dövrdə metroda və avtobuslarda gediş haqqı 10 qəpik, bəzi avtobuslarda isə 20 qəpik idi.
Sonralar paytaxtın mərkəzində, metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən tramvay parkının yerində göydələnlər inşa edildi.
Bakıda son tramvay xətlərinin kəsilməsi isə İlham Əliyevin prezidentliyinin ilk ilinə, 2004-cü ilə təsadüf edir.
Tramvay xətlərinin bərpası nə vaxt gündəmə gəlməyə başladı?
2012-ci ilin fevral ayından Azərbaycan hökuməti Bakıda tramvay xəttinin bərpa ediləcəyini açıqlayır.
Bir az da tramvayın iqtisadi və ekoloji faydaları barədə
1 km metro xətti – 50-100 milyon dollara
1 km tramvay xətti – 10-30 milyon dollara başa gəlir.
Jurnalistləri Müdafiə Komitəsi (Committee to Protect Journalists – CPJ) dekabrın 11-də hansı ölkədə neçə jurnalistin həbsdə olduğu barədə məlumatların yer aldığı hesabatını açıqlayıb.
Həmin hesabata görə, 48 jurnalistin həbsdə olduğu Çin siyahıda birinci, 47 məhbus jurnalistlə Türkiyə isə ikinci yerdədir.
Üçüncü yeri 26 jurnalisti azadlıqdan məhrum etməklə Səudiyyə Ərəbistan və Misir bölüşüb.
Təşkilat Azərbaycanda 6 jurnalistin həbs edildiyini yazıb.
Qonşu ölkələr hansı yerdədir: Hesabata görə, Rusiyada 7, İranda 11 jurnalist azadlıqdan məhrum edilib. Rusiyadakı jurnalistlər Krımda fəaliyyət göstərməkdə ittiham olunaraq həbs olunub.
Dünyada cəmi neçə jurnalist həbsdədir: CPJ-nin araşdırmasına görə, bu il dünyada 250 jurnalist həbs olunub. 2018-ci ildə isə bu rəqəm 255 idi.
Jurnalistlər harada həbs olunub: Həbs olunanların 98%-i öz ölkələrində fəaliyyət göstərirdi. Xarici vətəndaş olan 4 məhbus jurnalistdən 3-cü Səudiyyə Ərəbistanında, 1-i isə Çindədir.
250 məhbus jurnalistin 8%-i qadındır. Ötən il bu göstərici 13% idi.
Niyə həbs olunublar: Jurnalistlərin həbsinin əsas səbəbinin siyasət, insan hüquqları, korrupsiya kimi mövzular olduğu bildirilir. Dünyada həbsdə olan jurnalistlərin çoxu onlayn mediada çalışanlardır.
]]>Report yazır ki, məlumata görə, O.Gülalıyevin müalicəsi davam etdirilir.
Hazırda Oqtay Gülalıyevin müalicəsi Heydər Əliyev Fondunun dəstəyi ilə Amerikan Xəstəxanasında davam edir. Müalicə müəssisəsi hər 10 gündən bir xəstənin səhhəti ilə bağlı Fonda hesabat təqdim edir. Dekabrın 9-da göndərilən hesabat görə, Oqtay Gülalıyevin ağciyər və qanında infeksiya var və buna uyğun müalicə tətbiq olunmaqdadır.
Fond məlumatda qeyd edir ki, həkimlərin rəyi nəzərə alınaraq hüquq müdafiəçicisinə dəstəyin göstəriləcəyi barədə onun həyat yoldaşı Firuzə Gülalıyeva məlumatlandırılıb.
]]>Azərbaycanlı rəsmilərin, məmurların adı dəfələrlə ölkədən pulların qeyri-qanuni yolla çıxarılmasında, çirkli pulların yuyulmasında hallanır. Belə hallar beynəlxalq təşkilatların hesabatlarında da yer alır.
Bu mövzuda araşdırmalardan biri Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma layihəsinin (OCCRP ) 2017-ci ildə yayımladığı “Azərbaycanın Pulyuyan maşını” adlı araşdırma olub. Həmin araşdırmada qeyd olunan məlumata görə, 2012-2014-cü illərdə Azərbaycandan 2,9 milyard dollar pul çıxarılıb.
Araşdırmada deyilir ki, “pulyuyan maşın”ın məqsədi Azərbaycan hökumətinin siyasi gündəmini təbliğ etmək olub və ölkədən çıxarılan pulların bir hissəsi Avropa siyasətçilərnin bank hesablarına köçürülüb. Həmin siyasətçilər prezident İlham Əliyevin rəhbərlik etdiyi hökumətin jurnalistləri və siyasi fəalları həbs etməsinə baxmayaraq onu tərifləyiblər. Dəqiq mənbəyi məlum olmayan bu pulların saxta şirkətlər vasitəsilə gizlədildiyi bildirilir. Ancaq araşdırmalar həmin vəsaitin arxasında Azərbaycanın hakim elitasının durduğunu göstərib.
Bəs pullar ölkədən qeyri-rəsmi yolla necə çıxarılır? Bu prosedur necə baş tutur? Bunun qarşısını almaq üçün nə etmək lazımdır? Sualları iqtisadçı ekspert Toğrul Marşallı cavablandırıb.
1
Ölkədən pul çıxarma nədir?
Pul çıxarma ölkədən leqal və qeyri-leqal yollara vəsait çıxarılmasına deyilir. Ölkədən çıxarılan hər pul qanun pozuntusu sayılmır. Məsələn, vətəndaş gedib bu pula xaricdə əmlak və s. alırsa, bu qeyri-qanuni hesab olunmur. Sadəcə həmin şəxs bu barədə hökumətə xəbərdarlıq etməlidir. Əks halda isə onun etdiyi qanun pozuntusudur yəni, qeyri-leqal yollarla ölkədən pul çıxarır.
2
Bu proses necə baş verir?
Ölkədən pul çıxarmanın bir neçə üsulu var. Azərbaycan kimi ölkələrdə iqtisadiyyat məhz pul dövriyyəsindən asılıdır. Ölkədə iqtisadiyyat və sənaye normal vəziyyətdə olmadığına görə o, neftdən asılı hala düşür. Neftdən əldə edilən gəlirlər də başqa sahəyə xərclənir. Bu başqa sahələrə xərclənən vəsaitin həcmi də ölkədə qalan vəsaitdən asılıdır. Bura çatanda məlum olur ki, əldə olunan vəsait harasa xərclənəndə əldə olunan gəlir ölkədən çıxarılır. Bu da əksər hallarda qeyri-leqal yolla baş verir. Çünki leqal yolla çıxarılanda hökumət pulun hara getdiyini, necə getdiyini və onu kimin apardığını bilir. Bildiyi üçün də müəyyən məhdudiyyətlər tətbiq edə bilir. Şəxs məcbur olur ki, həmin pulun bir hissəsini vergi kimi ödəsin, ya da hansısa formada ölkədə saxlasın. Bu zaman hökumət hardasa bunu tənzimləyə bilir. Qeyri-leqal çıxarılanda isə necə və hara getdiyi bilinmir. Eyni zamanda da ölkə müəyyən vəsaitlərdən məhrum olur.
3
Hansı mərhələdə bilinir ki, pul artıq ölkədən çıxarılıb,
yaxud buna cəhd edilib?
Pul çıxarmanın əsas səbəbi vergidən yayınmaq və vəsaitlərin saxlanılmasıdır. Son zamanlar Maliyyə Bazarlarına Nəzarət Palatası bu cəhətdən çox aktivləşib ard-arda cərimələr edir.
Azərbaycan qanunvericiliyinə görə, şirkətlər xaricdən hər hansı bir məhsul, avadanlıq və s. sifariş verəndə pulu avans kimi əvvəldən köçürürlər və bunun müqabilində məhsullar bir il ərzində ölkəyə çatdırılmalıdır. Bu baş verməyəndə də Maliyyə Bazarlarına Nəzarət Palatası şirkəti məhkəməyə verir və cərimələyir. Bir çox hallarda ölkədən pul belə çıxarılırdı yəni, şirkətlər xarici ölkədən saxta sifarişlər verirdilər. Pul gedirdi, məhsul isə gəlmirdi. Hələ ki, bu yolun qarşısı alınıb.
Lakin ölkədən bu üsulla pul çıxarılması aşağı səviyyədə olub. Bu, bir sıra amillərlə bağlıdır. Bir çox hallarda Azərbaycanda da Rusiyada tətbiq olunan mexanizmlər istifadə olunur. Məsələn, kredit ödənişləri. Prosedur belədir ki, bir şəxs eyni anda xaricdə də şirkət açır və xarici şirkət Azərbaycandakı şirkətə borca pul verir. Bu pulun qaytarılması ilə bağlı Azərbaycan şirkəti ödənişlər edir. Bir çox hallarda Azərbaycan şirkəti rəsmi hesabata görə mənfəət əldə etmir, əksinə zərərlə işləyir, çünki borcu çoxdur və borcu qaytarmalıdır. Bunun nəticəsində də vergidən yayınma baş verir. Çünki zərərdə olan şirkət mənfəət vergisini ödəyə bilməz. Eyni zamanda bir çox vergilərdən də azad edilir. Nəticədə bu vəsaiti büdcə əldə etmir və pul çıxarılır. Bəziləri tamamilə qeyri-leqal baş verir; ya qaçaqmalçılıq yolu ilə, ya da ümumiyyətlə heç yerdə qeydiyyata alınmadan ölkədən nağd pul çıxarılır.
Bu da qeyri-qanuni üsullardan biridir. Üsullar çoxdur. Ofşor şirkətlər məhz ona görə yaradılır ki, bu şirkətlərin izlənməsi mümkün deyil. Əksər hallarda bu şirkətlərin kimə məxsus olduğu bilinmir. Vergilər Nazirliyi də bu barədə məlumat əldə edə bilmir. Çünki müvafiq ölkələr məlumatı bölüşmürlər. Məlumat almaqla bağlı olan sorğular da xeyli gec cavablandırılır. Nəticədə isə pul ölkədən çoxdan çıxmış olur.
4
Qarşısını necə almaq olar?
Pul çıxarmanın qarşısını almaq məsələlərini Mərkəzi Bank tənzimləyir.
Pul çıxarmaya cəhd olub-olmadığı sonda məlum olur. Belə ki,qanunvericiliyə görə bir il ötəndən sonra sifariş verən şəxsdən və ya şirkətdən soruşula bilər ki, sifariş etdiyi avadanlıq gəlib, ya yox. Əgər gəlibsə, bununla bağlı deklarasiya təqdim olunmalıdır ki, avadanlıq ölkəyə gəlib. Sifarişçi bu deklarasiyanı təqdim etmirsə, bu o anlama gəlir ki, pul çıxarma əməliyyatı baş verib. Onu da qeyd edək ki, sözügedən deklarasiya bir ildən tez tələb edilə bilməz.
Qalan məqamlarda isə şəxs bildirir ki, onun hansısa xarici banka borcu var, pul köçürməsini edib ödəniş kağızını əldə edir. Bu halda nə vergilər Nazirliyi, nə də başqa dövlət orqanı maraqlana bilməz ki, bu qurum həqiqidir, ya saxtadır. Əksər hallarda belə şirkətləri Vircin adalarında qeydiyyatdan keçirirlər və sonra bildirirlər ki, həmin şirkətlər onlara borc verib. Pul köçürməsi də borcun qaytarılması adı ilə baş verir. Bunun saxta olub-olmamasını araşdırmaq isə o qədər də asan deyil. Çünki araşdırma zaman ora sorğu göndərilməlidir, sorğu göndərmək üçün də məhkəmə qərarı olmalıdır. Yəni, əvvəlcə şübhəli durum olmalıdır, şübhə yaranması üçün də hansısa iş açılmalıdır, işin nəticəsi, yəni məhkəmənin qərarı olmalıdır. Bu da çox uzun prosesdir.
Bu üsul böyük holdinqlər üçün isə daha əlverişlidir. Demək olar ki, əsas holdinq şirkətlərinin heç biri Azərbaycanda qeydiyyatdan keçmirlər. Paşa Holdinqdən tutmuş, Azərsun, Gilan Holdinq və başqalarının şirkətləri əsasən ofşor zonalarda qeydiyyatdan keçir, ya divident ödənişi edirlər ya da kredit ödənişi edirlər. Bir sözlə, üsullar çoxdur.
5
Pulları ölkədən çıxaranlar bunda niyə maraqlıdır?
Məsələ ondadır ki, Azərbaycanda insanlar ölkə iqtisadiyyatını görmürlər və bu halda nazirlər, holdinqlər ölkədən vəsait çıxarırlar. Amma böyük holdinqlər də bunu müəyyən təzyiq altında edirlər. Ölkə iqtisadiyyatına yatırım etmək heç kimə maraqlı deyil. Nazirlər də bilirlər ki, vəzifəsindən çıxarılan kimi onların əmlakı ya müsadirə olunacaq, ya da kiminsə əmlakına çevriləcək. Onlar mövcud sistemə inanmırlar deyə pullarını ölkədən çıxarırlar. Nazirlərdən və holdinqlərdən başqa siravi sahibkarlar da ölkədən pulu çıxarırlar. Demək olar ki, normal qazancı olan sahibkarların əksəriyyəti maksimum çalışır ki, vəsaitlərini ölkədən çıxarsınlar.
Bu problemin həlli uzunmüddətli strategiya tələb edir. Əvvəlcə insanları inandırmaq lazımdır ki, pulu Azərbaycana yatırmaq olar. Lakin görünən odur ki, hazırda sahibkarların böyük hissəsi nə banklara inanır, nə də başqa üsullara. Azərbaycanda sərmayə imkanları da yoxdur. Normal özəlləşdirmə prosesi keçirilsə, insanlar bir çox kapitalları görə biləcək və başlayacaqlar yatırım etməyə. Təəssüf ki, Azərbaycanda bu baş vermir. Çünki özəlləşdirmə də müəyyən qrup arasında baş verir .
Ölkə iqtisadiyyatının stimullaşdırılması, kredit imkanlarının artırılması baş versə, çox güman ki, bu vəsaitlər ölkədən çıxarılmayacaq. Çünki o, ölkə daxilində lazım olacaq. Nəyə görə çıxarılır? Artıq bu vəsaitlər əldə olunandan sonra onlar heç kimə lazım deyil. O mənada lazım deyil ki, onu yatırmağa sahə və imkan yoxdur. İnsanlar da məcbur olub onu ölkədən çıxarırlar. Xaricdə isə bu vəsaiti saxlamaq üçün geniş imkanlar var.
Euronews yazır ki, İsveçrənin Lozan şəhərində yerləşən mərkəzi qərargahda qəbul edilən qərara əsasən Rusiyanın 2020 Tokio Yay Olimpiya Oyunları və 2020 Pekin Qış Olimpiya Oyunlarında iştirakı mümkün olmayacaq. 2023-cü ilə qədər Rusiyanin heç bir rəsmisi beynəlxalq idman yarışlarına qatıla və eyni zamanda çempionatlara ev sahibliyi edə bilməyəcək.
Dopinq aşkarlanmayan idmançıların kariyerası necə olacaq: Qurum hesab edir ki, dopinq qəbul etmədiklərini sübut edə bilən rsu idmançılar fərqli loqo və bayraq altında fərdi şəkildə olimpiada və çempionatlarda iştirak edə biləcəklər.
]]>“Report” yazır ki, Plenum iclasının yekunu olaraq “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı qərar qəbul olunub.
Nə baş verib: İlham Əliyevin “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərib.
Milli Məclis nə istəyir: Azərbaycanca olan islahatların daha da sürətləndirilməsi və bütün dövlət hakimiyyəti qollarını əhatə etməsi üçün Milli Məclisin buraxılmalı və parlamentə növbədənkənar seçkilər keçirilməli olduğunu istəyir.
İlk təklif kimdən gəlib: Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edib. Onların tövsiyyəsi parlamentdə səsləndirilib və parlament tərəfindən qəbul edilərək prezidentə ünvanlanıb.
The post Konstitusiya Məhkəməsi parlamentin buraxılmasını Konstitusiyaya uyğun hesab edir appeared first on Mikroskop.

]]>Dekabrın 3-ü Beynəlxalq Əlillər günüdür. Bu günün fiziki məhdudiyyətli insanların günü kimi qeyd olunması barədə qərar 1992-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edilib.
Əlil kimdir: Müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya üzrə əlilliyi olan şəxslərin sayı əhali tərkibinin 10 faizi qədərdir.
1
Azərbaycanda əlillər nə qədər sosial müavinət alır?
Rəsmi rəqəmlərə görə, Azərbaycan əhalisinin 6 faizi, yəni əhalinin 620 minə yaxını fiziki məhdudiyyətlidir. Onlara əlillik dərəcəsinə uyğun sosial müavinətlər verilir.
Bu rəqəmlər isə ölkə üzrə yaşayış minimumundan 30, 50 və 70 AZN azdır.
Ölkə üzrə yaşayış minimumu 2019-cu il yanvarın 1-dən 180 manat müəyyən edilib.
Azərbaycan 2008-ci ilin oktyabrında BMT-nin “Fiziki çətinliyi olan insanların hüquqları haqqında” Konvensiyaya qoşulub.
Konvensiya nəyə yönəlib: Bu sənə sağlamlıq imkanları məhdud olan şəxslərin;
2
Əlilliyi olan şəxslər əlil arabası ilə təmin olunmaq üçün hara və hansı sənədlərlərlə müraciət etməlidir?
Bunun üçün şəxs qeydiyyatda olduğu xəstəxanaya müraciət edib oradan Forma 88 tərtib etdirdikdən sonra elektron şəkildə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ötürülür. Sonra isə Tibbi-Sosial-Ekspert Komissiyası əlil arabasının verilməsi üçün tibbi göstəriş verir. Sonda vətəndaş şəxsiyyət vəsiqəsi ilə Protez Ortopedik Bərpa Mərkəzinə yaxınlaşıb növbəlilik əsasında əlil arabası ilə təmin olunur.
3
Əlillik vəziyyətinin qiymətləndirilməsi üçün şəxs hara müraciət etməlidir?
Bunun üçün şəxsiyyət vəsiqəsi və Tibbi-Sosial-Ekspert Komissiyasının və ya müalicə müəssisəsinin göndərişini təqdim etməlidir. Həmin göndərişdə şəxsin hansı bərpa mərkəzinə müraciət etməli olduğu qeyd olunur. Bərpa mərkəzi şəxsin növbəsi çatdıqda özü məlumat verir.
The post Azərbaycanda neçə əlil var və onlar nə qədər müavinət alır? appeared first on Mikroskop.

]]>Bu gün İlham Əliyev Nazirlər Kabinetinin yeni strukturunu təsdiqləyib. Bununla da nazirliyin şöbələrindən bəziləri ləğv olunub, bəzilərinin adları dəyişdirilib. Yeni strukturdakı vəzifə təyinatları ilə bağlı hələ ki, məlumat açıqlanmayıb.
Köhnə strukturla müqayisədə Nazirlər Kabinetində nə dəyişib?
Baş Nazirin katibliyi
Baş Nazirin birinci müavinin xidməti
Baş Nazirin müavinlərinin xidməti
Nazirlər Kabineti Aparatının rəhbərinin xidmətiNazirlər Kabineti Aparatı rəhbərinin müavinin xidmətiHüquq şöbəsi – Hüquq və Qanunvericilik şöbəsiMaliyyə və İqtisadiyyat şöbəsi – İqtisadiyyat şöbəsiHumanitar və Sosial məsələlər şöbəsi iki ayrı şöbəyə bölünüb:
Humanitar məsələlər şöbəsi
Sosial məsələlər şöbəsiBeynəlxalq əlaqələr şöbəsi – Beynəlxalq əməkdaşlıq şöbəsi
Sənayə və energetika şöbəsiRegionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi iki şöbəyə bölünüb:
Aqrar və ekologiya şöbəsi
Regionların inkişafı şöbəsiTəhlükəsizlik və müdafiə məsələləri şöbəsi – Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsiKommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsi iki şöbəyə ayrılıb:
Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsi
Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsi
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi
Ümumi şöbə – yeni yaradılıb
Mətbuat xidməti
İşlər idarəsi
The post Nazirlər Kabinetinin strukturunda nə dəyişib? appeared first on Mikroskop.
]]>Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni strukturunu təsdiqləyib. Bununla da nazirliyin şöbələrindən bəziləri ləğv olunub, bəzilərinin adları dəyişdirilib. Yeni strukturdakı vəzifə təyinatları ilə bağlı hələ ki, məlumat açıqlanmayıb.
Köhnə strukturla müqayisədə Nazirlər Kabinetində nə dəyişib?
Baş Nazirin katibliyi
Baş Nazirin birinci müavinin xidməti
Baş Nazirin müavinlərinin xidməti
Nazirlər Kabineti Aparatının rəhbərinin xidmətiNazirlər Kabineti Aparatı rəhbərinin müavinin xidmətiHüquq şöbəsi – Hüquq və Qanunvericilik şöbəsiMaliyyə və İqtisadiyyat şöbəsi – İqtisadiyyat şöbəsiHumanitar və Sosial məsələlər şöbəsi iki ayrı şöbəyə bölünüb:
Humanitar məsələlər şöbəsi
Sosial məsələlər şöbəsiBeynəlxalq əlaqələr şöbəsi – Beynəlxalq əməkdaşlıq şöbəsi
Sənayə və energetika şöbəsiRegionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi iki şöbəyə bölünüb:
Aqrar və ekologiya şöbəsi
Regionların inkişafı şöbəsiTəhlükəsizlik və müdafiə məsələləri şöbəsi – Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsiKommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsi iki şöbəyə ayrılıb:
Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsi
Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsi
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi
Ümumi şöbə – yeni yaradılıb
Mətbuat xidməti
İşlər idarəsi
The post Nazirlər Kabinetinin strukturunda nə dəyişib? appeared first on Mikroskop.
]]>Bu gün hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının iclası keçirilib. İclasda partiya növbədəkənar parlament seçkilərinin keçirilməsi barədə qərar verib. Bu partiyanı təmsil edən deputatlara da tövsiyə olunub ki, onlar parlamentin buraxılması ilə bağlı ölkə prezidentinə müraciət etsinlər.
1
Bəs parlament hansı hallarda buraxıla bilər?
Parlamentin təklif olunan formada buraxılması Konstitusiyanın 98.1-ci maddəsinə uyğun gəlmir. Həmin maddədə Milli Məclisin buraxıla biləcəyi hallar belə sıralanır:
Milli Məclisin eyni çağırışı 1 il ərzində 2 dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə;
Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri prezident iki dəfə təqdim etdikdən sonra, qanunla nəzərdə tutulan vaxtda müəyyən etməyəndə;
Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini icra etməyəndə ölkə başçısı parlamenti buraxa bilər.
Yəni parlament hər hansı bir səbəbdən 95-ci (Milli Məclisinin həll etdiyi məsələlər ) və 96-cı ( Qanunvericilik təşəbbüsü hüququ) maddələri, həmçinin 97-ci ( Qanunların imzalanmaq üçün təqdim olunması müddəti ) maddənin müəyyən bəndlərindəki funksiyasını icra edə bilməməlidir.
2
Parlamenti ən qısa vaxtda necə buraxmaq olar?
1. Hazırkı Konstitusiyaya əsasən parlamenti buraxmağın ən tez yolu 95-ci maddənin 5-ci hissəsinə uyğun davranmaqdır. Bunun üçün Prezident parlamentə “təcili” elan edilən bir qanun lahiyəsi göndərməli və parlament də bu layihəni 20 gün ərzində səsverməyə qoymamalıdır. 20 gün sonra prezident Sərəncam qəbul edərək parlamenti buraxa bilər.
2. Azərbaycan Milli Məclisində 125 yer var və hazırda 118 deputat fəaliyyət göstərir. Parlamentin iclasının səlahiyyətli hesab olunması üçün ən azı 83 deputat iştirak etməli və səsvermədə 63 və ya 83 səs çoxluğu ilə qərarlar qəbul etməlidir. Parlamentdəki partiyalar arasında səs çoxluğu hakim Yeni Azərbaycan Partiyasından olan deputatlardadır və onlar kütləvi istefa verərsə bu say aşağı düşəcək və işləməyəcək. Bu da o deməkdir ki, 98. 1-ci maddədəki səlahiyyəti icra etmək hüququ Prezidentə keçir.
3. YAP-ın prezidentiə müraciəti əsasənda parlamentin buraxılması Konstitusiyada nəzərdə tutulmadığına görə, bu, qanuna ziddir.
3
Növbədənkənar parlament seçkisi keçirilsə, onun səlahiyyət müddəti neçə il olacaq?
Konstitusiyanın 98. 1-ci maddəsinin II hissəsində deyilir ki, növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Amma bu müddət 5 ildən çox ola bilməz. Konstitusiyaya görə, bu halda Milli Məclisə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.
4
Seçkilər hansı halda keçirilə bilməz ?
Qanunla nəzərdə tutulan bir neçə hal var ki, həmin vaxt ölkə ərazisində seçki və ya referendum keçirilə bilməz. Bu hallar:
The post YAP-çı deputatların təklifi ilə parlament buraxıla bilərmi? İzah edirik! appeared first on Mikroskop.

3. YAP-ın prezidentə müraciəti əsasında parlamentin buraxılması Konstitusiyada nəzərdə tutulmadığına görə, bu, qanuna ziddir.

]]>Azərbaycanda bu ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə 118 qadın ailədaxili şiddətə məruz qalıb. Onlardan 33-ü həmin şiddət nəticəsində dünyasını dəyişib. Digər 85 qadın isə ailə üzvü və yaxınları tərəfindən ya döyülüb, ya da bıçaq, balta, küt alət və çəkiclə vurulub, yandırılıb və müxtəlif cür xəsarət alıblar.
Oktyabrın 20-də Bakıda bir qrup ictimai fəal son günlər artan qadın cinayətlərinə etiraz yürüşü keçiriblər.
Onların şüarlarında biri “Qadın cinayətləri siyasidir” olub. Niyə deyirlər ki, qadın cinayətləri siyasidir? Bunu nə ilə əsaslandırırlar? Dövlət bu sahədə hansı işlər görməlidir? Mikroskopun suallarını hüquqşünas Zaur Qurbanlı cavablandırıb.
1
Niyə deyirlər ki, qadın cinayətləri siyasidir?
Çünki digər insan hüquqları kimi qadın hüquqları da siyasi məsələdir. İnsan hüquqlarının, o cümlədən qadın hüquqlarının pozitiv öhdəlik olaraq təmin edilməsi, neqativ öhdəlik olaraq isə həyata keçirilməsinə mane olmamaq dövlətin borcudur. Qadın hüquqlarının təmin edilməsi sahəsində dövlətin xeyli pozitiv öhdəlikləri var. Hazırda vəziyyətin ağırlığını nəzərə alaraq, dövlət çox iş görməlidir – mühafizə orderləri verməli, sığınacaqlar təşkil etməli, dövlət qulluğunda təmsilçiliyin cinsi bərabərlik əsasında təşkil edilməsinə maksimum nail olmalıdır, lazım gəlsə, minimum qadın işçi kvotası qoymalıdır və s.
Hər hansı bir məsələdə məsələdə dəyişikliyə nail olunmasının dövlətə münasibətdə iki yolu var – maariflənmə və dövlətin həyata keçirdiyi islahat. Adətən, maariflənmə dövlət tədbirlərinə uduzur, çünki siyasi hakimiyyət əldə etmədikcə maarifçilərin resursları az olur. Xüsusilə də, əgər dövlət onlara qarşı əks təbliğat aparırsa, məğlubiyyətləri qaçılmaz olur. Maarifçilik o zaman qalib gəlir ki, bu ideyalar hakimiyyətdə təmsil olunsun. Yəni, bütün cəmiyyəti əhatə edən dəyişikliklər siyasi hakimiyyət tərəfindən dəstəklənmədikcə, onların həyata keçirilməsi ehtimalı azalır. Ona görə də qadın hüquqlarının təmin olunması, qadınlara qarşı cinsi ayrıseçkilik zəminində törədilən cinayətlərin azaldılması və qarşısının alınması məhz dövlətin vəzifəsidir və dövlət bunları etmədikcə ciddi nəticə əldə olunmayacaq.
2
Məişət zorakılığı törədənlərin cəzalandırılması necə olmalıdır? Qanunvericilikdə hansı dəyişikliklər lazımdır?
Bu sahədə dövlətin görməli olduğu əsas işlərdən biri məişət zorakılığının kriminallaşdırılmasıdır. Belə ki, 2009-cu ildə Cinayət Məcəlləsindən 132-ci – döymə maddəsinin çıxarılması nəticəsində faktiki olaraq, qadınlara qarşı zorakılıq edənlərin əl-qolu daha da açılıb. Hazırda döymə nəticəsində zərərçəkmişin sağlamlığında ağır, az ağır və ya yüngül zərər meydana gəlməyibsə, əməldə cinayət tərkibi olmur.
Məsələn, qəsdən adamöldürmə cinayətinin törədilməsi həm o zaman “sadə adamöldürmə” kimi tövsif olunur ki, bu, qısqanclıq zəminində, məişət zorakılığı motivi ilə törədilsin (təbii ki, bu zaman 120.2-ci maddədə nəzərdə tutulan ağırlaşdırıcı hallar olmamalıdır). Halbuki məişət zorakılığı motivi həm qəsdən adamöldürmə cinayətində, həm sağlamlığa zərərvurma cinayətlərində, həm işgəncə və qeyri-insani rəftar cinayətində və digər bu kimi cinayət əməllərində ağırlaşdırıcı hal olaraq, nəzərə alınmalı, qanunvericiliyə müvafiq əlavə və dəyişikliklər edilməlidir.
Ərinin 20 bıçaq zərbəsi ilə öldürdüyü Leyla Məmmədovanın ailəsi onu 5-ci sinifdən etibarən təhsildən kənarlaşdırıb.
3
Valideyn övladını təhsildən yayındırırsa, dövlət nə etməlidir?
Azərbaycan qanunvericiliyinə görə dövlət icbari orta təhsili təmin etməlidir. Yəni, dövlət hər bir vətəndaşına orta məktəbin 1-9-cu siniflərini əhatə edən təhsili verməlidir. Amma bu vəzifəni kimin görməli olması, bu məcburiyyətin həyata keçirilmə proseduru, bu vəzifəni yerinə yetirməməyə və ya yerinə yetirilməsinə mane olmağa görə məsuliyyət nəzərdə tutulmayıb.
Yaxud , Azərbaycan qanunvericiliyinə görə övlada baxmaq, onun qayğısına qalmaq, inkişafını təmin etmək hər bir valideynin borcudur. Amma, bu vəzifəsini yerinə yetirməyən valideynə qarşı hər hansı məsuliyyət tədbiri, cəza prosedur nəzərdə tutulmayıb.
İnsanların qız övladlarını təhsildən kənarlaşdırmasına gəlincə, bunun səbəbləri müxtəlifdir. Başlıca səbəbi korrupsiyanın tüğyan etdiyi, cəngəllik qanunları ilə idarə olunan cəmiyyətə “ailənin namusu” sayılan fərdlərin buraxılmamasıdır. Təbii ki, korrupsiya və digər problemlər bu əmələ haqq qazandırmır. Valideynlər özlərinin həm hüquqi, həm də mənəvi vəzifələri olan övladlarını təhsillə təmin etmək vəzifəsini icra etməlidirlər. Valideynlərin belə davranmasının digər səbəbi də patriarxal düşüncədə, cəmiyyətin liberal-demokratik əsaslarla formalaşa bilməməsindədir.
4
Dünya təcrübəsində təhsildən kənarlaşdırma ilə mübarizə necədir?
Dünya təcrübəsində qısamüddətli, pozitiv diskriminasiya nəzərdə tutan fövqəladə tədbirlər kimi bir çox üsullar görmək olar. Lakin, problemin əsas çıxış yolu bundadır;
Saxta olmayan seçki nəticədə onlar öz seçiciləri, o cümlədən 51%-dən çox seçici – qadınlar qarşısında məsul olacaqlar. Digər çıxış yolları vətəndaş cəmiyyətinə təzyiqlərə son qoyulmasında, bununla da vətəndaş cəmiyyətinin həm də qadın hüquqları sahəsində təşkilatlanmasında, paralel olaraq, dövlətin də öz vəzifələrini yerinə yetirməsində, yuxarıda sadalanan və digər təcili tədbirlərin həyata keçirməsindədir.
The post Qadın cinayətləri niyə siyasidir? İzah edirik! appeared first on Mikroskop.

]]>Noyabrın 15-dən etibarən İranda etirazlarçılara qarşı zorakılıqla müşayiət olunan aksiyalar başlayıb. Səhəri gün isə ölkədə internetə çıxış kəsilib və İran İnsan Haqları (Iran Human Rights) təşkilatının rəhbəri Mahmud Əmiri-Mogaddam bildirib ki, internetin tamamilə kəsilməsi İran hakimiyyətinin etirazçılara qarşı daha çox zorakılıq tətbiq etmək planlarının göstəricisidir.
Etirazlar niyə başlayıb: İranda etiraz aksiyasının başlamasının əsas səbəbi yanacağa tətbiq olunan subsidiyaların azaldılması, benzinin qiymətinin bahalaşmasıdır. Benzinin qiymətinin bahalaşmasına səbəb isə ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyadır. İranın Ali dini lideri Ayətullah Əli Xameneyi isə hökumətin benzinin qiyməti ilə bağlı qərarını dəstəkləyib. O, etirazçıları əks-inqilabçılar və İranın xarici düşmənləri tərəfindən zorakılıq törətməyə təhrik edilən “quldurlar” adlandırıb.
Hansı əraziləri əhatə edir: Etirazlar noyabrın 15-də bir neçə şəhərdə başlayıb və tədricən ölkənin digər şəhərlərinə yayılıb. Ölkə əyalətlərinin təxmini 70%-ni əhatə edib ki, bura Azərbaycan türklərinin, ərəblərin, türkmənlərin, kürdlərin, farsların yaşadığı ərazilər də daxildir.
İran kimi günahkar hesab edir: İran həmişəki kimi ABŞ-ı günahlandırır. ABŞ İrandan Nüvə proqramı sahəsində şəffaflığı təmin etməsini tələb edir. İran da bu sahədə şəffaflığı təmin edəcəyini bildirsə də, hərbi doktrinasına görə, hərbi obyektəri xarici ölkələrin üzünə aça bilməyəcəyini bildirir.
Lakin, ABŞ tələbindən əl çəkməyərək İrandan həmin sahələri açmasını istəyir. ABŞ bu tələbini İranın dediyi sahələrdə atom silahının hazırlanması ilə bağlı məsələlər gizlənməsi ilə əsaslandırır. Bu tələbi yerinə yetirmədiyinə görə də ABŞ İrana qarşı, xüsusilə neft-qaz sahəsinə qarşı sanksiya tətbiq edib. Çünki İranın iqtisadiyyatının əsasını neft və qazdan əldə olunan gəlirlər təşkil edir.
Hazırda vəziyyət nə yerdədir: Hazırda İranda güc strukturları vəziyyətə nəzarət edirlər və get-gedə etiraz aksiyaları yatırılır. Eyni zamanda insan hüquqları təşkilatı “Amnesty International”ın yaydığı məlumata görə, aksiyalarda 100-dən çox adam ölüb. Qeyri-rəsmi məlumatlarda deyilir ki, 1000-dən çox aksiya iştirakçısı həbs olunub. İran hökumətinin sözçüsü Əli Rəbii isə noyabrın 18-də mətbuat konfransında deyib ki, iğtişaşlar ötən günlə müqayisədə 80%-dən çox səngiyib.
Ə.Rəbiinin sözlərinə görə, bir sıra cüzi məsələlər qalıb və bir-iki günə tam həllini tapacaq:
Benzinin qiymətinin bahalaşmasından sonra öz məişət durumundan nigaran olan İran vətəndaşları haqlı olaraq dinc etirazlar ediblər. Amma bəziləri bu vəziyyətdən sui-istifadə edərək bankları və yanacaq doldurma məntəqələrini yandırıb, qaz və digər infrastrukturlara ziyan vurublar.
Bundan sonra həbslər və bəyanatların başlanacağı gözlənilir. Eyni zamanda etirazların tamamilə dayanmadığı və davamının olacağı da istisna olunmur.
Neft ehtiyatına görə dünyada 4-cü olan İran, benzinin qiymətinin ən ucuz olduğu ölkələrdən biridir.
O, həmçinin dünyanın ən böyük neft ixracatçılarındandır.
The post İrandakı etiraz aksiyaları ilə bağlı nələri bilir, nələri bilmirik? appeared first on Mikroskop.

Dünya təcrübəsində təhsildən kənarlaşdırma ilə mübarizə necədir ?
Dünya təcrübəsində qısamüddətli, pozitiv diskriminasiya nəzərdə tutan fövqəladə tədbirlər kimi bir çox üsullar görmək olar. Lakin, problemin əsas çıxış yolu bundadır;
Saxta olmayan seçki nəticədə onlar öz seçiciləri, o cümlədən 51%-dən çox seçici – qadınlar qarşısında məsul olacaqlar. Digər çıxış yolları vətəndaş cəmiyyətinə təzyiqlərə son qoyulmasında, bununla da vətəndaş cəmiyyətinin həm də qadın hüquqları sahəsində təşkilatlanmasında, paralel olaraq, dövlətin də öz vəzifələrini yerinə yetirməsində, yuxarıda sadalanan və digər təcili tədbirlərin həyata keçirməsindədir.
The post Qadın cinayətləri niyə siyasidir? İzah edirik! appeared first on Mikroskop.
]]>Bir neçə gün əvvəl Almaniyada saxta sənədlə bu ölkəyə mühacirlərin gətirilməsində ittiham edilən bir neçə azərbaycanlı saxlanılıb. Bu hadisədə Müsavat Partiyasının da adı hallanır və iddia edilir ki, partiya bu ölkədə sığınacaq almaq istəyən azərbaycanlılara partiya bileti verib. Partiyanın başqanı Arif Hacılı isə bu ittahmın böhtan olduğunu və həqiqəti əks etdirmədiyini deyir.
Çoxu isə düşünür ki, həmin ərəfədə Almaniyadan 60-a yaxın azərbaycanlının da deport olunmağı bununla bağlıdır. Bəs əslində bu deportun “saxta sənəd işi”nə qədər aidiyyatı var? Almaniyada sığınacaq ala bilməyən mühacirlərin deport prosesi necə baş tutur?
Almaniyada yaşayan Elmin Həsənli Mikroskopun suallarını cavablanıdırıb.
1
Sığınacaq üçün rədd cavabı necə verilir və ilk addım nə olur?
Sığınacaq istəyi rədd edilən şəxslər Almaniyanı tərk etməlidirlər. Bunu Almaniya qanunvericiliyi tələb edir. Amma həmin adamları dərhal ölkədən çıxarmırlar. Mühacirlərə işdən asılı olaraq 14 və ya 30 gün ərzində məhkəməyə şikayət etmək haqqı verilir. Qaçqınlar və Miqrasiya Federal İdarəsinin (BAMF) verdiyi mənfi cavabdan sonra mühacir statusu almaq istəyən şəxsin yerli inzibati məhkəməyə şikayət etmək hüququ var. Həmin məhkəmənin qərarı çıxana qədər o insanı ölkədən çıxara bilməzlər.
2
Proses neçə gün və ya neçə ay çəkir?
Məhkəmənin qərarı çıxana qədər bələdiyyələrin nəzdində olan Əcnəbilər idarəsi sığınacaq üçün müraciət edənləri 6 ay müddətinə şəxsiyyəti təsdiq edən və Almaniyada sərbəst hərəkət etmək icazəsi verən sənədlə təmin edir. 6 ay ərzində məhkəmə qərar çıxarmasa, sənədin vaxtı yenidən 6 aylıq uzadılır. Son illərdə bu proses iki ilədək çəkir. Əgər məhkəmə BAMF-ın qərarını haqlı sayarsa, yenidən apelyasiya şikayəti vermək mümkündür. Bu proses də orta hesabla 2-3 ay çəkə bilir. Apelyasiya məhkəməsi də qərarı qüvvədə saxlasa, ikinci prosesin açılmağı üçün BAMF-a müraciət etmək olar.
İkinci proses o halda açılır ki, ərizəçinin işi ilə bağlı yeni sübutlar ortaya çıxıb və yaxud situasiya dəyişib. Bütün bu proseslər yekunlaşdıqdan sonra əcnəbilər idarəsi ərizəçinin işini deportasiya və geri qayıdış işlərinə baxan şöbəyə yönləndirir. Ərizəçiyə məktub göndərilir və idarəyə çağrılır. İdarədə ona könüllü şəkildə geri qayıtması, geri qayıdış üçün mövcud olan maddi yardım paketləri təklif olunur.
Əgər ərizəçi könüllü qayıtmaqdan imtina edərsə, onun ölkəyə qaytarılması üçün heç bir maneə mövcud deyilsə, ərizəçiyə məktubla xəbərdarlıq edilir və 2 həftə vaxt verilir ki, hazırlaşsın. Həmin 2 həftəlik müddət bitəndən sonra əcnəbilər idarəsinin işçiləri polislə birlikdə ərizəçiyə əvvəlcədən xəbərdarlıq etmədən onun ünvanına gəlir və geyim əşyalarını, vacib olan digər şeyləri toplamaq üçün bir neçə dəqiqə vaxt verirlər.
3
Deportasiya prosesi necə həyata keçirilir?
Əksər hallarda deportasiyalar çarter reysləri ilə həyata keçirilir. Bu həm ucuz başa gəlir, həm də prosesi daha asan edir. Bəzi ölkələr çarter reyslərini qəbul etmədiyinə görə, o ölkələrə deportasiya prosesi zəif gedir.
Çarter reysinin vaxtı müəyyən olunduqdan sonra uçuş gününə qədər deport olunacaq şəxslər ayrıca qapalı kamplarda saxlanılır. Sonra isə polisin müşayiəti ilə geri qaytarılma prosesi baş tutur. Bu yaxınlara qədər Azərbaycana deportasiyanı əsas “Germania” hava yollarına məxsus çarter reysi ilə həyata keçirirdilər. Həmin şirkət iflasını elan etdiyi gün Azərbaycana olan deport baş tutmamışdı.
Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, son günlərdə yayılan “azərbaycanlıları Almaniyadan kütləvi şəkildə deport edirlər” tipli xəbərlərin heç bir əsası yoxdur. Heç bir kütləvi deportdan söhbət gedə bilməz. Bu proses mütəmadi olaraq gedir. O doğrudur ki, son illərdə Almaniyada yaşamaq icazəsi olmayanların geriyə göndərilməsini sürətləndirmək üçün qanunlarda dəyişiklər edilib, amma bunun özü də statistik olaraq ciddi dəyişikliyə gətirib çıxarmayıb.
Noyabrın 14-də Azərbaycana baş tutan deportasiyanın Almaniya prokurorluğunun və polisinin apardığı “Saxta sənəd işi” ilə heç bir əlaqəsi yoxdur. Təbii ki, deport olunanlar içində həmin saxta sənədlər təqdim etdiyinə görə sığınacaq istəyi rədd edilən şəxslərin olması istisna deyil. Yuxarıda da yazıldığı kimi, sığınacaq axtaran şəxslərin sonda deport olunması bir neçə həftənin və ayın içində baş vermir, bütün bu proses bir neçə il çəkir.
The post Azərbaycanlıların Almaniyadan deport olunmasının “Saxta sənəd” həbslərinə nə qədər aidiyyatı var? İzah edirik! appeared first on Mikroskop.

]]>Noyabrın 13-də Almaniyada fəaliyyət göstərən «Leqat» İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və Azərbaycandan gedən daha 6 mühacir saxlanılıb.
Bu barədə məlumatı Almaniyanın “spiegel.de” saytı yayıb.
Nələri bilirik: Əməliyyət Almaniyanın Frankfurt Mein, Köln, Koblenç və Düsserdorf şəhərlərində keçirilib, 13 ev vә obyektә basqın edilib.
“Swr.de” saytı da yazır ki, 2 nəfər həbs olunub. Onlardan birinin dəstənin rəhbəri olduğu bildirilir. 8 şübhəlinin istintaqı aparılır. Onları ən azı 20 nəfəri Azərbaycandan Almaniyaya 3 min – 10 min avro arasında qaçaqmalçılıqda ittiham edirlər.
Meydan TV-nin əldə etdiyi məlumata görə, reyd Ukraynadan Almaniyaya ucuz işçi qüvvəsi aparan dəstəni aşkarlamaq üçün keçirilib. Əməliyyata 180-dən çox polis cəlb olunub. Həmin əməliyyat nəticəsində Azərbaycandan miqrant cəlb edən vətəndaşlar da aşkarlanıb. Saxlanılanlar arasında azərbaycanlı miqrantlara hüquqi dəstək verən şəxslərin olduğu deyilir.
Sabir Rüstəmxanlı nə deyir: Əlövsət Əliyevin qardaşı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Azadlıq Radiosuna danışıb. Deyib ki, qardaşı kimə bacarıbsa, köməyini əsirgəməyib.
Nə üçünsə şübhələniblər ki, Əlövsət Almaniyaya miqrant daşınmasına kömək edib. Guya, qeyri-qanuni şəkildə Azərbaycandan oraya adamlar aparılmasına köməklik göstərib. İndi Azərbaycandan insanlar axıb Almaniyaya gedirlər, hüquqi yardım üçün müraciət edirlər. Əlövsət də kimə bacarırsa, köməyini əsirgəmir.
Başqa kimlər saxlanılıb: Saxlanılanlar arasında Müsavat Avropa Koordinasiya Mərkəzinin sədri İlham Həsən də var. Partiya hələlik araşdırma apardığını deyir.
Siyahı: Almaniyada yaşayan mühacir blogger Həbib Müntəzir saxlananların onda olan siyahısını yayımlayıb.
The post Azərbaycandan Almaniyaya miqrant daşımaqda ittiham edilənlər barədə nələri bilirik? appeared first on Mikroskop.

]]>Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ötən həftə Azərbaycandan daha bir şikayət üzrə qərarını elan edib.
Bu, Respublikaçı Alternativ Partiyasının (ReAL) İdarə Heyətinin üzvü Natiq Cəfərlinin şikayəti ilə bağlıdır. Qərara görə, Azərbaycan hökuməti Natiq Cəfərliyə qarşı Avropa Konvensiyasının 3-cü (işgəncəyə məruz qalmamaq), 5-ci (azadlıq və toxunlumazlıq) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrini pozub. Buna görə də hökumət ona 17 min avro təzminat ödəməli olacaq.
Şikayət nədir: Bu şikayət 2014-cü ildə N.Cəfərliyə cinayət işi açılması, onun hüquq-mühafizə orqanlarında sorğu-sual edilməsi və 2016-cı il avqustunda həbs olunması ilə bağlıdır.
Həmin vaxt N.Cəfərli qanunsuz sahibkarlıq və başqa əməllərdə ittiham edilib. N.Cəfərli 2016-cı il sentyabrın 9-na kimi həbsdə saxlanıb və prokurorun müraciəti əsasında azadlığa buraxılıb.
Bəs indiyədək AİHM şəxslərin siyasi motivlərlə təqibini qadağan edən 18-ci maddənin pozuntusu üzrə Azərbaycanda kimlərin şikayətini tanıyıb?
İlqar Məmmədov (ReAL sədri)
İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.
2018-ci il avqustun 13-də Şəki Apelyasiya Məhkəməsi İ.Məmmədova 2 il sınaq müddəti ilə şərti cəza kəsməklə, onu məhkəmə zalından azadlığa buraxıb.
Rəsul Cəfərov (ReAL üzvü)
R.Cəfərov 2014-cü il avqustun 2-də həbs olunub. Mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma kimi əməllərdə suçlanan hüquq müdafiəçisinə Bakı Ağır Cinayətlər Məhkəməsi 6 il 6 aylıq həbs cəzası kəsib. Hökmdə müəyyən edilən vergini ödədiyinə görə sonradan Bakı Apelyasiya Məhkəməsi bu cəzanı 3 ay azaldıb.
Rəsul Cəfərov 2016-cı il martın 17-də əfv sərəncamı ilə azadlığa buraxılıb.
Zaur Qurbanlı (Keçmiş NİDA üzvü , hazırda ReAl üzvü)
2013-cü ilin aprelində saxlanılan Zaur Qurbanlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib. O, xuliqanlıqda, narkotik vasitələri qanunsuz saxlama, kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlara qatılmaqda ittiham olunurdu.
Z.Qurbanlı 2014-cü ilin dekabrında əfv sərəncamı ilə azadlığa buraxılıb.
İntiqam Əliyev (Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri)
İ.Əliyev 2014-cü ilin avqustunda həbs edilib . Mənimsəmə, vergidən yayınma kimi ittihamlar ilə 7 il 6 ay müddətinə azadlıqadan məhrum edilib.
2016-cı il martın 28-də Ali Məhkəmə İ.Əliyev barəsində real cəza müddətini şərti cəza ilə əvəzləyərək onu həbsdən azad edib.
Anar Məmmədli (SMDT sədri)
A.Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda, vergidən yayınmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib, 5 il 6 ay azadlıqdan məhrum edilib.
O, 2016-cı ildə əfv fərmanıyla azadlığa buraxılıb.
Rəşad Həsənov (Keçmiş NİDA üzvü)
NİDA Vətəndaş Hərəkatının keçmiş üzvü R.Həsənov 2013-cü ilin aprelində həbs edilmişdi. O, digər 7 NİDA üzvü ilə birgə xuliqanlıqda, narkotik vasitələri qanunsuz saxlama, kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlara qatılmaqda ittiham olunaraq 7 il 6 ay azadlıqdan məhrum edilib.
R.Həsənov 2016-cı ilin martında əfv sərəncamı ilə azadlığa buraxılıb.
Üzeyir Məmmədli (Keçmiş NİDA üzvü)
Ü.Məmmədli 2013-cü ilin martında həbs olunub. Onun da ittiham olunduğu maddələr xuliqanlıq, narkotik vasitələri qanunsuz saxlama, kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlara qatılmaq olub və buna görə 7 il müddətinə azadlıqdan məhrum edilib.
2014-cü ilin dekabrında əfv sərəncamı ilə azadlığa buraxılıb.
Rəşadət Axundov (Keçmiş NİDA üzvü)
Rəşadət Axundov 2013-cü ilin martında həbs olunub. 8 il müddətinə azadlıqdan məhrum edilib.
R.Axundov 2017-ci ilin martında əfv sərəncamı ilə azadlığa buraxılıb.
The post Avropa Məhkəməsi Azərbaycanda kimlərin siyasi motivlərlə təqib olunduğu qərarını çıxarıb? appeared first on Mikroskop.

]]>Noyabrın 6-da libertarian aktivist və siyasətçi Mixail Svetovun adı yetkinlik yaşına çatmayan şəxslə münasibətə girmək ittihamı ilə ağır cinayət işində hallandı.
Svetov hazırda istintaqda şahid qismindədir, lakin polis onun evində axtarış aparıb və çərşənbə günü rəsmilər onu 12 saat ərzində dindirib. Bundan əlavə, 2019-cu ilin avqust ayında Rusiyanın federal senzura orqanı olan Roskomnadzor, uşaq pornoqrafiyası hesab etdiyi bir sıra paylaşımlara görə Svetovun İnstaqram səhifəsini (faktiki olaraq blok etmədən) qadağan olunmuş saytların siyahısına əlavə etdi. Mixail Svetov Rusiyanın qeydiyyata alınmayan Libertarian Partiyasının bəlkə də ən görkəmli üzvüdür və o, bu yay Moskvadakı müxalif etirazlarına cavabdeh olan əsas məruzəçilərdən və təşkilatçılardan biridir.
Onun Youtube-dakı kanalının 164.000 abunəsi olan kanalı var və ölkə daxilində yerli polisin tez-tez mane olduğu tədbirlərdə mühazirələr deyir. “Meduza” istintaqda adının hallanması barədə Svetovun nə düşündüyü ilə maraqlanıb. Mikroskop müsahibəni təqdim edir.
Bu barədə ilk reportajı hazırlayan REN TV idi. Sizin əvvəlcədən xəbəriniz var idi?
Hər axşam elektron poçtumu yoxlayıram və [reportaj çıxmamışdan] əvvəlki gecə bununla bağlı heç bir şey yox idi. Ertəsi gün səhər REN TV-yə sızan xəbərlər barədə zənglərlə oyandım. Həmin ana qədər heç nə bilmirdim. Bir neçə dəqiqədən sonra REN TV-nin jurnalistləri artıq dəhlizdə məni gözləyirdilər.
Məhkəmə işinin mühazirələrinizdəki uğurunuza cavab olduğunu deyirsiniz, amma niyə yayda olan mitinqlərdəki rolunuzla əlaqəli hesab etmirsiniz? Axı onlar sizi yaydakı mitinqləri təşkil etdiyinizə görə həbs etmişdilər.
Düşünürəm ki, hamısı boğaza yığılmadan ibarətdir və mühazirə turu son damcı oldu. Libertarianlar həmişə marginallaşdırılıblar; elə göstərirdilər ki, sanki ideyalarımız yalnız paytaxtdakı yenilikçilərə aiddir, ölkənin qalan hissəsi üçün isə həyat tamamilə fərqli olduğundan sırf Moskvaya aid bir hərəkat olduğumuzu göstərməyə çalışdılar. Mən də açıq şəkildə gedib bütün ölkənin mənim fikirlərimlə maraqlandığını göstərdim. [Hökumət nümayəndələri] vacib nəyinsə əldən getməyinə icazə verməyəcəklərini başa düşdülər və buna görə də indi mənə hücum edirlər.
Yüzlərlə insan mühazirələrinizdə iştirak etdi, lakin həmin mühazirələr yüz minlərlə insanın yaşadığı regional şəhərlərdə təşkil olunmuşddu. Bunu nəzərə alsaq, iştirak səviyyəsi o qədər də təsiredici görünmür. Hökumət nümayəndələri niyə qorxsun ki?
Vacib olan rəqəmlərin deyil, marağın artmasıdır. Bir il yarım əvvəl Moskvada 150 nəfərlik bir salon doldurmaq yaxşı iştirakçılıq səviyyəsi olardı. Bu gün Moskovadan 1165 km uzaqda yerləşən bir şəhər – Ufada 250 nəfəri bir yerə yığıram və bu, üç saatlıq fəlsəfi mühazirə üçündür! Bu rok konserti və ya film deyil, qatı intellektual məzmun deməkdir. Dünyada belə uğur qazanmağı bacaran çox az adam var və mən bunu bacardım.
Amma bu mühazirələrdə təhlükəli olan nədir axı?
Mən fikirlər yayıram, gələcəyə baxış təklif edirəm və obyektiv siyasi səbəblərə görə ölkəmizin yoxsul olduğunu insanlara açıq şəkildə izah edirəm. Ən əsası, mən yalnız indiki hakimiyyətə deyil, daha geniş şəkildə güc fikrinə qarşı mübarizə aparıram. Bu, onlar üçün ən qorxulusudur; bu, onları cinayət perspektivlərindən məhrum edir. Sadəcə parlamentdə yer istəyən bir müxalifətçi ilə sövdələşə bilərsiniz və ölkəni birlikdə qarət etməyə davam edə bilərsiniz. Ancaq mən insanlara gedirəm və güclü nomenklatura kristallaşmasına imkan verməyən bir cəmiyyət izah edirəm. Onlar isə bundan hər şeydən daha çox qorxurlar.
İstintaq hansısa şəkildə Aleksey Navalnının Anti-korrupsiya Fonduna (FBK) qarşı çirkli pulların yuyulması işi ilə əlaqələndirilə bilərmi? Moskvadan kənarda, bir çox libertarian fəal tez-tez Navalnının təşkilatına könüllü olurlar.
Mən heç vaxt şəxsən FBK üçün işləməmişəm və bizi birləşdirən yeganə şey müstəqilliyimiz və Rusiyaya olan sevgimizdir. Mövcud hakimiyyətin nöqteyi-nəzərindən, bu, ən böyük günahdır, buna görə də bütün siyasi subyektiv və müstəqil oyunçulara hücum edirlər. Hər dəfə fərqli bir səbəb ortaya qoyurlar- buna görə heç kim onların hakimiyyətlərini davam etdirməsinə və ölkəni məhv etməklərinə qarışa bilmir.
Şahid qismində dindirildiyiniz cinayət işi, çox güman ki, Anastasiya Starodubovskayanın İnstaqram hesabınızda yerləşdirilən şəkli ilə bağlıdır. İkiniz ilk dəfə tanış olanda o neçə yaşında idi?
Biz onla ilk dəfə 16 yaşında (Rusiyada yetkinlik yaşı hüquqi olaraq 16 yaşdır) əlaqə saxlamağa başladıq. Münasibətimiz haqqında ətraflı açıqlama verib. İstintaq Komitəsi həqiqəti rəsmi şəkildə ortaya qoymağa çalışmır. Hazırda təzyiq birbaşa Nastyaya yönəldilir. [Müstəntiqlər] ona elə iyrənc şeylər deyir ki, onları təkrar etmək istəmirəm. Düşünürəm ki, bu haqda o özü daha çox məlumat verəcək.
Əgər dediyiniz təqib siyasi xarakter daşıyırsa, bəs niyə yetkinlik yaşına çatmayan şəxslə münasibətə girməyinizi araşdıran məmurlar, Rusiyanın ictimai məclis nizamnamələrini dəfələrlə pozduğunuza görə sizi mühakimə etmirlər?
[Hökumət nümayəndələri] hesab edir ki, ittihamlar açıq şəkildə siyasi olmaq əvəzinə “çirkli” olduğu təqdirdə vətəndaş cəmiyyəti müdafiəmə daha az həvəsli olacaq. Xoşbəxtlikdən, bu işə yaramır. İşin sırf siyasi olduğu hər kəsə aydındır.
Dindirilmə zamanı siyasətlə bağlı suallar var idi?
Bəli, əksəriyyəti siyasətlə bağlı idi. Və bu sualların çoxunu Nastyaya da verdilər.
Müxalifətin yaydakı mitinqlərində iştirakına görə ağır ittihamlarla üzləşən Eydır Qubaydulın həbsxanaya düşməmək üçün Rusiyadan qaçmağa qərar verdi. Simpatiya bəsləyirsiniz?
Anlaşılandır, amma mən (Svetov 2016-cı ilə qədər Yaponiyada işləyib) Rusiyaya yenidən tərk etmək üçün qayıtmamışam. Rusiya üçün mübarizəyə davam edəcəm və ümid edirəm ki, Rusiya mənim üçün mübarizəyə davam edəcək.
Bu işin necə bitəcəyini gözləyirsiniz?
Hazırda hər şeyin hansı istiqamətə yönəldiyini ehtimal etməyə qorxuram. Siyasi işlərin öz yolu var.
Tərcümə etdi: Bilal Ashrafov, @bllshrfv
The post Libertarian fəal Mixail Svetov: “Ümid edirəm ki, Rusiya mənim üçün mübarizəyə davam edəcək”. appeared first on Mikroskop.

]]>