Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatını maliyələşdirməni kəsəcəyi ilə hədələyir. Reuters yazır ki, prezident bu barədə qurumun baş direktoru Tedros Adan Gebreyesusa göndərdiyi məktubda deyib.
O bildirir ki, ABŞ bu qurumu maliyyələşdirməyi birdəfəlik dayandıra və üzvlüyə yenidən baxa bilər. Tələbi isə ÜST-ün Vaşinqtonun istədiyi islahatlara zəmanət verməyidir. Prezident hesab edir ki, ÜST və onun rəhbərliyinin səhvləri dünyaya çox baha başa gəlib və təşkilat Çindən asılı olmadığını göstərməlidir.
Donald Tramp aprel ayında bu quruma ayrılan ianələri dayandırıb. Prezident o zaman təşkilatı Çinin pandemiya haqda “dezinformasiya”sını təbliğ etməkdə ittiham edib.