Çərşənbə, 30 Dekabr 2020
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
Nəticə yoxdur
Bütün nəticələri göstər

Azərbaycanda 18 məhbus koronavirusa yoluxub

10 İyul 2020
Azərbaycanda 18 məhbus koronavirusa yoluxub

Cəzaçəkmə Müəssisəsi.Foto:Azadliq.org

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin bir neçə Cəzaçəkmə Müəssisəsində COVİD-19 əlamətləri olduğu deyilir.

Bu barədə Məhbus Ailələrinin Koordinasiya Mərkəzinin koordinatoru Zəfər Əhmədov məlumat yayıb. O, bildirib ki,14 saylı CÇM-də 18 məhbusda koronavirus əlamətləri var:

Neçə gündür məhbuslara iynə vurulur, halları get-gedə pisləşir. İyunun 9-da Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən gəlib analizlər götürüblər. Bu saatlarda zonda narahatlıq panika səviyyəsindədir”.

2 saylı CÇM-də də məhbusların yoluxması barədə məlumat yayılıb.

Azadlıq qəzetinin əməkdaşı Təzəxan Mirələmli Facebook statusunda yazıb ki, həmin müəssisəsində vəziyyət gərgindir,qızdırmalı xəstələrin sayı get-gedə artır.

TƏBİB-in nümayəndəsi CÇM-də olub, cəmi 25 nəfər sağlam məhbusdan test götürülüb. Yəqin xəstəlik yoxdur deyəcəklər. Qızdırmalı xəstələrin sayı 500 nəfərdən artıqdır. Bütün məhbuslar bir həkimin ümidinə qalıblar. Verilən dərman isə təkcə “parasetomol”dur. Məlumat dəqiqdir, qardaşımla indicə danışmışam, dünəndən onun da qızdırılması var, nəfəs almasında çətinlik var”

deyə T.Mirələmli bildirib.

T.Mirələmli eyni vəziyyətin 4 saylı qadın cəzaçəkmə müəssisəsində də 20-ə yaxın məhbusun qızdırma, öskürək, halsızlıqdan əziyyət çəkdiyini yazıb:

4 saylı CÇM qeyri-rəsmi olaraq qapalı həbsxana kimidir. Məhbusların ailələri ilə əlaqə yaratmağa məhdudiyyət qoyulub. Ona görə məhbusların yaxınları həddindən çox narahatdırlar”.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində bildirib ki, Azərbaycanda 3 Cəzaçəkmə Müəssisəsində 18 nəfər koronavirusa yoluxub:

12 saylı CÇM – 11 

14 saylı CÇM – 5 

4 saylı CÇM – 2 

18 nəfərdən 2-i müalicə olunmaq üçün şərti azadlığa buraxılaraq TƏBİB-ə təhvil verilib. Digərləri izolyasiya edilib və müalicəsi davam edir.

Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia