Bazar ertəsi, 20 Mart 2023
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
No Result
View All Result

Müharibədə evi dağılan vətəndaş: “Mərmi dəyməyən evi yenidən tikirlər amma mənim kompensasiyamı ödəmirlər”

06 May 2021
Müharibədə evi dağılan vətəndaş: “Mərmi dəyməyən evi yenidən tikirlər amma mənim kompensasiyamı ödəmirlər”

Nəriman İsmayılovun evi dağıntılardan sonra. Foto: mikroskop media

Nəriman İsmayılovun evi 8 oktyabrda Ermənistan Silahlı Qüvvələrinin atdığı top mərmisi nəticəsində dağılıb. O gündən bəri hələ də onunla heç kimin maraqlanmadığını deyən zərərçəkən bildirir ki, Ağdam Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də, problem həllini tapmayıb.

Bu evdə yoldaşım və oğlumla birgə yaşayıram. Yağış yağanda bu sökük evdə əziyyət çəkirik. O vaxt ata-baba torpağımızı qoyub getməmişdim.  Bəlkə də getsəydim, indi əlimdə işim də olardı. İş yox, bircə evim vardı, onu da ermənilər vurub dağıtdı. Mal-qaram tələf oldu. Qurumlar məni artıq 6 aydır ki yubadırlar. Müharibə dövründə mülki əhaliyə dəyən ziyan üçün dövlətin ayırdığı vəsaitdən də məhrum olmuşam. Komissiya evim barəsində akta nə yazıb, nə edibsə, zərərçəkmişlərə verilən pulu da ala bilməmişəm. Tikinti işlərini də aparmırlar. Uçuq-sökük evdə qalmışıq.

Nəriman İsmayılov

Sarıcalı Kənd sakini evə baxış üçün gələn Dövlət Komissiyasının akta yalnız evin dağılan hissələrini yazdığını, lakin mal-qarasına və digər yerlərə  dəyən ziyanı qeyd etmədiyini deyir.

Nəriman İsmayılovun evi dağıntılardan sonra. Foto: mikroskop media

Dövlət qurumlarından əlavə heç nə istəmirəm, mənə nə ziyan dəyibsə, onu ödəsinlər. Komissiya gələndə biz müharibədən təzə çıxmışdıq. Akt yazıldı, mən də kağızı oxumadan imzaladım. Sən demə, sənəddə dəyən ziyanı az miqdarda yazıbmışlar. İndi də deyirlər ki, kağızda nə qeyd olunubsa, odur. Axı evimin necə vəziyyətdə olduğu göz qabağındadır. Qalmışıq belə pis vəziyyətdə. Ağdam Rayon İcra başçısı və müavinləri deyir ki, bizlik heç nə yoxdur.  Bakıdan gələn komissiya aktı yazıb. Əgər  həqiqətən elədirsə, icra hakimiyyətinin xəbəri yoxdursa, necə olur ki, kənddə mərmi dəyməyən evi yenidən tikirlər? Dağılmış ev qalıb kənara, dağılmamış evi tikirlər. İcra Hakimiyyəti niyə buna göz yumur?

Nəriman İsmayılov

Nə baş verib: Azərbaycanla Ermənistan arasında baş verən 44 günlük müharibə dövründə Ermənistan tərəfi Gəncə, Bərdə, Tərtər, Goranboy, Naftalan, Xızı, Ağcabədi şəhərlərinə raket zərbələri endirib. Həmin zərbələr nəticəsində mülki əhaliyə, yaşayış binalarına və qeyri-yaşayış obyektlərinə ziyan dəyib.

Şikayətçi haralara müraciət edib:

  • Ağdam Rayon İcra Hakimiyyəti
  • Fövqəladə Hallar Nazirliyi
  • Kənd Təsərrüfatı Nazirliyi
  • Prezident

Kənd Təsərrüfatı və Fövqəladə Hallar Nazirliyindən gələn cavabda məsələyə baxılacağı yazılıb. Prezidentə göndərdiyi məktub isə cavabsız qalıb.

Rəsmi cavab nə olub: Məsələylə bağlı Ağdam Rayon İcra Hakimiyyəti ilə əlaqə qurmağa çalışsaq da bu, mümkün olmayıb.

Söhbət hansı komissiyadan gedir: İlham Əliyev 44 günlük müharibə dövründə mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılması üçün Sərancam imzalayıb.

Hansı yardımlar nəzərdə tutulur:

  • Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat.
  • Digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 (bir min) manat.
Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

  • Azərbaycan