Çərşənbə, 17 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Media haqqında” qanunun internet televiziyalara lisenziya tələbi niyə absurddur və niyə İnsan Hüquqları Konvensiyasına uyğun gəlmir?

18 İyun 2021
“Media haqqında” qanunun internet televiziyalara lisenziya tələbi niyə absurddur və niyə İnsan Hüquqları Konvensiyasına uyğun gəlmir?

İllustrasiya: mikroskop media

17 iyunda Milli Televiziya və Radio Şurasının yaydığı məlumatda bildirilib ki, “Media haqqında” qanun layihəsində internet televiziya kanallarının lisenziyalaşdırılması sistemi nəzərdə tutulur. Həmçinin 2 şərt qoyulur: internet televiziya kanalı özünün saytından yayım aparmalı və yayım gün ərzində 6 saatdan az olmamalıdır.

Media sahəsi üzrə ekspertlər və hüquqşünaslar düşünür ki, bu layihə Avropa İnsan Hüquqları Konvensiyasına uyğun gəlmir və absurddur.

Uyğunsuzluq nə olacaq: Lisenziya almaq üçün kimsə müraciət etsə və ona lisenziya verilməsə, bunu məhkəmə predmenti kimi irəli sürə bilər. AİHM məsələyə baxacaq və bunun Avropa İnsan Hüquqları Konvensiyasının ifadə azadlığı hüququna zidd olduğunu müəyyən edəcək.

Absurd olan nədir: İnternetdən yayım imkanları limitsiz olduğundan onun lisenziyalaşması tələbi absurddur.

Yekun variantı məlum olmayan layihə ilə bağlı hüquqşünas Xalid Ağaliyev Azərbaycana tanış gəlməyən həll təklif verir. Deyir ki, həm hökumət, həm də vətəndaş cəmiyyəti layihə hazırlasın.

Hökumət hazırladığı qanun layihəsini ortaya qoysun, vətəndaş cəmiyyəti də alternativ layihə hazırlayıb açıqlasın. Sonra hər iki layihə Avropa Şurasının ekspertizasına təqdim olunsun, hansı bəyənilsə, o da qəbul edilsin.

Media eksperti Ələsgər Məmmədli “Facebook” hesabından yazır ki, öz domenində yayım aparan internet kanalının lisenziya almasını nəzərdə tutan qanun layihəsi legitim məqsədə xidmət etmir, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə ziddir:

Bəli, yayım zamanı ümumi hüquqa uyğunluq olmalıdır. Bunu da “Kütləvi informasiya vasitələri” haqqında qanun, cinayət qanunvericiliyi və başqa qanunlar tam əhatə edir. Hər hansı boşluq yoxdur və hətta lazım olduğundan artıq tənzimləmə (məhdudlaşdırma) var.

Hüquqşünas Xalid Ağaliyev deyir ki, qanunda nəzərdə tutulan internet televiziyaları üçün lisenziya tələbi ifadə azadlığından yararlananlara bir əngəl yaradacaq.

Hansısa media qurumu rahatlıqla bir domen alaraq sayt yaradırdı və oradan yayım edirdisə, indi bu qanun nəzərdə tutur ki,  qurum Milli Teleradio Şurasından  lisenziya almalıdır. Təbii ki, bu,  müstəqil və tənqidçi media üçün əlavə maneə, çətinliklər yardacaq.

Nə baş verib: İlham Əliyevin 12 yanvar 2021-ci ildə “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia