Cümə axşamı, 16 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Avropa Birliyi Ermənistana 1,6 milyard, Azərbaycana isə 140 milyon avro vəsait ayırıb

05 İyul 2021
Avropa Birliyi Ermənistana 1,6 milyard, Azərbaycana isə 140 milyon avro vəsait ayırıb

Foto: Yves Herman /REUTERS/ Avropa Birliyinin bayrağı 6 mart 2019 Brüssel

Avropa Birliyi Şərq Tərəfdaşlıq proqramına daxil olan, ancaq assosiasiya sazişi imzalamayan 3 ölkəyə – Azərbaycan, Belarus və Ermənistana Bərpa, Yenidənqurma və İslahatlar adlı yardım proqramını açıqlayıb. Sənəd iyulun 2-də Brüsseldə təqdim edilib.

Bu ölkələr arasında ən az vəsait ayrılan Azərbaycandır – 140 milyon avro.

Eyni proqram çərçivəsində Ermənistana 1,6 milyard, Belarusa isə 870 milyon avro vəsait ayrılıb.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli Mikroskop-a açıqlamasında deyir ki, Azərbaycana ayrılan vəsaitin az olmasının birinci səbəbi dövlət orqanları ilə Avropa Komissiyası arasında razılıq əldə oluna bilməməsidir:

Ermənistanda daha çox bir sıra sosial infrastrukların işlənməsinə pul ayrılır. Bu vəsaitlari nazirliklərə yox, yerli icra strukturlarına- bələdiyyələrə yönləndirilir. Bizdə isə bələdiyyə institutları müstəqil deyil. Onların müstəqil şəkildə hansısa infrastrukların yenidən bərpası, qurulması və s. üçün demək olar ki, səlahiyyətləri yoxdur. Vəsaitlərin ayrılacağı sahə az olanda miqdar da az olur. Bizdə bu sahədə çatışmazlıq var.

A. Məmmədli deyir ki, digər səbəb isə dövlət idarəçiliyində korrupsiyanın Ermənistan və Belarusdan daha yüksək, maliyyə şəffaflığının isə daha aşağı səviyyədə olmasıdır:

Azərbaycanda maliyyə vəsaitlərinin xərclənməsi ilə bağlı şəffaflıq yoxdur. Tenderlər elan olunanda onun detalları, xərclənən vəsaitlərlə bağlı hesabatlar düzgün şəkildə ictimaiyyətə çatdırılmır. Maliyyə şəfafflığı olmadığını bildikləri üçün bizim kimi ölkərə az vəsait ayırırlar.

Ən çox vəsait ayrılan ölkə olan Ermənistanda bu vəsait 5 proqram üzrə xərclənəcək.

Birinci proqram: 30 min kiçik və orta sahibkara 500 milyon avro yardım göstərməyi nəzərdə tutub.

İkinci proqram: Ermənistanın sosial-iqtisadi inkişafı və kommunikasiyalarına dəstək verir. Bu proqramın həyata keçirilməsi üçün ölkənin cənubunda yeni Sisian-Kajaran tunelinin inşasına 600 milyon avro vəsaitin ayrılması nəzərdə tutulub.

Üçüncü proqram: yenilikçi texnologiyalar və elmə dəstək verir.

Dördüncü proqram Ermənistanın cənub bölgələrinin dayanıqlığının gücləndirilməsinə kömək etməyi nəzərdə tutur.Hesabatda Sünik bölgəsinin xüsusilə dəstəyə ehtiyacı olduğu vurğulanır.  Mənzil, infrastruktur, turizm, kənd təsərrüfatı, təhsil, səhiyyə, bərpa olunan enerji və yerli kiçik və orta sahibkarlığa dəstək nəzərdə tutulur. Layihədə bu işlərə 80 milyon avro ayrılması planlaşdırılır.

Sonuncu, beşinci proqram: paytaxta, xüsusən Yerevana aiddir.

Nə baş verib: Avropa İttifaqının Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsü 2009-cu ilin mayında Praqada keçilən seminarda Polşa və İsveç tərəfindən irəli sürülüb. ŞT təşəbbüsü Avropa Qonşuluq Siyasəti çərçivəsində “şərq tərəfdaşları” kimi istinad edilən Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldovanın Aİ ölkələri ilə mövcud əməkdaşlığının ikitərəfli gücləndirilməsini və çoxtərəfli formatda davam etdirilməsini ehtiva edir.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia