Şənbə, 17 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan – Ermənistan sərhədində mümkün toqquşma xronologiyası. Mikroskopun daim yenilənəcək yazısı.

01 Aprel 2024
Reading Time: 3 mins read
A A
Azərbaycan – Ermənistan sərhədində mümkün toqquşma xronologiyası. Mikroskopun daim yenilənəcək yazısı.

İllustrasiya: Mikroskop Media

Azərbaycan – Ermənistan dövlət sərhədində 12 fevraldan 28 fevrala qədər 3 dəfə atəş səsi eşidilib.

12 fevralda dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonu istiqamətində yerləşən mövqelərindən atəş açıldığı xəbəri yayıldı. Atəş nəticəsində azərbaycanlı hərbi qulluqçunun yaralandığı bildirilidi.

Səhəri gün 13 fevralda Azərbaycan tərəfi “Qisas” adlı hərbi əməliyyat keçirib. Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə dağıdılıb. Ermənistan tərəfdən 4 hərbçi həlak olub, 1 nəfər isə yaralanıb.

Mikroskop Media Azərbaycanla – Ermənistan sərhədindəki gərginliyi diqqətdə saxlamaq üçün bu yazını mütəmadi olaraq yeniləyəcək.

23 fevral

Azərbaycan MN-in yaydığı məlumata görə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonundakı mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Məlumatda Azərbaycan MN-in indiyədək heç vaxt səsləndirmədiyi bir cümlə qeyd olunub:

“İki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülməyib”.

24 fevral

Saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin yaydığı həbərdə başqa heç bir məlumat qeyd edilməyib.

28 fevral

Səhər saatlarında Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Ruslan Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Məlumatı Azərbaycan MN yayıb. Qeyd edilib ki, onun tapılması məqsədilə axtarış aparılır.

Biraz sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti hərbçinin saxlanıldığını açıqlayıb.  Ruslan Pənahovun Syünik vilayətinin Teğ icması istiqamətində sərhədi keçdiyi qeyd edilib. Hadisə ilə bağlı cinayət işinin başlandığı açıqlanıb.

29 mart

Sosial Tədqiqatlar Mərkəzi Ermənistanın nəzarətində olan Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi barədə sorğu keçirib. Sorğuda iştirak edənlərin böyük əksəriyyəti yaxın gələcəkdə həmin kəndlərin Azərbaycana təhvil veriləcəyinə inandığını deyib.

  • 95.8% – yaxın gələcəkdə azad ediləcəyinə inanır
  • 3.6% – inanmır
  • 0.6% – cavab verməyə çətinlik çəkib

Sorğu 390 respondent arasında keçirilib.

Biz bu sorğunu niyə bu yazıya əlavə etmişik?

Azərbaycan Xankəndidə keçirdiyi hərbi əməliyyatdan bir qədər əvvəl STM sorğu keçirmişdi. Həmin sorğuda hərbi əməliyyatın keçirilib, keçirilməməsi soruşulmuşdu. Böyük əksəriyyət hərbi əməliyyatların tərəfdarı idi.

Lakin bu sorğu barədə paylaşılan məlumatda da problem var. İctimaiyyətə sorğu zamanı sualın necə qoyuluşu açıqlanmır. Söhbətin hərbi yoxsa sülh yolundan getdiyi məlum deyil.

30 mart

30 martda Azərbaycan hökumətinə yaxın telegram kanalları, Rusiyanın telegram kanallarına istinadla “Ermənistanın Azərbaycanla sərhədə qoşun yerləşdirdiyi barədə xəbərlər” paylaşmağa başladı.

Bu xəbərlər iki video ilə müşayiət edilirdi. Həmin videolarda hərbi texnika və zirehli maşınların olduğu görünürdü. Yer isə Naxçıvanla Ermənistan sərhədi göstərildi.

31 mart

Səhəri gün Azərbaycan Müdafiə Nazirliyi açıqlama paylaşaraq gecə yayılan xəbərləri təsdiqlədi. Məlumatda məkan və ya hər hansısa foto və video paylaşılmayıb.

“Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur”.

Bəyanatda bildirilir ki, “vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcək”.

18:30-da Azərbaycan Müdafiə Nazirliyi növbəti məlumatı paylaşıb.

Nazirlik iddia edir ki, “sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınıb”.

Nazirliyin məlumatında o da qeyd edilib ki, “yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir”.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia