Çərşənbə axşamı, 13 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Qadınların rəhbər olduğu ölkələrdə koronavirusdan ölüm sayı azdır

15 May 2020
Qadınların rəhbər olduğu ölkələrdə koronavirusdan ölüm sayı azdır

Tayvanın prezidenti Tsai İng-wen Foto : Chiang Ying-ying/AP

Qadınların idarə etdiyi Yeni Zelandiya, Almaniya, Tayvan və Norveç kimi bəzi ölkələrdə COVID-19 virusundan ölüm halı daha azdır. Bu ölkələrin liderlərinin qlobal böhranla bağlı tətbiq etdikləri tədbirlər tez-tez təqdir olunur. Forbes jurnalı onların əsl liderlərlik nümunəsi göstərdiyini yazır.

Qadınlar dünyaya insan ailəsini necə düzgün idarə etməyi göstərmək üçün önə çıxıblar

Forbes yazıb.

Qadınlar dünyada dövlət başçılarının yalnız 7%-i təşkil etsələr də, Covid-19 imtahanını uğurla keçənlər arasında onların sayı qeyri-mütənasib dərəcədə çoxdur. 

Bəs bunun səbəbi nədir? 

Tayvanın prezidenti Tsai İng-wen dərhal epidemiya əleyhinə nəzarət mərkəzi təsis edib. Tayvan həmçinin üz maskaları kimi fərdi qorunma vasitələrinin istehsalını artırıb. İndiyədək 24 milyonluq əhalisi olan ölkədə cəmi 7 ölüm faktı qeydə alınıb.

İslandiyanın baş naziri Katrin Jakobsdottir ilk günlərdə kütləvi test keçirilməsini başladıb. 360 000 nəfər əhalisi olan İslandiya yanvarın sonunda 20-dən çox adamın toplaşmasına qadağa qoyub. İndiyədək bu ölkədə koronavirusdan cəmi 10 nəfər ölüb.

Yeni Zelandiyanın baş naziri Jacinda Ardern virusla bağlı ən sərt mövqe tutanlardan biridir. Bir çox ölkələr xəstəliyin yayılma sürətini azaltmağı düşündüyü halda, Ardern infeksiyanın kökünü kəsməyi qarşısına məqsəd qoyub. Ölkədə karantin rejimi elan olunanda 6 ölüm faktı qeydə alınmışdı, indiyədək isə ölənlərin ümumi sayı 21-dir.

Yunanıstanın baş naziri Kyriakos Mitzotakis ölüm hallarının nisbətən aşağı səviyyədə saxlaya bilib. Təxminən 11 milyon əhalisi olan Yunanıstanda 152 ölüm halı qeydə alınıb.

Müqayisə üçün : 60 milyon əhalisi olan İtaliyada bu virusa görə 30 mindən çox insan ölüb. Yunanıstan böhran başlayandan elmi yanaşmaya üstünlük verir, sosial məsafənin gözlənilməsi kimi tədbirlər hələ ilk ölüm halı qeydə alınmamışdan əvvəl tətbiq olunub.

Böhrana daha yaxşı reaksiya verən bu ölkələrin ümumi cəhətləri :

  • Bu ölkələrin inkişaf etmiş iqtisadiyyatı var
  • Burada sosial dəstək sistemi fəaliyyət göstərir
  • Sosial inkişaf göstəricilərinin əksəriyyəti yüksəkdir
  • Fövqəladə hallara daha yaxşı hazır olan güclü səhiyyə sistemlərinə malikdirlər


BMT-nin baş elmi işçisi Gita Rao Gupta qadınların kişilərdən fərqli liderlik dəst-xəttinə malik olduqlarını düşünmür: 

Qadınların rəhbər vəzifələrdə təmsil olunması qərar qəbuletmə prosesinə müxtəliflik gətirir. Həm kişilərin, həm də qadınların rəyi nəzərə alınanda daha yaxşı qərarlar verilir.

Londonun Kral Kollecindəki Qadın Liderliyi Qlobal İnstitutunun direktoru Rozie Campbell liderlik bacarığının kişi və qadın növü olmadığı qənaətindədir : 

Lakin ünsiyyət qurmaq bacarığı baxımından qadınlar daha qayğıkeş və əməkdaşlığa hazır olurlar. Təəssüf ki, kişilər arasında narsisistlik, hədsiz rəqabət kimi keyfiyyətləri olanlara daha çox rast gəlinir.

2018-ci ildə seçilmiş 153 dövlət başçısından yalnız on nəfəri qadın idi. Dünya parlamentinin üzvlərinin yalnız dörddə biri qadındır.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia