Çərşənbə, 10 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Tenet” filmində niyə əsl Boeing partladılıb? Kristofer Nolan izah edir!

28 May 2020
“Tenet” filmində niyə əsl Boeing partladılıb? Kristofer Nolan izah edir!

"Tenet" filminin posteri. Foto: Warner Bros.

Bu il nümayişi planlaşdırılan “Tenet” filminin çəkilişləri zamanı səhnələrdən birində Boeing-747 təyyarəsi partladılıb. Rejissor Kristofer Nolan bu barədə “Total film” jurnalına müsahibəsində danışıb və deyib ki, həmin səhnədə əsl təyyarəni partlatmağın daha effektiv olacağını düşünüb.

Mən bunu minyatürlər, qurğular və visual kombinasiyalar və qalan digər şeylər istifadə etməklə canlandırmağı planladım.  Amma çəkiliş komandası Kaliforniyada, Viktorvildə məkan üçün axtarış edəndə köhnə təyyarələrin olduğu massiv tapdılar. Biz xərcləri hesablamağa başladıq. Aydın oldu ki, real ölçüdə əsl təyyarə istifadə etmək və bu hissəni əsl kamera qarşısında canlandırmaq, minyatür qurmaqdan və ya CGI-dan istifadə etməkdən daha yaxşıdır.

Aktyorlar Robert Patinson və Con Devid Vaşinqton “Tenet” filmində. Foto: Warner Bros.

Eyni müsahibədə aktyor Robert Patinson da həmin səhnədən danışıb. Patinson deyir ki, belə səhnə çəkiləcəyi ağlına gəlməyib:

Bu, gülməli dərəcədə cəsur addımdır. Yadımdadır ki, çəkiliş zamanı düşünürdüm ki, bu, bir filmdə daha neçə dəfə baş verə bilər?

Aktyor deyir ki, filmin müxtəlif hissələrinin çəkilişləri üçün 500 nəfərlik heyət müxtəlif ölkələrə səyahət edib.

“Tenet” filminin rəsmi treyleri

Film nə vaxt yayımlanacaq: 205 milyon dollar büdcəsi olan “Tenet” Kristofer Nolanın “The Dark Knight Rises” filmindən sonra ən bahalı ikinci filmidir. “Tenet”in iyulun 17-də kinoteatrlarda nümayiş olunacağı gözlənilir. Amma ehtimal edilir ki, koronavirus pandemiyasına görə tarix dəyişdirilə bilər.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia