Neftçala rayon Xolqaraqaşlı kənd bələdiyyəsinin üzvü olan ictimai fəal Vəfa Nağı təhdid və təzyiqlə üzləşib. Onun sosial şəbəkə hesablarındakı müxtəlif fotoları çap edilərək kəndin dayanacaqları və müxtəlif yerlərə yapışdırılıb.
Vəfa Nağı deyir ki, bunun təşkilatçısı kəndin bələdiyyə sədri Əlibala Səlimovdur. Buna səbəb isə onun bələdiyyə büdcəsini tələb etməyi olub.
V. Nağı Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etsə də, polisin sadəcə izahat yazıb getdiyini deyir.
DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Mikroskop-a açıqlamasında seyib ki, araşdırma aparılır:
Polis reaksiya verib. İzahat alınıbsa, deməli araşdırma aparılır”.
Ehsan Zahidov
Nə baş verib: İctimai fəal Vəfa Nağı 2019-cu ilin Bələdiyyə Seçkilərində üzv seçilib. İctimai fəal Mikroskop-a açıqlamasında üzləşdiyi təzyiqin səbəbini belə izah edib:
Mən keçən ilki bələdiyyə büdcəsinə çıxış tələb etdim və bununla bağlı məktub ünvanladım. İki gün əvvəl bələdiyyənin iclasında mənə bunla bağlı şifahi cavab verdilər və iddia etdilər ki, mən keçən il bələdiyyədə işləmədiyimə görə əslində bunu tələb etmək haqqım yoxdur. Halbuki hər bir bələdiyyə üzvünün və vətəndaşın belə tələb irəli sürməyə haqqı var. Daha sonra isə məni təhdid etdilər ki, bələdiyyə ilə bağlı yazdığım “Facebook” statuslarını dayandırmasam, mənlə başqa cür danışacaqlar”.
Vəfa Nağı