Cümə axşamı, 15 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan Leyla və Arif Yunusa 20 min avro cərimə ödəməlidir

16 İyul 2020
Azərbaycan Leyla və Arif Yunusa 20 min avro cərimə ödəməlidir

Leyla və Arif Yunus.Foto:Arif Yunus/şəxsi arxiv

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusa qarşı hüquq pozuntularını tanıyıb. 

Qurumun rəsmi saytında qeyd olunan məlumata görə, bu barədə qərar iyulun 16-da açıqlanıb. 

AİHM hansı pozuntuları tanıyıb: Leyla və Arif Yunusların Konvensiyanın 5, 6, 8, 13, 18-ci maddələri ilə qorunan hüquqlarının, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin, 4 saylı Protokolun 2-ci maddəsinin pozuntusu tanınıb.

Nə qədər cərimə təyin edilib: Dəymiş mənəvi zərərə görə hökumət onların hər birinə  20.000 avro, məhkəmə xərclərinə görə 11.438 avro təzminat ödəməli olacaq.

Nə baş verib: Yunuslar 2014-cü ilin aprelində ölkədən çıxarkən Bakı aeroportunda saxlanılıblar. Onların ofisində və mənzilində axtarış aparılıb, bank hesablarına həbs qoyulub, həmin ilin iyul ayında isə həbs olunublar. L.Yunus 8,5, A.Yunus 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2015-ci ildə onların hər ikisi məhkəmə zalından şərti azadlığa buraxılıblar və hazırda Hollandiyada yaşayırlar.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia