Belarus prezidenti Alekandr Lukaenko ölkəsinə qarşı iqtisadi və digər sanksiyalar tətbiq edən ölkələrə “cavab verəcəyinə” söz verib. “Current Time” yazır ki, bu barədə o, avqustun 28-də danışıb.
İndi biz onlara sanksiyanın nə olduğun göstərəcəyik. Onlar sərxoş oldular və Belarusun nəyə qadir olduğunu unutdular. Bizim sınacağımızı, tanklarla, raketlərlə qorxacağımızı düşündülər. Baxarıq görək kim kimi qorxudur”
deyə Lukaşenko bildirib.
Lukaşenki deyib ki, indiyədək polşalılar və litvalılar bizim vasitəmizlə Çinə və Rusiyaya yük dövriyyəsi edirdilərsə, bundan sonra ya Baltikadan, ya da Qara dənizdən etməli olacaqlar. O, hökumətə ticari daşımaların Litva limanlarından digərlərinə yönəltməyi tapşırdığını vurğulayıb:
İndi görək onlar bundan sonra necə yaşayacaqlar. Litva büdcəsinin 30% -i Belarusun oradan keçən yük trafiklərinin hesabına formalaşır”.
Lukaşenko Belarusun artıq sanksiyalar dövrünü keçdiyini vurğulayıb.
Biz sağ qaldıq. Bundan sonra da sağ qalacağıq. Çünki dünya yaxşı insanlardan yoxsun deyil. Buna görə də bizi qorxutmaq lazım deyil”
Lukaşenko deyib.
Nə baş verib: Gələn həftə Avropa Birliyi prezident seçkilərinin nəticələrini saxtalaşdırdığı və nümayişçilərə qarşı zor tətbiq etdiyi üçü Lukaşenko da daxil olmaqla 15-20 Belarus vətəndaşına sanksiya tətbiq edə bilər.
Bu rəqəmin artacağı da ehtimal olunur. Litva, Latviya və bir sıra digər ölkələr Belarusun çox rəsmisinə qarşı sanksiya tətbiq edilməsində israrlıdırlar.