Cümə axşamı, 22 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Nardaran məhbusu ailəsinə deyib ki, ağzımı tikib aclıq eləyirəm

31 Avqust 2020
Nardaran məhbusu ailəsinə deyib ki, ağzımı tikib aclıq eləyirəm

Nardaran hadisələri.İllüstrasiya.Müəllif:Gündüz Ağayev

Nardaran hadisələri zamanı həbs olunan Cahad Babakişizadənin Qobustanda yerləşən qapalı həbsxanada aclıq aksiyası keçirdiyi və ağzını tikdiyi bildirilir. AzadlıqRadiosu onun yaxınlarına istinadən yazır ki, C.Babakişizadə həbsxana rəhbərliyinin ona və digər məhkumlara qarşı alçaldıcı davranışlarına və işgəncələrə etiraz olaraq bu addımı atıb.

Yaxınları bildirir ki, C.Babakişizadə sonuncu dəfə onlarla avqustun 26-da telefonla danışıb. O, heç bir əsas olmadan cərimə kamerasına (“kars”) salındığını deyib:

Əgər telefon danışığı kəsilsə, bilin ki, ağzımı tikib aclıq eləmişəm. Səbəb də budur ki, həbsxana rəhbərliyinin özbaşınalığı məni cana-boğaza yığıb. Əlimdən də başqa bir şey gəlmir. O qədər özbaşınalıq eləyirlər, artıq pik həddədir. Məni heç nədən karsa salıblar”.

Ailə üzvləri “kars”a salınması barədə danışanda isə telefon zənginin kəsildiyi deyir. Bundan 2 gün sonra həbsxanadakı başqa bir şəxs vaxitəsilə onun aclıq etdiyini, ağzını tikdiyini barədə xəbər alıblar. öyrəniblər. C.Babakişizadə onu da deyib ki, həbsxana rəhbərliyi məhbuslarla qul kimi davranır, istədiyi vaxt cəzalandırır, işgəncə verir.

Nə  baş verib: Cahad Babakişizadə 2015-ci ildə Nardaranda baş vermiş əməliyyat zamanı həbs olunub. O, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama, terrora çağırış və s. əməllərdə təqsirli bilinərək 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. C.Babakişizadə bu ittihamları rədd edir və özünü günahkar saymır. 

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia