Bazar ertəsi, 19 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Beynəlxalq Valyuta Fondu Belarusa maddi dəstək verməkdən imtina edib 


11 Sentyabr 2020
Beynəlxalq Valyuta Fondu Belarusa maddi dəstək verməkdən imtina edib 


Aleksandr Lukaşenko.Foto:Nikolay Petrov/BelTA

Beynəlxalq Valyuta Fondu iqtisadi vəziyyətin pisləşməsi və koronavirus pandemiyasına görə nəzərdə tutulan maddi dəstəyi Belarusa verməkdən imtina edib.
Current time yazır ki, söhbət Belarus hökumətinin bu ilin martında tələb etdiyi 940 milyon dollardan gedir.
Fondun sözçüsü Cerri Raysın yaydığı məlumata görə, həmin müraciət müzakirə olunub, amma razılığa gəlinməyib: 

Mövcud fikir ayrılıqlarını aradan qaldırmaq üçün uyğun yollar tapmadıq”.

Fond nə tələb edir: C.Rays deyir ki, Belarus BVF-nin pandemiyadan əziyyət çəkən ölkələr üçün nəzərdə tutulan maliyyə mexanizmindən istifadə etmək istəyirdi. Bunun şərtləri isə çətin deyil, lakin pandemiya ilə mübarizə və iqtisadi sabitliyi təşviq etmək üçün vəsaitlərin istifadə olunmasında şəffaflıq təminatları və müvafiq siyasət tədbirləri lazımdır. 

Aleksandr Lukaşenko nə deyir:  İyun ayında Belarus prezidenti Aleksandr Lukaşenko bəyan etmişdi ki, BVF Belarusa kredit vermək üçün “karantin, təcrid, komendant saatı” tətbiqini davam etməyi tələb edir. O isə ölkəsinin kreditləşmə zamanı üzərinə qoyulan əlavə şərtlərin qəbuledilməz olduğunu bildirib.
Lukaşenko həm də deyib ki, ölkədə hazırki siyasi böhran iqtisadi vəziyyətə mənfi təsir edir. Müəssisələrdə etiraz və tətillər davam edir, valyuta mübadiləsi məntəqələrində tələbin artması səbəbindən xarici valyuta çatışmazlığı yaranıb. 

Belarusda vəziyyət necədir: İqtisadçılar hesab edirlər ki, hazırda Belarusun ən böyük problemi ölkənin borclarını ödəyə bilməməsidir.
Ölkənin ən böyük kredit təşkilatı – “Belarusbank” artıq əhaliyə kredit verilməsini məhdudlaşdırıb, onlarla şirkət uzun sürən siyasi böhran səbəbi ilə Belarusu tərk edəcəyini açıqlayıb. Lukaşenko isə sentyabrın 14-də Moskvaya səfərə hazırlaşır. Müstəqil ekspertlər hesab edir ki, prezident “vəziyyəti bir daha xilas etmək” üçün oraya pul üçün gedir.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia