Çərşənbə axşamı, 20 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Bu gün cəbhədə saat 14:00-a qədər baş verənlər haqda nələri bilirik?

03 Noyabr 2020
Bu gün cəbhədə saat 14:00-a qədər baş verənlər haqda nələri bilirik?

Gəncədə raket düşmüş yaşayış ərazisi. Foto:Mikroskop

Sentyabrın 27-də səhər saat 6-dan Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xətlərində atəşkəs pozulub. Cəbhədəki vəziyyətlə bağlı 3 noyabr sentyabr saat 14:00-a qədər nələri bilirik?

Cəbhə xəttində atəşkəs yenə pozulub

Noyabrın 2-dən 3-ə keçən gecə Ermənistan SQ cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan ordusunun yerləşdiyi mövqeləri, yaşayış məntəqələrini müxtəlif atıcı silahlardan atəşə tutub. 

Müdafiə Nazirliyi-nin məlumatına görə, döyüş əməliyyatları, əsasən, cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Nazirlik bildiri ki, qarşı tərəf xeyli sayda canlı qüvvə, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistem, 1 ədəd KUB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli topu və 2 ədəd sursatla dolu yük maşınını itirib.

İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub

Prezident.az yazır ki, Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bildirilib ki, dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı məsələlər, döyüş bölgəsində vəziyyəti müzakirə edib.

91 mülki şəxs həlak olub, 405 nəfər yaralanıb

Azərbaycan Baş Prokurorluğu noyabrın 3-də cəbhə bölgəsində mülki əhalinin itki və ziyanları ilə bağlı növbəti açıqlama yayıb.

Qurumun məlumatına görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması və müxtəlif təxribatı nəticəsində Azərbaycan tərəfdən 91 mülki şəxs həlak olub, 405 nəfər yaralanıb. Bundan başqa, 461 mülki obyekt, 97 çoxmənzilli yaşayış binası və 2488 yaşayış evi yararsız vəziyyətə düşüb.

Daşkəsənin atəşə tutulması nəticəsində meşədə yanğın olub

Ötən gecə Daşkəsən rayonunun ərazisi Ermənistan SQ tərəfindən ağır artilleriyadan atəşə tutulub.

Nəticədə rayonun Təzəkənd kəndi yaxınlığındakı meşə zolağında yanğın baş verib.

FHN-nin məlumatına görə, yanğın baş verən yerdə texnikadan istifadə etmək mümkün olmayıb və yanğın canlı qüvvənin köməkliyi ilə söndürülüb.

Füzuli “Smerç” ilə atəşə tutulub

Ermənistan SQ Füzuli şəhərini və ətraf kəndləri “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub.

Bu barədə Azərbaycan MN məlumat yayıb. Nazirlik itki və dağıntı haqqında hələki məlumat yaymayıb.

Ağcabədidə yaşayış evinə mərmi düşüb

Ermənistan SQ ağır artilleriyadan atdığı mərmilərdən biri Ağcabədi rayonunun Qaraxanlı kənd sakininə məxsus yaşayış evinə düşüb. Nəticədə ev dağılıb. Həmin evə 2016-cı ildə də top mərmisi düşübmüş.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia