Bazar, 27 Dekabr 2020
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
Nəticə yoxdur
Bütün nəticələri göstər

Rusiya və Türkiyənin Qarabağdakı ortaq monitorinq mərkəzi nəyə nəzarət edəcək?

12 Noyabr 2020
Rusiya və Türkiyənin Qarabağdakı ortaq monitorinq mərkəzi nəyə nəzarət edəcək?

Xankəndi.10 noyabr 2020-ci il.Foto:ria.ru

Rusiya və Türkiyənin müdafiə nazirləri Sergey Şoyqu və Hulusi Akar Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə memorandum imzalayıblar.

Bu barədə noyabrın 12-də Rusiyanın hərbi departamenti məlumat yayıb.

Məlumatda deyilir ki, monitorinq mərkəzi müqavilələrin pozulması ilə bağlı hər hansı bir şikayət, sual və ya narahatlıqla məşğul olan qurum olacaq.

S.Şoyqu mərkəzin yaradılmasını tərəflərin hərbi əməliyyatların dayandırılması rejiminə uyğunluğu üzərində nəzarət etməyə imkan verəcəyini və uzun müddətdir davam edən münaqişənin həllinə zəmin yaradacağını deyib.

Nazir bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdiyi razılaşma və bölgəyə sülhməramlıların gətirilməsi qan tökülməsini dayandırmağa və dinc həyata qayıtmağa şərait yaratdı.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd edib ki, sözügedən mərkəz Azərbaycan ərazisində və Azərbaycanın müəyyənləşdirdiyi yerlərdə yaradılacaq. 

Nə baş verib: Sentyabrın sonunda Qarabağda vəziyyət gərginləşib: Ermənistan və Azərbaycan bir-birlərini 1980-ci illərin sonunda başlayan münaqişəni böyütməkdə günahlandırdılar. Hər iki tərəf tam və ya qismən səfərbərlik elan etdilər və döyüşlər başladı. Toqquşmalar nəticəsində mülki itkilər də qeydə alındı.

Atəşkəs cəhdləri: Ay yarım əzrində tərəflər atəşi dayandırmaq üçün 3 uğursuz cəhd göstərilib. Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında bəyanat imzalandı. Bu sənədə görə, Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırılmalı, əsirlər dəyişdirilməli, Ermənistan Kəlbəcər, Laçın və Ağdamı Azərbaycana qaytarmalıdır.

Sənədə əsasən 2000-ə yaxın Rusiya sülhməramlısı Dağlıq Qarabağa yerləşdirilib və onlar ən azı 5 il bölgədə qalacaq.  

Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia