14 ildir İsveçdə mühacirətdə yaşayan iranlı müxalif Həbib Çaab oktyabr Türkiyədə oğurlanıb və İrana aparılıb.
Washington Post yazır ki, mühacirin İranda həbsi və barəsində 2 il əvvəl keçirilən parada hücum ittihamı ilə bağlı xəbər yayılsa da həbsin necə baş tutduğu barədə məlumat verilməyib.
Türkiyə kəşfiyyatının yaydığı məlumata görə isə Həbib Çaab Türkiyənin İstanbul şəhərinə keçmiş həyat yoldaşı, Saberin S. adlı qadın tərəfindən dəvət olunub. Çaab görüşə gedən zaman axtarışda olan narkotacir Zindaşti tərəfindən qaçırılıb. Van şəhərinə aparılan mühacir narktoik maddə vasitəsilə yatırdılıb və İrana göndərilib.
Türkiyə kəşfiyyatı adıçəkilən əməliyyatda təqsirli bilinən 11 nəfər Türkiyə vətəndaşını saxlayıb.
Zindaşti haradadır: Zindaştinin isə hazırda İranda olduğu ehtimal edilir.
Zindaşti 2018-ci ildə Türkiyədə həbs olunsa da 6 ay sonra azadlığa buraxılıb. Onun işinə Rəcəb Tayyib Ərdoğanın məsləhətçilərindən birinin müdaxilə etdiyi iddia olunub, amma prezidentin mərhum köməkçisi Burhan Kuzu bu iddiaları rədd edib.
Saberin S. kimdir: Çaabın dostu Kaib və həmkarları hesab edir ki. Bu qadın da onun oğurlanmasında iştirak edib. Kaib həmin qadını başqa adla tanıdığını və Çaabın gizli evləndiyi həmin qadınla 4 il əvvəl boşandığını bildirib. O həm də qeyd edib ki, Saberin keçmiş həyat yoldaşına 100 min avro borc verəcəyini vəd edib.
“İlkin plan onların Qətərdə görüşməsi idi. O, Çaabı Türkiyədə görüşə necə razı salıb, bilmirəm” – Kaib bildirib.
Əvvəl hansı mühacir qaçırılıb: Washington Post-un məlumatında o da qeyd olunur ki, Həbib Çaab oğurlandığı iddia olunan ilk mühacir deyil. Fransada mühacirətdə yaşayan Ruhulla Zam da İraqa çağırılıb və orada oğurlanaraq İrana aparılıb. Hökumət əleyhinə 2017-ci ildə baş tutan nümayişlər zamanı iğtişaş yaratmaqda ittiham olunan dissident ötən həftənin şənbə günü edam edilib.
Həbib Çaab kimdir: Həbib Çaab İrandakı etnik ərəblərin müstəqilliyini müdafiə edən ASMLA-nın rəhbəri olub. O, uzun müddət idi ki, ayrı-seçkilik və laqeydlikdən şikayətlənirdi. Qrupun siyasi liderləri Avropada mühacirətdə fəaliyyət göstərir, digər bir hərbi qol isə İranın daxilində hücumlar təşkil edir.