Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında bu gün nə baş verib? Tərəflər hansı açıqlamaları yayıb?

27 May 2021

27 mayda Azərbaycan Müdafiə Nazirliyi (MN) 6 erməni hərbçisinin Azərbaycan ərazisinə keçərək orada minalanma işləri apardığı və onların saxlanıldığı ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, hadisə Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində təminat yolunda baş verib.

Hadisənin təfərrüatları ilə bağlı hər iki tərəf fərqli rəsmi açıqlamalar verib və bir-birlərini ittiham ediblər.

Azərbaycan tərəfi:

Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib ki, Ermənistan tərəfi diversiya qruplarının törətdiyi təxribatları ört-basdır etmək məqsədilə yalan məlumat yayıb:

Sərhədimizi keçərək ərazimiz daxilində mina işlərini aparmağa və təxribat əməllərini törətməyə cəhd göstərən diversiya qrupunu ermənilər guya mühəndis-istehkamçılar kimi qələmə verir. Əgər elədirsə, o zaman erməni hərbi mühəndisləri Azərbaycan ərazisində nə kimi mühəndis işləri görə bilər?

O həmçinin kiçik qruplarla mühəndis işləri həyata keçirilmədiyini vurğulayıb:

Onların məqsədi sərhəddə xidmət edən qüvvələrimizin arxasına keçərək təminat yolunu minalamaq olmuşdur. Belə ki, təminat yolundan istifadə edən qüvvələr minaya düşsünlər və şəxsi heyət arasında itkilər olsun

Xarici İşlər Nazirliyi saxlanılan erməni hərbçilərin Azərbaycan ərazilərində kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstərdiyini deyib:

Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun Azərbaycan ərazisinə keçməsi və ərazini minalama və digər diversiya cəhdləri terror-təxribat əməli kimi qiymətləndirilir

Ermənistan tərəfi:

Ermənistan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin əsir götürülmüş erməni hərbçilərinin Azərbaycan ərazisində olması haqqında məlumatı həqiqətə uyğun deyil:

Əsir götürülən hərbçilərin qaytarılması üçün lazımi tədbirlər görülür

Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Azərbaycan silahlı qüvvələrinin bu hərəkətlərinin məqsədi vəziyyəti daha da gərginləşdirmək və regionda sülhə və təhlükəsizliyə ciddi təhlükə yaratmaqdır:

Biz Azərbaycan tərəfindən Ermənistanın ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edilməsini qətiyyətlə pisləyirik və qeyd edirik ki, Azərbaycan Silahlı Qüvvələri hərəkətləri və bunun nəticələri üçün məsuliyyət Azərbaycan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Əsir götürülən Ermənistan hərbçiləri dərhal və qeyd-şərtsiz qaytarılmalıdır

Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan isə deyib ki, bu, Ermənistan Respublikasının suverenliyinə birbaşa təhdiddir və məsələni həll etmək üçün bütün beynəlxalq vasitələrdən istifadə etmək lazımdır.

Onun sözlərinə görə, hərbçilər sərhəddə təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə, xəbərdarlıq nişanları qoyaraq sərhədi minaladıqları zaman oğurlanıb.

Baş nazirin fikrincə, Azərbaycan tərəfinin məqsədi hərbi konflikt qızışdırmaqdır, lakin erməni tərəfi bu cəhdlərə təslim olmamalıdır.

Nə baş verib: Son 3 gündür ki, Azərbaycan və Ermənistan bir-birini Kəlbəcər-Gədəbəy-Geğarkunik sərhədləri yaxınlığında atəşkəsi pozmaqda ittiham edib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia