Çərşənbə axşamı, 15 İyul 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Rusiyada 3 gün davam edən seçki necə başa çatıb? Bilməli olduğun əsas məqamlar!

20 Sentyabr 2021
Rusiyada 3 gün davam edən seçki necə başa çatıb? Bilməli olduğun əsas məqamlar!

Foto: Evgeny Pavlenko/Lenta.ru. Səsvermə zamanı.

Rusiyada 2021-ci ilin əsas hadisəsi hesab olunan, Dövlət Dumasına 8-ci çağırış seçkilər başa çatıb. Üç gün davam edən səsvermə ölkənin federal subyektlərində regional və yerli hakimiyyət orqanlarının seçkiləri ilə davam edib. Seçkinin bir neçə gün davam etməsi barədə qərar COVID-19 pandemiyası ilə əsaslandırılıb.

1.

Seçki nəticələri barədə ilkin məlumatlar nədir?

Sentyabrın 20 -də gecə yarısı protokolların 25.03 faizi üçün ilkin nəticələr məlum olub. Rusiya Mərkəzi Seçki Komissiyasının saytına daxil olan məlumata görə, seçkilərdə Rusiya Prezidenti Vladimir Putinin dəstəklədiyi “Vahid Rusiya”partiyası təxminən 50 faizlik səslə birinci yeri tutur. Digər partiyaların da 5%-lik bariyeri keçəcəyi ehtimal olunur:

  • Kommunistlər  – 19,5%
  • Liberal Demokrat Partiyası – 8,5%
  • Ədalətli Rusiya – Həqiqət Üçün – 7,32%
  • Yeni İnsanlar – 6,58%

İki milyon seçicinin qeydiyyatda olduğu paytaxt Moskvadakı seçki nəticələri isə hələ dərc olunmayıb.

Daha altı bölgədə (Sevastopol, Kursk, Murmansk, Nijni Novqorod, Rostov və Yaroslavl bölgələri) seçicilər onlayn qaydada səs verib və orada da “Vahid Rusiya” öndədir və 54% səs toplayıb.

2.

Qubernator postuna seçkilərdə kimin qalib gələcəyi gözlənilir?

Rusiyanın 39 regionunda parlament, 11 regionunda isə qubernator seçkisi olub. 9 bölgədə isə ölkədəki digər respublikaların rəhbərliyinə seçkilər baş tutub. 

Bütün qubernator seçkilərində hazırkı rəhbərlər qalib gəlir. İlkin nəticələrə görə, Xabarovsk diyarındakı seçkilərdə müvəqqəti qubernator Mixail Deqtyarev 57 faizdən çox səs toplayaraq liderdir.

Çeçenistandakı ilkin nəticələrdə isə hazırkı başçı Ramzan Kadırov liderdir. Onun 98,5% səs topladığı bildirilir.

Daha iki respublikada başçılar parlamentdə səsvermə yolu ilə seçilib. Nəticədə Sergey Menyailo Şimali Osetiyanın, Rəşid Temrezov isə yenidən Qaraçay-Çerkesiyanın başçısı olub.

3.

Seçkidə nə qədər pozuntu qeydə alınıb?

Müşahidəçilər yüzlərlə qanun pozuntusu qeydə aldıqlarını deyir. Sankt -Peterburqda seçki komissiyalarının üzvləri saxlanılıb və seçkilərin nəticələri gecə saat üçə qədər dərc edilməyib.

MSK seçki prosesində qanun pozuntuları olduğunu açıqlayıb . Məlumata görə, 17 bölgədə 54 məntəqədə 8539 bülleten etibarsız hesab olunub. Mərkəzi Seçki Komissiyası rəhbərinin sözlərinə görə, Adıgey, Bryansk, İvanovo, Kemerovo, Moskva və Saratov bölgələrində qanun pozuntuları qeydə alınıb.

4.

Seçki pozuntuları ilə bağlı dövlət qurumları nə deyir?

Daxili İşlər Nazirliyi səsvermənin nəticələrinə təsir edə biləcək hər hansı bir qanun pozuntusuna rast gəlmədiyini bildirib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia