Çərşənbə axşamı, 24 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

22 milyon talama, 30 milyon manatlıq əmlak – “Azərxalça”nın sabiq sədrinin istintaq prosesi yekunlaşıb

21 Sentyabr 2021
22 milyon talama, 30 milyon manatlıq əmlak – “Azərxalça”nın sabiq sədrinin istintaq prosesi yekunlaşıb

Foto: Vidadi Muradovun Tvitter hesabı. Prezident İlham Əliyev və Vidadi Muradov "Azərxalça"nın İsmayıllı filialının açılışında.

Sentyabrın 21-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun qanunsuz əməllərinə görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
        

İstintaq zamanı aşkara çıxan qanunsuzluqlar

 Vidadi Muradovun qeyd olunan vəzifədə işləyərkən təsisçisi olmaqla faktiki rəhbərlik dövrdə

  • “Azər-İlmə” MMC-nin Bakı şəhəri ərazisində yerləşən inzibati binasının “Azərxalça” ASC-yə mövcud bazar qiymətlərindən yüksək qiymətə icarəyə verilməsi,
  • “Azərxalça” ASC-yə məxsus pul vəsaitinin xalça istehsalı üçün nəzərdə tutulan ipin alınması üçün formal müqavilənin bağlanması yolu ilə ayrı-ayrı hüquqi şəxslərə məxsus bank hesablarına köçürülərək sonradan nağdlaşdırılması,
  • ölkə ərazisində tikintisi həyata keçirilmiş 23 müəssisə üzrə smeta sənədlərində iş həcmlərinin və qiymətlərin əsassız olaraq şişirdilməsi,
  • işlərin daha ucuz və keyfiyyətsiz işlərlə əvəz edilməsi və ya yerinə yetirilməməsi aşkarlanıb.

Mənimsəmə halları

İstintaq zamanı ümumilikdə 21 milyon 673 min manat məbləğində pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talaması, 640 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və vəzifə saxtakarlığına yol verməsinə şübhələr müəyyən edilib.

İttiham olunduğu maddələr

Vidadi Muradova Cinayət Məcəlləsinin bu maddələri ilə ittiham edilir:

  • mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə,
  • vergiləri ödəməkdən yayınma- xüsusilə külli miqdarda törədildikdə,
  • vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda
  •  vəzifə saxtakarlığı

30 milyon manatlıq əmlak

İstintaq zamanı dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxs Vidadi Muradov və onun ailə üzvlərinin adlarına olan ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işinə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia