Bazar ertəsi, 19 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Ömrüm boyu əliyevçi olmuşam deyən sabiq nazir müavinin həbs cəzası 4 il 6 aya endirilib

11 Oktyabr 2021
Ömrüm boyu əliyevçi olmuşam deyən sabiq nazir müavinin həbs cəzası 4 il 6 aya endirilib

Foto: Apa. Rafiq Bayramov

Oktyabrın 11-də Bakı Apellyasiya Məhkəməsində Mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramova verilmiş 8 illik həbs cəzası azaldılıb.

Ümumilikdə 1 milyon 800 min manata yaxın rüşvət almaqda adı hallanan Rafiq Bayramov özünü təqsirli hesab etmir.

R.Bayramovun nazirliyin tabeliyində olan müəssisələrin rəhbərlərindən aylıq rüşvət aldığı iddia olunurdu.

Bakı Apellyasiya Məhkəməsi onun uzun illər yüksək dövlət vəzifələrində çalışmasını, həbsindən sonra 1.2 milyon manat vəsaitin dövlət nəfinə köçürülməsini nəzərə alaraq, ona Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsini tətbiq edib. Qərara əsasən 8 illik həbs cəzasının müddəti 4 il 6 aya endirilib.

R. Bayramov deyib ki, nazir müavini olsa da, həmin işlərin onun razılığıyla görülməsi mümkün deyildi.

12 ay istintaq bu ittihamla getdi, amma sübuta yetirilmədi. Sonra rüşvət maddəsi ilə ittiham verildi. Mən ömürboyu rüşvət almamışam. Bu, heç cür mümkün deyil. Bir nəfər də burada demədi ki, mən onlardan və ya başqasından rüşvət almışam.

O, avqustdakı məhkəməsində son sözündə deyib ki, heç bir zaman korrupsiyaya bulaşmayıb:

Mən ömrüm boyu Əliyevçi olmuşam, dövlətimə xidmət etmişəm. Səhvlərim olub və bu da mənim təcrübəsizliyimdən, gəncliyimdən olub. Amma heç bir zaman korrupsiyaya bulaşmamışam. O insana cəza verilir ki, əməlindən islah olunsun. Mən rüşvət almamışam, nədən islah olunacam?

Nə baş verib: 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları tərəfindən R.Bayramov, eləcə də nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov həbs edilib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia