Cümə axşamı, 15 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azyaşlı feminist fəala təcavüz etməkdə şübhəli bilinən şəxs saxlanılıb

20 Oktyabr 2021
Azyaşlı feminist fəala təcavüz etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Foto: Mikroskopmedia screenshot/ Zümrüd Yağmur Baş prokurorluq binasından çıxanda.

Feminist aktivist Sənay Yağmura cinsi zorakılıq törətdiyi iddia edilən Əsgər Ağazadə oktyabrın 19-da şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə zərərçəkənin anası Zümrüd Yağmur “Facebook” səhifəsində məlumat verib. 

Əsgər Ağazadə Yusif oğlu şübhəli şəxs qismində saxlanılıb. Dəstək olan hər kəsə təşəkkür edirəm.

Zümrüd Yağmur

Oktyabrın 13-də yazıçı Zümrüd Yağmur mətbuat konfransı keçirib. O,  qızı Sənay Yağmurun 1 il əvvəl cinsi zorakılığa məruz qaldığını  və bunu edən şəxsin bacısı oğlu Əsgər Ağayev olduğunu deyib.

Zərərçəkən Sənay Yağmur da “Facebook” hesabından məlumat yayıb ki, hadisəni Ə.Ağayevin törətməsi ilə bağlı sübutlar olduğu halda, 1 ildir ki, o, həbs edilməyib. Bir il ərzində Yasamal Rayon Prokurorluğunda hadisə ilə bağlı cinayət işinə iki dəfə xitam verilib. Səbəb kimi isə kifayət qədər sübut olmadığı əsas gətirilib.

Dövlət qurumları nə deyib: Oktyabrın 18-də isə Baş Prokurorluq məlumat yayıb ki, Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal Rayon Prokurorluğunda başlanan cinayət işini Baş Prokurorluq nəzarətə götürüb. İstintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Reaksiyalar necə olub: Zorakılıq hadisəsinin düzgün araşdırılmasını tələb edən ictimai fəallar imza kampaniyası başladıb. “Qadın üçün” platformasının başlatdığı kampaniyaya qoşulmaq istəyənlər ad, soyad və ata adını rəy bölməsinə yaza bilər. Bununla yanaşı, müxtəlif sosial şəbəkələrdə #CinayətkarıHəbsEt, #ProkurorluğaArOlsun, #ŞəxsiOlanSiyasidir həştəqləri ilə hadisənin ədalətli araşdırılmasını tələb edən postlar paylaşılıb.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia