Bazar ertəsi, 23 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Qubad İbadoğlunun səhhəti hər gün daha da pisləşir. Qızı ictimaiyyətə çağırış edib

22 Aprel 2024
Reading Time: 1 mins read
A A
Qubad İbadoğluna göndərilən dərmanları “öncə həkim baxmalıdır” deyib, ona vermirlər

İllustrasiya: Mikroskop Media

9 aydır həbsdə olan iqtisadçı professor Qubad İbadoğlunun səhhəti hər gün daha da pisləşir.

İndi onun ayağının amputasiya edilmə təhlükəsi yaranıb.

Qızı Jalə Bayramova atası ilə bağlı sosial mediadakı paylaşımında onun hazırda əziyyət çəkdiyi xəstəlikləri sıralayıb və təcili tədbirlər görülməsini tələb edib.

Qubad İbadoğlu indi necədir: İqtisadçının qan şəkəri düşmür və nəticədə ayaq dırnaqlarında qaralmalar var və sol ayağında bir barmağında dırnaq bütövlüklə ətdən ayrılmaq üzrədir.

Həbsxana şəraitində o, yaraya qulluq edə bilmir və əgər yara çirk verərsə, onun barmağı və ayağı amputasiya edilə bilər.

İqtisadçı professorun əllərində, xüsusilə ayaqlarında periferik sinirlərin zədələnməsi (polineyropatiya) baş verib və hamısı yüksək şəkərin fəsadlarıdır.

Yüksək şəkər Q.İbadoğlunun görmə qabiliyyətində də problemlər yaradıb, onun yaxın və uzaq görməsi kəskin zəifləyib. Gözlərinin önündə torlar əmələ gəlib.

Həkimlər nə edir: Heç nə. Ailəsi 10 gündən artıqdır ki, bu barədə Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar Hissəsinə məlumat versə də, heç bir tədbir görülmür.

Qubad İbadoğlu nə vaxt və niyə saxlanılıb: Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu 23 iyulda saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 204.1-ci – satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları əldə etmə və ya satma – maddəsi ilə cinayət işi başlanıb.

Qubad İbadoğlu öz həbsi barədə qısa şərh verə bilib: “İlham Əliyevin sifarişi ilə saxlanılmışam”. 

Həbslə bağlı Azərbaycan Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, əməliyyat Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında keçirilib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia