Cümə, 14 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
A A
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

İllustrasiya: Mikroskop Media

AMEA-nın prezidenti İsa Həbbibəylinin qızı Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan artıq nəğd pulu və qiymətli əşyaları fırıldaqla ələ keçirilib. Məsimova baş verənləri polisə danışmaq əvəzinə Bakıya qaçıb, hadisəni polisə danışanlardan isə qisas məqsədi ilə “bandotdel”dən istifadə edib.

“Gündəlik Naxçıvan”ın araşdırmasını təqdim edirik.

Məsimovanın Almaniyaya köçməsi: Günay Məsimova saxta evliklik vasitəsi ilə Almaniyada yaşamaq hüququ əldə edib. Bundan sonra o, dəyəri 1 milyon avro olan villa və mənzil alıb. “Gündəlik Naxçıvan” villanın ünvanını dəqiqləşdirə bilməsə də, mənzilin Berlində Kohulfurter küçəsində yerləşdiyini öyrənə bilib.

Oğurluğun detalları: Oğurluq hadisəsi bu ilin əvvəlində baş verib. Günay Məsimova keçən ilin iyununda Bakıdan Almaniyaya gətirdiyi pulları və qiymətli əşyaları Nürnberqdə yaşayan tanışı F. M. vasitəsi ilə “Sparkasse” bankında seyfə qoymaq qərarına gəlib.

  • Almaniyada bu cür seyflər qiymətli sənədlər və 10 min avroya qədər qiymətli əşyalar üçün nəzərdə tutulsa da, bankın seyfləri açıb, yoxlamaq hüququ yoxdur.

Günayla görüşməzdən əvvəl F. M. bankın Fürth şəhərindəki filialında dostlarından birindən xəbərsiz onun adına seyf hesabı açıb. O, başqa bir seyf hesabı da Günay Məsimovanın adına açıb və kartını özünə verib. Banka gəldikdən sonra F. M. pulları və qiymətli əşyaları Məsimovanın yox, dostunun seyfinə qoyub.

Oğurluq necə ortaya çıxıb: Bu ilin yanvar ayında brilyant qaşlı qızıl saatlarından birini görtürmək üçün banka gələn Günay Məsimova ona məxsus seyfin boş olduğunu görüb. Telefon əlaqəsi saxladıqdan sonra F. M.-nin onu aldatdığını, 790 min avro dəyərində dollar və brilliyant, 330 min avro pulu onun yox, dostunun adına olan seyfə qoyduğnu, bir müddət sonra isə götürüb, Baltik ölkələrindən birinə qaçdığını öyrənib.

Polisə yox, Bakıya gəliş: Günay Məsimova pulların mənbəyinin soruşulacağını bildiyi üçün oğurluq barədə polisə məlumat vermədən Bakıya qaçıb. 

Almaniyadakı araşdırma: Hadisədən sonra polis təhqiqata başlayaraq, bu pulların hansı yollarla Almaniyaya gətirilməsini araşdırır. Bundan başqa həm də qiymətli əşyaların bir hissəsini polis tapıb, lakin məsələ aydınlaşana kimi müsadirə edib. Pulun dəqiq məbləği ilə bağlı isə rəsmi məlumat yoxdur. Nürnberqdə başlanan araşdırmanı çətinləşdirən əsas məsələ isə Məsimovanın ortada olmamasıdır.

Necə olub ki, polis oğurluqdan xəbər tutub: F. M.-nin aldadaraq adına gizli hesab açdığı Almaniyada yaşayan dostunun atası Ələsgər Vəliyev olanlarla bağlı polisə məlumat verib. Araşdırma da bundan sonra başlayıb, lakin Vəliyevin bu addımı onlar üçün yaxşı nəticələnməyib.

Günay Məsimova və “bondotdel”: Günay Məsimova polisə məlumat verən atadan qisas almaq üçün Bakıda “bandotdel”dən istifadə edib. İyun ayında istirahət üçün Bakıya gedən Ələsgər Vəliyevin həyat yoldaşı Amaliya Vəliyeva aeroportda saxlanılaraq, bu idarəyə aparılıb. Daha sonra ondan tələb ediblər ki, 500 min manat dəyərində olan Heydər Əliyev prospektindəki evlərini Günay Məsimovanın adına keçirsin. Bu tələbdən sonra hətta onun Azərbaycandan çıxışına da qadağa qoyulub. Davamlı həbslə hədələnən Amaliya Vəliyeva sonda evi Məsimovanın adına keçirməyə məcbur olub və yalnız bundan sonra o, ay yarımdan sonra ölkədən çıxa bilib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia