Bazar, 16 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycanın orbitə göndərdiyi peyklər nə qədər sərfəlidir?

26 Sentyabr 2018
A A
Azərbaycanın orbitə göndərdiyi peyklər nə qədər sərfəlidir?

“Azerspace-1” peyki. Foto: azercosmos.az

Azərbaycanın üçüncü peyki olan “Azerspace-2” telekommunikasiya peyki Bakı vaxtı ilə saat 2:38 radələrində Fransız Qvianasında yerləşən kosmodromdan – Qviana Kosmik Mərkəzindən orbitə buraxılıb. “Azerspace-2” peyki ABŞ-ın “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən istehsal olunub və dəyəri 190 milyon ABŞ dollarıdır.

“Azerspace-2” peykinin hazırlıq mərhələsindən. Foto: azercosmos.az

1.

Peyk nə vəd edir?

  • Orbitdə minimum 20 il yanacaq ömrü

  • Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə etmək

  • Regionda dövlət və özəl qurumlara şəbəkə xidmətlər təklifi

  • 400 milyon ABŞ dolları gəlir

2.

Bundan əvvəl orbitə buraxılan 2 peyk haqqında:

Azərbaycan orbitə ilk dəfə 2013-cü il fevralın 8-də “Azərspace-1” telekomunikasiya peykini buraxıb. Qısaca peyk barədə:

  • Dəyəri 233 milyon ABŞ dollarıdır

  • Resurslarının 80 faizi kommersiya məqsədilə istifadə olunur

  • İndiyədək 80 milyon ABŞ dolları gəlir əldə edib

  • İsitsmar müddəti ən azı 15 ildir

  • Qalan ömrü ərzində 220 milyon ABŞ dolları gəlir gətirəcəyi gözlənilir

Azərbaycan növbəti dəfə orbitə 2014-cü il iyunun 30-da “Azersky” adlı müşahidə peykini buraxıb. Qısaca peyk barədə:

  • Dəyəri 157 milyon Avrodur

  • Əsasən Azərbaycanın müdafiə və təhlükəsizliyinə xidmət edir

  • “Azersky”ın həm də kommersiya potensialı var

  • Bu günədək 24 milyon Avro gəlir gətirib

  • Peykin 200 mln. Avrodan artıq gəlir gətirəcəyi proqnozlaşdırır

“Azerspace-1” peyki. Foto: azercosmos.az

3.

İlham Əliyev peykə görə bu gün Azərbaycan xalqını təbrik edib və bunları deyib. Nitqindən çıxarışlar:

  • Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir.

  • Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilirlər.

  • “Azərsky” müşahidə peyki vasitəsilə biz nəinki ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri daim müntəzəm olaraq izləyə bilirik, nəzarət edə bilirik.

  • “Azərspace 2” telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir.

4.

Əvvəlki iki peyk nə iş görüb?

“Azerspace -1” nə iş görüb?

Bu peyk kommunikasiya peykidir və Azərbaycanın yerli televiziya kanalları ilə yanaşı bir neçə xarici ölkənin telekanalları bu peyk vasitsəilə yayımlanır. Peykin yalnız 20%-i Azərbaycan dövləti üçün, qalan 80%-i isə kommersiya məqsədilə istifadə olunur. Peykdən Ukrayna, Qırğızıstan, Türkiyə, Gürcüstan kimi ölkələrin bəzi televiziya kanalları bu peyk vasitəsilə yayımlanır.

“Azersky” nə iş görüb?

Bu peyk müşahidə üçün nəzərdə tutulub və bu ilin iyununda “Azərkosmos” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə cəbhənin Ağdam rayonu istiqamətində monitorinq aparılıb. Ermənistan tərəfindən törədildiyi bildirilən yanğınların ümumilikdə 280 hektar ərazini əhatə etdiyi məlum olub.

“Azersky” vasitəsilə 2015-ci ildə də oxşar müşahidə aparılıb və əldə olunmuş təsvirlərin təhlilindən aydın olub ki, monitorinq aparılan bölgələrdə yanmış ərazilərin ümumi sahəsi təxminən 700 km2-dir.

Hesablama Palatasının 2018-ci ilin sentyabrında yaydığı məlumata görə isə, adıçəkilən peyk ona xərclənən vəsaiti qarşılamır. Məlumatda deyilir:

“Azersky” peykinə ümumi xərclər 176 milyon 512 min 470,16 avro təşkil etdiyi halda peykin istismarından gəlirlər 93 milyonn 498 min 473,22 avrodur (1 yanvar 2018-ci il tarixinə). Bu vəziyyət “Azərkosmos”un maliyyə-təsərrüfat fəaliyyətinə mənfi təsir edən əsas əmillərdən biridir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia