Çərşənbə axşamı, 12 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Blinkenlə Əliyevin telefon danışığını tərəflər fərqli təqdim edir. Kim, nəyi yayımlamayıb?

04 Aprel 2024
Reading Time: 2 mins read
A A
Blinkenlə Əliyevin telefon danışığını tərəflər fərqli təqdim edir. Kim, nəyi yayımlamayıb?

İllustrasiya: Mikroskop Media

3 apreldə Azərbaycan prezidenti İlham Əliyevin rəsmi saytı ABŞ Dövlət katibi Antoni Blinkenin ona zəng etməsi barədə məlumat yayıb.

Eyni gün ABŞ Dövlət katibinin sözcüsü Metyu Miller də iki ölkə rəsmisinin telefon danışığı barədə xəbər verib.  

Lakin həm ABŞ Dövlət Departamentinin, həm Azərbaycan prezidentinin rəsmi saytında xəbərlə bağlı dərc olunan mətnlərdə üst-üstə düşməyən, hər iki tərəfin fərqli yayımlamadığı məqamlar var. 

Kim kimə zəng edib?

Azərbaycan tərəfinin yayımladığı xəbərdə Antoni Blinkenin İlham Əliyevə zəng etdiyi qeyd edilir.

ABŞ tərəfində isə bununla bağlı aydın məlumat yoxdur. Mətndə sadəcə Blinken və Əliyevin telefonla danışdığı qeyd edilir. 

Zəngin səbəbi nədir?

Prezidentin rəsmi saytında yayımlanan məlumata görə, zəngin səbəbi “5 apreldə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycanda narahatlıq doğurması” ilə bağlı olub və Dövlət katibi bu narahatlığa aydınlıq gətirmək istəyib.

ABŞ tərəfdən telefon danışığının niyə baş tutduğu barədə əlavə məlumat qeyd olunmayıb.

Ermənistanın silahlandırılması barədə

Azərbaycan tərəfi deyir ki, zəng zamanı İlham Əliyev onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlərin müzakirə olunduğunu Blinkenə bildirib.

“Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verəcək və təxribatlara gətirib çıxaracaq” İlham Əliyev belə deyib.

Buna cavab olaraq Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.

Azərbaycan tərəfinin yaydığı bu məlumat isə ümumiyyətlə ABŞ tərəfinin yaydığı xəbərdə yoxdur. Öz növbəsində isə, Blinkenin Əliyevə xəbərlıq etməsi də Azərbaycan tərəfinin yaydığı məlumatda qeyd edilməyib.

Antoni Blinken zəng zamanı “hər hansı tərəfin aqressiv hərəkətləri və ritorikası sülh perspektivlərini sarsıdacaq” ifadəsini işlədib.

İnsan haqları məsələsini Azərbaycan tərəfi yayımlamayıb

ABŞ tərəfinin yaydığı rəsmi məlumata görə, Antoni Blinken ölkədəki insan hüquq və azadlıqları ilə bağlı məsələyə də toxunub. O, vurğulayıb ki, Azərbaycanın beynəlxalq öhdəliklərinə əməl etməsi vacibdir. 

ABŞ rəsmisi haqsız yerə həbs edilənlərin azad edilməsi ilə bağlı Azərbaycana çağırış edib. 

Bu çağırış isə prezidentin rəsmi saytındakı məlumatda yer almayıb. 

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia