Cümə, 10 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

ABŞ Konqresi Əli Nağıyev və Samir Nuriyev də daxil olmaqla 40 azərbaycanlı məmura sanksiya tətbiq edə bilər  

22 Aprel 2024
A A
ABŞ Konqresi Əli Nağıyev və Samir Nuriyev də daxil olmaqla 40 azərbaycanlı məmura sanksiya tətbiq edə bilər  

İllustrasiya: Mikroskop Media

Bir qrup Amerika konqresmeni bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır.

Bu barədə Turan İnformasiya Agentliyinin Vaşinqtondakı müxbiri Alex Raufoğluna Konqresdəki mənbələrdən məlumat verilib.

Qanun layihəsinə görə “Azərbaycanda qanunun aliliyinin və insan hüquqlarının pozulmasında fəal rol oynayan” 40-dan çox Azərbaycan məmuruna qarşı sanksiyalar nəzərdə tutulur.

Onların arasında DTX, DİN, Baş Prokurorluq, Bakı Ağır Cinayətlər Məhkəməsi, Penitensiar Xidmət, Dövlət Sərhəd Xidməti, Prezident Administrasiyası və Müdafiə Nazirliyinin rəhbərliklərində olan rəsmilər var.

Alex Raufoğlu X sosial şəbəkəsindəki paylaşımında həmin məmurların siyahısını paylaşıb.

EXCLUSIVE:  U.S. Congress To Introduce First-Ever Sanctions Bill Targeting Azerbaijani Officials Over Right Violations, Arrests, War:

The Full Lst 👇👇

1/7 pic.twitter.com/cpX9bAEkrm

— Alex Raufoglu (@ralakbar) April 22, 2024
Alex Raufoğlunun X-dakı paylaşımı.

Onların arasında:

  • DTX rəisi Əli Nağıyev
  • Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev
  • Quru Qoşunlarının komandanı Hikmət Mirzəyev
  • Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov
  • Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri və digər rəsmilər var

İndi nə olacaq: Qanun layihəsində ABŞ qanunvericiliyi, o cümlədən Qlobal Maqnitski Qanunu çərçivəsində Bayden Administrasiyasına 180 gün ərzində qeyd edilən şəxslərə qarşı sanksiyalar haqqında qərar qəbul etmək çağırışı yer alacaq. 

Qanun layihəsində baş nə var: Layihədə həmçinin erməni əsirlərin hüquqlarının pozulması barədə bəndlər də var. “Bu, Azərbaycan hökumətinin insan hüquqlarına sadiqliyi və ədalətli və möhkəm sülh haqqında danışıqlar aparmaq qabiliyyətini ciddi sual altına qoyur” – sənəddə deyilir. 

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia