Çərşənbə, 24 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan hökuməti İsraildən bu dəfə də komputerləri sındırmaq üçün kiberhücum məhsulu alıb

27 İyun 2024
Reading Time: 3 mins read
A A
Azərbaycanın Pegasus vasitəsilə Ermənistanın rəsmi şəxslərini izlədiyi ehtimal olunur

İllustrasiya: Mikroskop Media

Azərbaycan hökuməti yüzlərlə jurnalist və ictimai fəalın telefonlarını izlədiyi və NSO Qrup şirkətinin istehsalı olan “Pegasus”la kifayətlənməyib və İsraildən daha bir neçə oxşar məhsul alıb. 

İsrailin “The Marker” mediasının yayımladığı araşdırmaya görə, bu məhsulların satışında Azərbaycan hökuməti ilə şirkət arasında vasitəçiliyi Liberman qardaşları edib. 

Liberman qardaşları, yəni Amos və Kobi İsrailin keçmiş Maliyyə naziri, ondan öncə isə Xarici İşlər naziri vəzifəsində çalışmış Aviqdor Libermanın oğullarıdır. 

Liberman qardaşları son illərdə Azərbaycan hökumətinə bir neçə məhsul sata bilib: 

  • Komputerlər üçün nəzərdə tutulan kiber hücum məhsulu Kandiro 
  • Raison kiber şirkətinin vergi yığılmasını asanlaşdırmaq üçün istehsal etdiyi böyük data sistemi 
  • Duzlu suyu təmizləmə texnologiyası 

Bu üç məhsulun potensial komissiyası milyonlarla dollar dəyərindədir. 

Kandiro nəyə lazımdır?

Tel-Əvivdə yerləşən Kandiro Kiber şirkəti həm də Saito-Tech kimi tanınır və NSO qrup kimi kiber hücum üçün istifadə edilən məhsuldur. Lakin onun əsas fərqi odur ki, Kandiro şəxsi komputerləri sındırmaq üçün yaradılıb. 2021-ci ildə Kandiro və NSO hər ikisi ABŞ Dövlət Departamentinin qara siyahısına əlavə olunub. 

“The Marker”ə açıqlama verən rəsmi mənbə təsdiqləyib ki, Kandiro ilə Azərbaycan hökuməti arasında əldə olunan razılaşmaya əsasən şirkətin məhsulları 2020-ci ildə Azərbaycana da verilib. Həmin rəsmi mənbənin bildirdiyinə görə, təxminən yüz minlərlə dollar dəyərində komissiya almaq qarşılığında satışa vasitəçiliyi Amos və Kobe Liberman qardaşları edib. 

Kandiro şirkəti bu sövdələşmə ilə bağlı detalları açıqlamaq istəməyib. 

NSO nədir? 

2021-ci ildə dərc olunan “Pegasus Project” araşdırması ortaya çıxarıb ki, Azərbaycan hökuməti NSO Group şirkətinin istehsalı olan kiber hücum məhsulundan hökuməti tənqid edən çoxlu sayda jurnalisti izləyib. Həmin jurnalistlərin bir qismi hazırda həbsdədir. 

Müxtəlif Kiber məhsulların müştərisi – Azərbaycan hökuməti 

2022-ci ildə Azərbaycan hökuməti İsrailin daha bir kiber şirkəti ilə sövdələşmə imzalayıb. Tel-Əvivdə yerləşən Razon şirkəti daha çox mülki vətəndaşları hədəfləyən ən azı bir məhsul alıb. Böyük data sistemi olan bu məhsul vergilər orqanına vergilərin daha yaxşı yığılmasına xidmət edir. 

The Marker öyrənib ki, bu sövdələşmədə də vasitəçiliyi Liberman qardaşları edib və əvəzində 200 min dollar qazanıblar. Detalları açıqlayan mənbənin məlumatına görə, sövdələşmənin ilkin mərhələdə ümumi dəyəri 2 milyon dollardır. 

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia