Şənbə, 24 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycanın “Atletiko Madrid”ə 12 milyon avroya reklam etdirdiyi turizm brendi nə qədər uğurlu yenilənib?

18 Oktyabr 2018
A A
Azərbaycanın “Atletiko Madrid”ə 12 milyon avroya reklam etdirdiyi turizm brendi nə qədər uğurlu yenilənib?

Köhnə və yeni loqo. İllustrasiya: mikroskop media

Dövlət Turizm Agentliyi Azərbaycanın yeni turizm brendi, onun loqo və şüarını təqdim edib. “Land of fire Azerbaijan” brendindən isə imtina edilir və yeni loqo “Azərbaycan” sözünün ilk hərfi olan “a” hərfindən ibarət olacaq. Brendin yeni şüari isə belədir: “Yenidən fərqli baxışla bax” (“Take another look” – ing.)

“Landor” brendinq şirkətinin hazırladığı yeni loqo 5 ay ərzində ərsəyə gəlib. Brendin dünya ictimaiyyətinə təqdimatı isə bu ilin noyabrında Londonda keçiriləcək “Dünya Səyahət Bazarı” (London WTM) sərgisində baş tutacaq.

Köhnə və yeni loqo. İllustrasiya: mikroskop media
Köhnə və yeni loqo. İllustrasiya: mikroskop media

Bu günə qədərki turizm brendi “Land of fire” haqqında

  • 2012-ci ildə Azərbaycanda baş tutan “Eurovision-2012” mahnı müsabiqəsində də bu brendin əsasında yaradılan “Öz alovunu yandır” şüarı istifadə olunub.

  • İspaniyanın “Atletiko Madrid” futbol klubu ilə bu loqodan istifadə üçün 2013-cü ildə 12 milyon avroluq müqavilə imzalanıb. Müqaviləyə əsasən 1 mövsüm ərzində idmançıların geyindiyi köynəyin üzərində “land of fire Azerbaijan” sözləri yazılıb.

  • 2014-cü ildə isə eyni şüar İngiltərənin “Sheffield Wednesday” və Fransanın “Lens” futbol klublarının idmançılarının geyimində peyda olub. Bu, azərbaycanlı biznesmen Hafiz Məmmədovun o klubları almasından sonra baş tutub.

https://www.facebook.com/tourismboard.az/videos/1405877399546209/UzpfSTEwMDAwMzg5NzU2MzY0NjoxMjM0OTYzNTA5OTc2ODg5/

Yeni brend barədə yerli dizayner nə düşünür?

Dizayner Rəsul Həsənovdan xahiş etdik ki, yeni loqonun nə qədər uğurlu olub-olmadığını bizə izah etsin

Dizayner deyir ki, turizm loqosunun yenilənməsi ümumilikdə yaxşı haldır və buna ehtiyac var idi. Həmçinin ümumi brend strategtiyası mövcud deyildi:

“Lakin yenilənmiş brend dizaynı məni heç qane etmədi. İstər sloqan olaraq, istərsə də vizual olaraq bunun Azərbaycan üçün bir mahiyyət, ideya daşımadığını düşünürəm. Həmçinin rəng seçimi belə uğursuzdur. Bənövşəyi rəng Azərbaycana sonradan yeridilən rəngdir, bu bizim ümumi milli koloriyə uyğun deyil. Rəng palitralarını biz açıq-aydın xalçalarımızda görə bilərik, burada isə daha çox narıncı, qırmızı və yaşıl rənglər üstünlük təşkil edir”.

Rəsul Həsənov həm də onu deyir ki, simvol da xüsusilik daşımır və bir ölkə brendi üçün zəifdir:

“Bundan başqa yenə də brendinqin xarici şirkətə tapşırılması məni çox məyus etdi. Hazırda ölkədə yetəri qədər peşəkar dizayn şirkəti və dizaynerlər mövcuddur. Belə böyük layihələr artıq yerli şirkətlərə tapşırılmalıdır”.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia