Cümə axşamı, 15 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Şəhid ailələri niyə birdəfəlik müavinəti ala bilmir? İzah edirik!

06 Noyabr 2018
A A
Şəhid ailələri niyə birdəfəlik müavinəti ala bilmir? İzah edirik!

Övladı şəhid olduğu üçün ona çatacaq 11 min manat sığorta pulunu ala bilməyən ana PA önündə. Foto: Ramin Deko

Yaxınları 90-cı illərdə şəhid olan ailələr dəfələrlə Milli Məclis və Prezident Administrasiyası qarşısında aksiya keçiriblər. Səbəb də yaxınlarına 11 min manat məbləğində birdəfəlik müavinətin verilməməsidir.

Övladı şəhid olduğu üçün ona çatacaq 11 min manat sığorta pulunu ala bilməyən ana PA önündə. Foto: Ramin Deko

Nə baş verir: Prezident İlham Əliyev 2018-ci il aprelin 19-da fərman imzalayıb ki, müavinət 1997-ci il avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə verilir. Qərarın icrasına isə Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyi oktaybrın əvvəlindən başlayıb.

Şəhid yaxınları niyə müavinəti ala bilmir: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ailələrə deyilir ki, onların bir qisminə sığorta pulu artıq 90-cı illərdə verilib. Şəhid ailələri isə bu pulun verildiyinə dair hər hansısa qəbzin və ya sənədin olmadığını, o pulu almadıqlarını deyirlər.
Şəhid ailələrinin bir qismi həm də deyir ki, dövlət qurumları birdəfəlik müavinəti ödədiklərini dedikləri ailə üzvü şəhid olan şəxsdən də qabaq dünyasını dəyişib. Əsas gətirilən digər səbəb də sığorta idarəsinin arxivinin yanmağıdır.

https://www.facebook.com/MeydanTelevision/videos/507134213030069

Əslində vəziyyət necədir: Siyasətçi Rəsul Mürsəlovdan xahiş etdik ki, şəhid ailələrinin müavinəti ala bilməməyinin əslində nədən qaynaqlandığını bizə izah etsin.

R.Mürsəlov deyir ki, bu məsələyə həm korrupsiya, həm də dövlət strukturunun düzgün işləməməsi baxımından yanaşmaq olar:

“Əgər həqiqətən arxiv yanıbsa, bu, biabırçılıqdır və maraqlıdır ki, indiyə qədər niyə bu, ictimaiyyətə açıqlanmayıb və bunun necə və niyə baş verdiyi barədə məlumat verilməyib. Bunların heç biri baş verməyib, deməli bu halın olmasını istisna edirik. Bu, dövlət məmurunun yalan danışmasıdır. Üstəgəl arxiv həqiqətən yanıbsa, dövlət bunu sübut etməlidir. Ola bilər ki, vətəndaş pul aldığı halda yenidən iddia etsin ki, o pulu almayıb. Bu halda dövlət sübut edə bilmirsə, yenidən o müavinəti ödəməlidir”.

Siyasətçini həm də o maraqlandırır ki, əgər bəzi ailələrə müavinət artıq 90-cı illərdə verilibsə, onda niyə prezident indi yenidən fərman imzalayır?

“Digər tərəfdən Azərbaycan 25 ildir müharibə şəraitindədir və daima şəhidlər olub. Niyə görə prezident hələ indi fərman imzalayır. Əgər 20 il əvvəl belə qanun var idisə, pullar verilirdisə, onda niyə president 2018-ci ildə bu barədə fərman imzalayır? Digər tərəfdən bu, şəhid ailələrinə dövlətin qayğısının olmamasının göstəricisidir. Bu həm də mesajdır ki, ailələr övladlarını dövlətin ərazi bütövlüyünü qorumaqdan çəkindirsinlər, çünki dövlət heç bir halda öz vətəndaşının arxasında durmur”.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia