Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Prezidentin kreditlərlə bağlı fərmanı problemi həll edəcək? İzah edirik!

28 Fevral 2019
A A
Prezidentin kreditlərlə bağlı fərmanı problemi həll edəcək? İzah edirik!

İllustrasiya: mikroskop media

Prezident İlham əliyev bu gün fiziki şəxslərin problemli kreditlərinin həll olunması ilə bağlı fərman imzalayıb. Fərmanda 10 min ABŞ dollarına qədər kredit götürən fiziki şəxslərin borcunun ödənməsində güzəştlər nəzərdə tutulub. Prezidentin imzaladığı sənəd devalvasiyadan yaranmış ziyanın bir hissəsinin dövlət tərəfindən ödənməsini nəzərdə tutur.

İqtisadçı Natiq Cəfərli Azadlıq Radiosuna problemli kreditlərin necə ödənəcəyini izah edib.

1

Dövlət problemli kreditlərin hansı hissəsini öz üzərinə götürür?

Sənəd nəzərdə tutur ki, fiziki şəxslərin birinci və ikinci devalvasiyadan sonra 10 min ABŞ dollarına qədər olan kreditlərə şamil ediləcək. Yəni dövlət devalvasiyadan sonra dolların məzənnəsində yaranan fərqi, bunun nəticəsində vətəndaşa dəymiş ziyanı öz üzərinə götürür. Həm də qeyd olunur ki, dövlətin vətəndaşa edəcəyi yardım maksimum 5 min ABŞ dolları olacaq. Yəni, kiminsə krediti çoxdursa, ona ödənəcək yardım 5 min ABŞ dollarından çox olmayacaq.

Həmçinin sənəd yalnız fiziki şəxsləri, əhatə edir. Hüquqi şəxslər yenə də problemli kreditləri məhkəmə çəkişmələri yolu ilə həll etməli olacaq.

2

Ölkədə nə qədər problemli kredit var?

Son məlumatlara görə, problemli krediti olan fiziki şəxslərin sayı 700 mindir. Bu da təxminən 1,8 milyard manat edir. Bu fərman problemli kreditlərin hamısını əhatə etməsə də, böyük qismini həll edəcək.
Təqribən 1 milyard manata yaxın əlavə vəsaitin banklara, yaxud da birbaşa vətəndaşlara ödənməsi vasitəsilə problemli kreditlərin həlli yolunda ciddi addım atılacaq. Bu da o deməkdir ki, fiziki şəxslərin problemli kreditinin ümumilikdə yarıdan çoxu həll olmuş olacaq.

3

Dövlət nə qədər yardım edəcək və borcun yerdə qalan hissəsi necə ödənəcək?

Fiziki şəxslərin problemli krediti tam ödənmiş sayılmır. Belə ki, əgər vətəndaş dollarla krediti 0.78 məzənnə ilə götürmüşdüsə, indi də həmin hissəyə olan borcu ödəməli olacaq.

2015-ci il fevralın 21-də birinci devalvasiya olub və bu zamana qədər 1 dolların məzənnəsi 0.78 manat idi və bu tarixdən sonra məzənnə 1.05 manat oldu. Burada təqribən 25 qəpik fərq yaranır və həmin tarixə qədər götürülmüş kreditlər üçün də dövlət hər dollara görə 25 qəpik ödəyəcək.

İkinci devalvasiyada isə 1 dollar 1.05 manatdan 1.55 manata qalxdı. Sonrakı aylarda da dollar bahalaşmağa davam etdi və uzun müddətdir ki, 1.75 manatdır. Burada da təxminən 60 qəpiklik fərq yaranır. Dövlət də yalnız 60 qəpiklik fərq hissəsini ödəyəcək. Kredit götürən vətəndaşlar borcun qalan hissəsini 1.05 manat məzənnə ilə ödəməli olacaqlar.

Bu da o deməkdir ki, burada məsuliyyət dövlətlə vətəndaş arasında bölünəcək, banklar bu prosesdə iştirak etməyəcək və onların əlavə məsuliyyəti yaranmayacaq.

4

Borcunu özü ödəyənlərə kompensasiya verilə bilərmi?

Kifayət qədər çox vətəndaş var ki, devalvasiyadan dəymiş zərəri öz hesablarına artıq ödəyiblər, amma onlarla bağlı bu fərmanda heç bir müddəa yoxdur. Bəziləri evini, avtomobilini və s. əşyalarını satıb. Onlara dəymiş ziyanla bağlı əlavə kompensasiya verilməsi bu sənəddə nəzərdə tutulmayıb. Bu da müəyyən dərəcədə ədalət hissinin pozulmasına gətirib çıxaracaq.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia