Bu gün Qazaxıstan parlamenti ölkənin paytaxtı Astananın adının birinci prezident Nursultan Nazarbayevin şərəfinə dəyişdirilməsi təklifini 2-ci oxunuşda qəbul edib.
Bu barədə məlumatı RİA yayıb.
İndi növbə prezident səlahiyyətlərini icra edən Jomart Tokayevin qərarı imzalamasındadır.
Paytaxtın adının dəyişdirilməsi təklifini də elə dünən Tokayevin özü verib.
Nursultan Nazarbayev martın 19-u xalqa müraciətində istefasını elan edib. O, 29 il idi ki, ölkəni idarə edirdi. N.Nazarbayev Qazaxıstanın ilk prezidenti idi.