Cümə, 13 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Çində başlayıb dünyaya yayılan koronavirusla bağlı nələri bilirik?

Virus indiyə qədər 100-dən çox adamın ölümünə səbəb olub.

26 Fevral 2020
A A
Çində başlayıb dünyaya yayılan koronavirusla bağlı nələri bilirik?

Koronavirus insanları qoruyucu maskadan istifadə etməyə məcbur edir. Honq-Konq küçələrində də qoruyucu maskasız gəzən görmək çox çətindir. Foto: Achmad Ibrahim / AP

Koronavirus, yəni 2019-nCoV ötən ilin dekabrında ilk dəfə Çinin Hubey əyalətində meydana gəlib. Çin və Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri yayılan infeksiyanın koronavirus olduğunu deyib.

Daha sonra yavaş-yavaş dünyaya yayılan xəstəlik indiyə qədər 100-dən çox adamın ölümünə səbəb olub.

1

Koronavirus nədir və necə yayılıb?

Koronavirus böyük virus ailəsidir. Onun tənəffüs sisteminə birbaşa təsir edən “SARS” virusu olduğu bildirilir. İlkin məlumatlara görə xəstəlik Vuhan şəhərindəki “Hua Nan Seafood” marketindəki bir heyvandan yayılıb. Çünki xəstəliyin bu virusun daşıyıcısı olan heyvanla ünsiyyətdən yayıldığı ehtimal olunur. Ebola virusu insanlara yarasalardan, MERS virusu dəvədən, SARS isə viverradan yoluxub.

2

Hazırda hansı ölkələrdə xəstəlik aşkarlanıb?

Çin, Yaponiya, Tayland, Malaziya, Avstraliya, Fransa, Nepal, ABŞ, Sinqapur, Cənubi Koreya, Tayvan, Vyetnam xəstəliyin aşkarlandığı ölkələr arasındadır. Son məlumatlara görə, Türkiyədə də 12 nəfər bu virusa yoluxmaqda şübhəli bilinərək xəstəxanaya yerləşdirilib. Onlardan 10 nəfəri çinli turist, digər 2-i isə Türkiyə vətəndaşıdır.

Xəstəliyin hələ ki, aşkarlanmadığı ölkələr isə qabaqlayıcı tədbirlər görməyə çalışır. Məsələn, Gürcüstan Çindəki 5 vətəndaşını təxliyyə edəcəyini açıqlayıb.

3

Azərbaycan virusdan qorunmaq üçün nə edib?

Azərbaycan Hava Yolları (AZAL) martın 8-ə qədər Çinə uçuşların dayandırıldığını açıqlasa da bunu virusla yox, Çindəki bayramlara görə tələbatın aşağı düşməsi ilə əlaqələndirib.

Rəsmi məlumata görə, Azərbaycanda bu virusa yoluxan insan aşkarlanmayıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabineti virusla bağlı müşavirə keçirib. Müşavirədə koronavirusun ölkəyə daxil olmasının qarşısını almaq üçün müzakirə aparılıb.

Müşavirənin yekununda bu tədbirlərin görülməsi haqda qərar qəbul edilib:

  • sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi;
  • ÇXR-dən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması;
  • xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi;
  • səhiyyə ocaqlarında qaynar xətlərin yaradılması;
  • virus və onunla mübarizə metodları haqda əhali ilə maarifləndirmə işlərinin aparılması;
  • vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumat verilməsi.
Pekində təhlükəsizlik qüvvələri qoruyucu maskalarda. Foto: Mark Schiefelbein / AP
4

Virusa yoluxmağın simptomları nədir?

Koronavirus əsasən tənəffüs yollarına ziyan vurur. Ösükürək, burun axması, boğaz ağrısı, hərarət kimi qripə bənzər əlamətləri var. Xəstəlik təkcə ağciyərə yox, eləcə də ürək və immun sisteminə məfni təsir göstərir.

Əksər ölkələrdə buraxılış məntəqələrində termal test vasitəsilə insanlar yoxlanılır və xəstəliyə yoluxmaqda şübhəli olanlar nəzarət altına alınır.

Virusdan qorunmaq üçün əlləri tez-tez yuyub şəxsi təmasda gigiyena qaydalarına riayət etmək lazımdır. İctimai nəqliyyat və adamların çox olduğu yerlərdə ağız maskalarından istifadə etməklə də virusdan qorunmaq olar.

5

Çində son vəziyyət necədir?

“Agence France-Presse” yazır ki, Çində xəstəliyə yoluxanların sayı 4515 nəfər çatıb. İndiyə qədər virusdan 106 nəfər ölüb. Paytaxt Pekində bütün turizm turları dayandırılıb.

Virusun yayıldığı Hubey əyalətində 60 milyon civarında əhalinin yaşadığı 19 şəhər karantin altına alınıb. Virusun baş qaldırdığı Vuhan şəhərindən əhali təxliyyə edilir, ABŞ hökuməti Vuhandakı Baş Konsulluğunu müvəqqəti bağlayıb və öz vətəndaşlarını oradan çıxaracağını bəyan edib. İordaniya kralı vətəndaşlarını gətirmək üçün Vuhana təyyarə göndərib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia