Çərşənbə axşamı, 24 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycanda koronavirusla bağlı vəziyyət nə yerdədir?

26 Fevral 2020
Azərbaycanda koronavirusla bağlı vəziyyət nə yerdədir?

Flippində insanlar koronavirusla bağlı ehtiyatlanır və qoruyucu maskalardan istifadə edir. Foto: Aaron Favila / AP

Çində başlayan koronavirusun artıq bir çox ölkədə aşkarlanıb. Ötən gün Almaniyada xəstəliyin insandan insana yoluxması ilə bağlı ilk hal qeydə alınıb. Yaponiya, Tayland, Malaziya, Avstraliya, Fransa, Nepal, ABŞ, Sinqapur, Cənubi Koreya, Tayvan, Vyetnam virusun aşkarlandığı ölkələr arasındadır.

Rəsmi məlumata görə 2019-nCoV adlandırılan virus hələ ki, Azərbaycanda aşkarlanmayıb.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva Reporta deyib ki, hələlik Azərbaycanda koronavirusa yoluxma faktı yoxdur.

Virusla bağlı hansı tədbirlər görülür: Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə danışıqlar aparır. Koronavirusların aşkar edilməsi üçün lazım olan testlərin yaxın zamanlarda gətirilməsi nəzərdə tutulur.

Səhiyyə naziri Oqtay Şirəliyev “Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb. Həmçinin koronavirusla bağlı bəzi xəstəxanalarda xüsusi palatalar ayrılıb:

  • Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
  • 1 saylı Kliniki Tibbi Mərkəz
  • 7 saylı Uşaq infeksion xəstəxanası.

Xəstəlikdən qorunmaq yolları nələrdir:

Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirusla bağlı tövsiyələrini açıqlayıb:

  • əllərinizi yuyun;
  • öskürdükdən və asqırdıqdan sonra
  • xəstələrə qulluq edərkən
  • yemək hazırlayərkən, əvvəl və sonra
  • yeməkdən əvvəl
  • tualet istifadəsindən sonra
  • əllər vizual olaraq çirkli göründükdə
  • heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra

Başqalarını xəstələnmədən qoruyun;

  • Öskürərkən və ya asqırarkən ağız və burnunuzu dəsmal, köynəyinizin qolu və ya dirsək bükümünüzlə örtün
  • İstifadə olunmuş dəsmalları qapalı zibil qutusuna atın
  • Xəstələrə qayğı göstərərkən və öskürdükdən/asqırdıqdan sonra əllərinizi yuyun

Özünüzü xəstələnməkdən qoruyun;

  • Xəstə insanlarla, ev/ferma və ya vəhşi heyvanlarla qorunmamış təmasdan çəkinin
  • Əllərinizi çiy və bişmiş qidalara toxundurduqda yuyun
  • Xəstə və ölü heyvanlar yeyilməməlidir
  • Heyvanlara və heyvan məhsullarına toxunduqdan sonra əlləri sabun və su ilə yuyun
  • Sahibsiz heyvanlardan, bazarda ümumi və maye tullantılardan çəkinin
  • Heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska (üz qoruyucusu) geyinin
  • Ət məhsullarını və yumurtanı tam bişirin
  • Canlı vəhşi və ferma heyvanlarla birbaşa təmasdan çəkinin

Virusa yoluxmağın əlamətləri nədir:

Koronavirus əsasən tənəffüs yollarına ziyan vurur. Ösükürək, burun axması, boğaz ağrısı, hərarət kimi qripə bənzər əlamətləri var. Xəstəlik təkcə ağciyərə yox, eləcə də ürək və immun sisteminə məfni təsir göstərir.

Nə baş verib:

Koronavirus, yəni 2019-nCoV ötən ilin dekabrında ilk dəfə Çinin Hubey əyalətində meydana gəlib. Çin və Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri yayılan infeksiyanın koronavirus olduğunu deyib.

Daha sonra yavaş-yavaş dünyaya yayılan xəstəlik indiyə qədər 100-dən çox adamın ölümünə səbəb olub.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia