Çərşənbə axşamı, 9 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Kürü diplomatiyası”nda adı hallanan alman deputatın toxunulmazlığı ləğv olunub

30 Yanvar 2020
Bundestaq Azərbaycandan pul alan deputatı 20 min avro cərimələyib

“Kürü diplomatiyası”nda adı hallanan Karin Strens Foto: gettyimages

Almaniya Bundestaqı Azərbaycanla bağlı “kürü diplomatiyası”nda adı hallanan deputat Karin Strenzin toxunulmazlığını ləğv edib. Bundestaqın rəsmi saytının yanvarın 30-da yaydığı məlumatda toxunulmazlığın niyə ləğv olunduğu açıqlanmır.

Deputat bundan əvvəl Azərbaycandan əldə etdiyi gəlir barədə Bundestaqa vaxtında məlumat vermədiyinə görə təxminən 20 min avro cərimələnib.

Həmin ərəfədə Almaniyanın dövlət teleradio kanalı bu barədə yaydığı məlumatda bildirib ki, avtoritar ölkə olan Azərbaycan uzun müddətdir qərbi Avropanı pulla əla almaqda şübhəli bilinir.

Nə baş verib: 2018-ci ildə Avropa Şurası 10 ay davam edən istintaqın 219 səhifəlik yekun hesabatını açıqlayıb. Həmin hesabatda deyilir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bir neçə üzvü Azərbaycana münasibətdə etika qaydalarını pozub, “korrupsiya xarakterli” fəaliyyətə yol verib.

Deputatların çoxu araşdırma komissiyasına bildiriblər ki, Azərbaycan nümayəndələri onları ələ almaq üçün qara kürü, xalça, bahalı spirtli içkilər, zinət əşyaları təklif ediblər. K.Strenz o vaxt komissiyanın ittihamlarını təkzib etmişdi.

Karin Strenz kimdir: Xristian Demokrat Partiyasını (CDU) təmsil edən deputat 2015-ci ildə Azərbaycanda seçkini müşahidə edib. Azərbaycanla əlaqələrinə görə 2018-ci ilin əvvəlində onun Avropa Şurası Parlament Assembleyasına təkrar namizədliyi irəli sürülməyib.

Source: bundestag.de

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia